Skip to content
22/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 19
  • WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə…

WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə…

admin 19/05/2026
vuf3

 

Mayın 18-də Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələrinin və dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə Liderlərin Bəyanatları üzrə Sessiya keçirilib.

Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq Liderlərin Bəyanatları üzrə Sessiya Azərbaycanın təşəbbüsü ilə təşkil olunub. Bu təşəbbüs dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəliyin siyasi əhəmiyyətinin artırılması baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın strateji dialoq, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün beynəlxalq platforma kimi artan rolunu bir daha nümayiş etdirib.

Tədbirdə Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç, Mavriki Respublikasının Prezidenti Daramber Qoxul, Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova, Esvatini Krallığının Kralı III Msvati, Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis əl-Mənfi, Zimbabve Respublikasının Vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino Çivenqa, Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidze, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov, Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif, Slovakiya Respublikası Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba, Kamboca Krallığının Baş nazirinin müavini və torpaq idarəetmə, şəhərsalma və tikinti naziri Say Sam Al, Albaniya Respublikasının Baş nazirinin müavini Albana Koçiu, Ukrayna Respublikasının Baş nazirinin müavini Aleksey Kuleba, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçin, Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko, Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov iştirak ediblər.Sessiyanın moderatoru Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev olub. İclasın açılışında çıxış edən Anar Quliyev Ümumdünya Şəhərsalma Forumunun yalnız mühüm beynəlxalq konfrans deyil, həm də qlobal şəhər siyasətinin təşviqi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və Yeni Şəhər Gündəliyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına töhfə verən əsas platforma olduğunu vurğulayıb.

Qeyd olunub ki, WUF13 iqlim dəyişikliyi, urbanizasiya və infrastruktur dayanıqlılığı ilə bağlı qlobal çağırışların artdığı bir dövrdə keçirilir. Liderlərin Bəyanatları üzrə Sessiyanın təşkili Forumun siyasi əhəmiyyətini daha da artırıb.

Çıxış edənlər Ümumdünya Şəhərsalma Forumunun dayanıqlı inkişaf və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi məsələlərinin müzakirəsi üçün mühüm platforma olduğunu qeyd ediblər.

İştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və ölkə rəhbərliyinə WUF13-ün yüksək səviyyədə təşkilinə, göstərilən qonaqpərvərliyə və səmərəli beynəlxalq dialoq üçün yaradılmış şəraitə görə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Forumun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artması və dayanıqlı inkişaf üzrə qlobal gündəliyin formalaşmasında fəal rolunun göstəricisidir.

Çıxışlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə xüsusi diqqət yetirilib. İştirakçılar qısa müddətdə həyata keçirilən müasir şəhərsalma, dayanıqlı infrastruktur, “ağıllı” şəhər və “ağıllı” kənd konsepsiyalarını yüksək qiymətləndirərək, bunu post-münaqişə dövründə innovativ və kompleks inkişaf modeli kimi dəyərləndiriblər.

Liderlər həmçinin daha inklüziv, dayanıqlı və yaşanılabilən şəhərlərin formalaşdırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və innovativ həllərin birgə təşviqinin vacibliyini vurğulayıblar.

WUF13 çərçivəsində Liderlərin Bəyanatları üzrə Sessiyanın keçirilməsi Azərbaycanın dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəliyə mühüm töhfəsi olmaqla yanaşı, ölkənin strateji əhəmiyyətli məsələlər ətrafında beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni dialoq platformaları formalaşdırmaq imkanlarını bir daha nümayiş etdirib./axar.az

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib
Next: Prezident İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb

OXŞAR MÖVZULAR

nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026
iran-rusiya-fl

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə…

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026
  • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir – İrəvanda and içdilər 21/05/2026
  • Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi? – Şoyqunun açıqlamasındakı detal 21/05/2026
  • Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir? 21/05/2026
  • Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil” 21/05/2026
  • AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir 21/05/2026
  • İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri 21/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri 21/05/2026
  • “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib 21/05/2026
  • Gənclər buna görə evlənmək istəmir – Ekspert 21/05/2026
  • Çin tələsmir: Szinpin Putinə istədiyini vermədi… 21/05/2026
  • “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə mərhələsi keçirilib 21/05/2026
  • Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır 21/05/2026
  • ABŞ silahlı qüvvələri Hörmüz yaxınlığında 90-a yaxın gəmini saxlayıb 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.