Skip to content
22/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 18
  • Reklam Agentliyi energetik içkilərin reklamı ilə bağlı reklam yayıcılarına müraciət edib

Reklam Agentliyi energetik içkilərin reklamı ilə bağlı reklam yayıcılarına müraciət edib

admin 18/05/2026
bizon

 

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) açıq məkanda reklam fəaliyyətini həyata keçirən sahibkarlıq subyektlərinə energetik içkilərin reklamı ilə bağlı müraciət ünvanlayıb.

ADRA-dan mediaya verilən müraciətdə vurğulanır ki, son dövrlər energetik içkilərin istehlakı, xüsusilə yetkinlik yaşına çatmayan şəxslər arasında artıb və bu, uşaqların sağlamlığı üçün ciddi risk yaradır.

Qeyd olunub ki, mövcud qanunvericiliyə əsasən energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satışı və bu məhsulların reklamında onlardan istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara müraciət edilməsi qadağandır. Energetik içkilərin reklamının məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilmir.

Dövlət Reklam Agentliyi bildirir ki, reklam fəaliyyəti həyata keçirilərkən yalnız qanunvericiliyin formal tələbləri ilə kifayətlənməmək, eyni zamanda ictimai maraqlar və sosial məsuliyyət prinsiplərini rəhbər tutmaq mühüm əhəmiyyət kəsb edir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Agentlik tərəfindən qarşılıqlı əməkdaşlıq çərçivəsində reklam yayıcılarından aşağıdakı məsələlərə xüsusi diqqət yetirmələri xahiş olunub:

– energetik içkilərin reklamında yetkinlik yaşına çatmayanlara birbaşa və ya dolayı müraciət edilməməsi;

– reklam materiallarında uşaqlarda maraq yarada biləcək vizual, mətn və digər elementlərdən istifadə olunmaması;

– energetik içkilərin və yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən digər əmtəələrin reklamının məktəbəqədər və ümumi təhsil müəssisələrinin ətrafında (qanunvericiliklə müəyyən edilmiş məsafə nəzərə alınmaqla) yerləşdirilməsinə yol verilməməsi;

– reklamların yerləşdirilməsi zamanı ictimai maraqların və sosial məsuliyyət prinsiplərinin nəzərə alınması;

– istehlakçıların məlumatlandırılması məqsədilə reklam materiallarında energetik içkilərin 18 yaşdan aşağı şəxslərə satışının qadağan olunduğu və bu məhsulların sağlamlıq üçün yarada biləcəyi təsirlər barədə xəbərdaredici məlumatların verilməsinə dəstək göstərilməsi.

Artıq bu mövzuda maarifləndirmə məqsədilə açıq məkandakı reklam qurğularında da sosial reklamların yayımına başlanılıb. ADRA tərəfindən yayımlanan sosial reklam çarxlarında da energetik içkilərdən istifadə olunması ilə bağlı reklamda yetkinlik yaşına çatmayan şəxslərə müraciət edilməsinin qadağan olduğu vurğulanır və bu sahədə ictimai maarifləndirmənin gücləndirilməsi məqsədilə müvafiq çağırışlar edilir.

PAYLAŞIN:

Continue Reading

Previous: Kreml ən təhlükəli alətə əl atır… – “Rus İcması” niyə və kimlərə qarşı yaradılıb?
Next: Dövlət başçısı: Son 20 ildə Bakıda 100-dən çox park və bağ salınıb

OXŞAR MÖVZULAR

orxan-kobia2-

Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil”

admin 21/05/2026
aayda_bina_loqo

AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir

admin 21/05/2026
ramil_cahangirov

İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026
  • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir – İrəvanda and içdilər 21/05/2026
  • Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi? – Şoyqunun açıqlamasındakı detal 21/05/2026
  • Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir? 21/05/2026
  • Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil” 21/05/2026
  • AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir 21/05/2026
  • İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri 21/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri 21/05/2026
  • “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib 21/05/2026
  • Gənclər buna görə evlənmək istəmir – Ekspert 21/05/2026
  • Çin tələsmir: Szinpin Putinə istədiyini vermədi… 21/05/2026
  • “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə mərhələsi keçirilib 21/05/2026
  • Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır 21/05/2026
  • ABŞ silahlı qüvvələri Hörmüz yaxınlığında 90-a yaxın gəmini saxlayıb 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.