Skip to content
22/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 20
  • “Kupça” oyunundan “əl qızdıranlar”

“Kupça” oyunundan “əl qızdıranlar”

admin 20/05/2026
kupca_111

 

Sabunçu rayonu, Balaxanı qəsəbəsində reyestr rəzaləti yaşanır. Azərbaycanda illərdir həlli istiqamətində dövlət başçısı tərəfindən qətiyyətli fərman və sərəncamların imzalandığı, fərdi yaşayış evlərinin sənədləşdirilməsi (“kupça” problemi) məsələsi regional icra qurumlarının və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin süni maneələri ucbatından yenidən dalana dirənib. Dövlət başçısının vətəndaş məmnunluğu, bürokratik əngəllərin aradan qaldırılması və əmlakların leqallaşdırılması ilə bağlı apardığı humanist siyasət bəzi məmurların daxili təlimatları və ziddiyyətli qərarları ilə daban-dabana ziddiyyət təşkil edir.

Musavat.com-a daxil olan növbəti rəsmi sənədlər paketi Azərbaycanda mülkiyyət hüququnun necə absurd bir hüquqi kolliziyaya salındığını, vətəndaşların dövlət qurumları arasında necə çarəsiz buraxıldığını çılpaq şəkildə ortaya qoyur.

Vətəndaş Sevda Zaman qızı Hüseynovaya məxsus sənədlər əmlakın leqallaşdırılmasında yaradılan dəhşətli mənzərəni ifşa edir.

SEVDA.jpeg (119 KB)

Fakt 1

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 25.02.2019-cu il tarixində vətəndaşa RX Seriyalı №1486163 saylı Çıxarış (“Kupça”) verilib.

WhatsApp Image 2026-05-19 at 11.14.56 (1).jpeg (188 KB)

Sənəddə açıq-aşkar yazılıb:

Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0.0293 ha torpaq sahəsi vətəndaşın XÜSUSİ MÜLKİYYƏTİDİR. Torpağın üzərində heç bir məhdudiyyət (servitut) qeyd olunmayıb.

WhatsApp Image 2026-05-19 at 11.14.55.jpeg (67 KB)

Fakt 2

Torpaq xüsusi mülkiyyətə keçdikdən dərhal sonra, 15 aprel 2019-cu il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin imzası ilə 71-83-151 saylı rəsmi məktubla həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisi rəsmən razılaşdırılıb.

WhatsApp Image 2026-05-19 at 11.14.55 (2).jpeg (127 KB)

Absurd imtina

Fakt 3

Vətəndaş dövlətin verdiyi kupçaya və İcra Hakimiyyətinin rəsmi tikinti icazəsinə güvənərək evini tikib. 2026-cı ildə evə çıxarış almaq üçün müraciət edəndə isə e-emlak.gov.az portalı üzərindən “İmtina olunub” cavabı alıb.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi 15.05.2026-cı il tarixli bildirişlə vətəndaşa çıxarış verməkdən imtina edib.

WhatsApp Image 2026-05-19 at 11.14.55 (3).jpeg (155 KB)

İmtinanın bəhanəsi Nazirlər Kabinetinin qərarı, Prezident fərmanından üstündürmü?

Reyestr İdarəsi imtina qərarını Nazirlər Kabinetinin 6 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə istinadən ərazinin “işlək və ya ləğv edilmiş neft quyularının mühafizə zonasına” düşməsi ilə əsaslandırır. Qurum iddia edir ki, Torpaq Məcəlləsinin 46-cı maddəsinə görə, bura dövlət torpağıdır. Burada dövlət qurumunun qanunsuzluğu və absurd fəaliyyəti bir neçə fundamental hüquq norması ilə darmadağın olur. Məsələn, vətəndaşın Azərbaycan Respublikasının ana qanunu olan Konstitusiya ilə qorunan toxunulmazlıq hüququ tapdalanır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eyni zamanda 29-cu maddə mülkiyyət hüququnu fundamental hüquq kimi təsbit edir.

Əgər dövlət bu torpağı 2019-cu ildə xüsusi mülkiyyət kimi vətəndaşa satıbsa, həmin torpaq vətəndaşın özəl mülkiyyətidirsə, hansı məntiqlə 2026-cı ildə “bura neft torpağıdır, evə kupça düşmür” deyir? Əgər bura neft torpağı idisə, Dövlət Komitəsi vətəndaşa niyə torpağa aid kupça verir, həmin torpağı onun özəl mülkiyyəti olaraq tanıyırdı? Beynəlxalq hüquqda və Azərbaycan Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə qeyd olunub ki, dövlət orqanlarının öz daxili koordinasiyasızlığının və səhvlərinin yükü vətəndaşın üzərinə qoyula bilməz!

Vətəndaş hüquqşünas deyil, neft xəritələrinin gizli bazasına çıxışı yoxdur. Vətəndaş dövlətin rəsmi möhürlü sənədinə – həmin Əmlak Komitəsinin verdiyi torpağa aid kupçaya, İcra Hakimiyyətinin tikinti razılığına inanaraq bura vəsait qoyub, ev tikib.

Əmlak Xidməti torpağa kupça verəndə neft quyusunu görmürdüsə, bunun bədəlini niyə kasıb vətəndaş ödəməlidir?

Xatırladaq ki, Prezident İlham Əliyev ölkədə on minlərlə sənədsiz evin mülkiyyət hüququnun tanınması, bürokratik əngəllərin qırılması üçün dəfələrlə xüsusi fərmanlar verib, ASAN Xidmət modelini yaradıb. Dövlət başçısının əsas tələbini bir daha Əmlak Komitəsində oturub dövlətə meydan oxuyanlara xatırladaq:

– Vətəndaşı incitməyin, əmlakını leqallaşdırın, dövlət reyestrinə daxil edin ki, həm vətəndaş mülkiyyətçi olsun, həm də dövlət büdcəsinə əmlak vergisi daxil olsun. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin idarələri bu gün faktiki olaraq Prezidentin bu humanist xəttini sabotaj etməklə məşğuldur. Nazirlər Kabinetinin 2017-ci il tarixli daxili qərarını bəhanə gətirərək, əlində rəsmi dövlət sənədləri olan mülkiyyətçiləri kütləvi şəkildə imtina ilə geri qaytarırlar. Bu yanaşma ölkədə sosial narazılığı artırmaqdan və rüşvətxorluğa meyilli rıçaqları əldə saxlamaqdan başqa heç bir məntiqə sığmır.

Məsələ ilə bağlı hüquqşünaslar qeyd edirlər ki, Reyestr İdarəsinin bu imtinası tamamilə qanunsuzdur. Qazanılmış hüquqların geriyə qüvvəsi yoxdur. Əgər torpaq mülkiyyətdədirsə və tikintiyə icazə verilibsə, evə kupça verilməlidir. Əgər ərazi strateji zonadırsa, o zaman dövlət qurumları vətəndaşın evini və torpağını bazar qiyməti ilə kompensasiya ödəyərək dövlət ehtiyacları üçün geri almalıdırlar. Həm vətəndaşın pulunu alıb torpaq satmaq, həm tikintiyə qanuni icazə vermək, sonda isə “bura neft zonasıdır, sənə sənəd yoxdur” demək hüquqi reketçilikdən başqa bir şey deyil. Halbuki, vətəndaşın evinin dörd bir tərəfi fərdi yaşayış evləridir və hər birinin də kupçası həmin Əmlak Komitəsi tərəfindən verilib.

PAYLAŞIN:

Continue Reading

Previous: Qanunsuz tikililərə sənəd veriləcək? – Nazir AÇIQLADI
Next: Paşinyan separatçılara: Niyə Qarabağda ölmədiniz? Kökünüzü kəsəcəyəm, fərarilər…

OXŞAR MÖVZULAR

orxan-kobia2-

Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil”

admin 21/05/2026
aayda_bina_loqo

AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir

admin 21/05/2026
ramil_cahangirov

İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026
  • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir – İrəvanda and içdilər 21/05/2026
  • Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi? – Şoyqunun açıqlamasındakı detal 21/05/2026
  • Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir? 21/05/2026
  • Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil” 21/05/2026
  • AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir 21/05/2026
  • İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri 21/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri 21/05/2026
  • “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib 21/05/2026
  • Gənclər buna görə evlənmək istəmir – Ekspert 21/05/2026
  • Çin tələsmir: Szinpin Putinə istədiyini vermədi… 21/05/2026
  • “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə mərhələsi keçirilib 21/05/2026
  • Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır 21/05/2026
  • ABŞ silahlı qüvvələri Hörmüz yaxınlığında 90-a yaxın gəmini saxlayıb 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.