Skip to content
21/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 21
  • Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026
nigar-rüfət
Bir müddət əvvəl Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 41 ünvanında yerləşən, “NNS Klinika” MMC-yə məxsus özəl tibb müəssisəsində apardığı plandankənar yoxlama zamanı bir sıra ciddi nöqsanlar aşkarlayıb. Bununla əlaqədar olaraq, müəssisənin fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırıldı. Həmçinin məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə də rəsmi müraciət ünvanlandı.
Bu məlumatı oxuyan hər kəs ilk baxışda dövlət qurumunun vətəndaşların sağlamlığının keşiyində dayandığını düşünə və belə prinsipial mövqeyi alqışlaya bilər. Lakin məsələni daha dərindən araşdırdıqda məlum olur ki, AEM-in bu prinsipiallığı bütün özəl tibb müəssisələrinə münasibətdə eyni şəkildə tətbiq edilmir.
Buna misal olaraq “Laser Beauty Clinic”in “28 May” filialını göstərmək olar. Uzun illərdir həmin klinikada müvafiq tibbi ixtisas təhsili olmayan Nigar Rüfət adlı şəxs kosmetoloq kimi fəaliyyət göstərir və pasiyentlərə müxtəlif kosmetoloji prosedurlar tətbiq edir.
Qeyd edək ki, hələ bu ilin yanvar ayında Analitik Ekspertiza Mərkəzi sorğumuza cavab olaraq Nigar Rüfətin Tibbi Kadrların Vahid Məlumat Reyestrində olmadığını təsdiqləmişdi (https://qaynarinfo.az/az/sehiyye-nazirliyi-qanunsuz-fealiyyet-goesterenlere-qarsi-niye-susur-3):
“Səhiyyə Nazirliyinin Tibbi Kadrların Vahid Məlumat Reyestrində Nigar Rüfətin adı yoxdur. Vətəndaş estetik (plastik) əməliyyat etdirməzdən əvvəl seçdiyi həkimin bu sahə üzrə praktik tibb fəaliyyətinə icazəsinin olub-olmadığını Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş rəsmi siyahı vasitəsilə yoxlaya bilər”.
Bundan təxminən bir ay sonra – fevralın 20-də isə Analitik Ekspertiza Mərkəzi bu filialda apardığı yoxlama zamanı Nigar Rüfətin müvafiq ixtisas təhsili olmadan kosmetoloq kimi çalışdığını bir daha rəsmi şəkildə açıqlayıb (https://qaynarinfo.az/az/laser-beauty-clinic-de-qefil-yoxlama-nigar-rufet-hekim-kosmetoloq-isleye-bilmezmis).
Buna baxmayaraq, daha əvvəl də qanunsuz fəaliyyəti ilə bağlı adı hallanan bu şəxs fəaliyyətini heç bir maneə olmadan davam etdirir. Nigar Rüfət “Bynikol” adlı “Instagram” hesabında sözügedən ünvanda həyata keçirdiyi kosmetoloji prosedurlardan görüntülər paylaşır, müxtəlif endirim kampaniyaları elan edir və müştəri qəbul etdiyini açıq şəkildə nümayiş etdirir.
“Kosmetoloq”un sosial şəbəkə səhifəsində paylaşdığı əlaqə nömrəsi ilə də əlaqə saxladıq. Həmin nömrəyə cavab verən Nigar Rüfətin köməkçisi hazırda onun “Laser Beauty Clinic”in “28 May” filialında fəaliyyət göstərdiyini təsdiqlədi və kampaniya ilə bağlı ətraflı məlumat verdi.
Bu vəziyyət haqlı olaraq bir sıra suallar doğurur: Analitik Ekspertiza Mərkəzi nəyi gözləyir? Qanunsuz fəaliyyət göstərən bir şəxsin pasiyentlərdən birinə ciddi zərər vurmasınımı? Niyə digər klinikalarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edən dövlət qurumu bu halda eyni prinsipial mövqe nümayiş etdirmir?
İstər-istəməz belə bir ehtimal yaranır ki, bəlkə də Nigar Rüfəti Səhiyyə Nazirliyində himayə edən müəyyən şəxslər var.
Qurumun az qala dövlət sirri kimi qoruduğu bu yoxlamanın nəticəsini isə məhkəmə instansiyası açıqlayıb. Xitab24.az-ın əldə etdiyi məlumata görə, “LBC” MMC-yə məxsus filialda yoxlama zamanı şəhadətnaməsi olmadan kosmetoloji iş üzrə praktik fəaliyyət aşkarlanıb. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, İnzibati Xətalar Məcəlləsinin  215.4-cü maddənin tələblərini pozan Rəna Soltanovanın şirkəti 6000 manat cərimələnib.
Qeyd edək ki, 2025-ci ildə Səhiyyə Nazirliyinin apardığı yoxlamalar nəticəsində “Laser Beauty Clinic”in Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən filialında da nöqsanlar aşkar edilmişdi. Bu səbəbdən bu filialın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunmuşdu.
İqtisadiyyat Nazirliyi Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Clinic”in Yasamal filial üzrə lisenziya əlavəsinin keçərliliyini müddətli dayandırmışdı.
Göründüyü kimi adı çəkilən klinikanın adı illərdir eyni mövzuda hallarda hallanır, amma hələ də fəaliyyətini davam etdirir. Elə isə sual yaranır, aidiyyatı qurumlar nəyi gözləyir, niyə yekun, həlledici addımlar atılmır? Görəsən “Laser Beauty Clinic”ə belə isti və yumşaq münasibətin arxasında hansı maraqlar dayanır?/qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil”
Next: Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi? – Şoyqunun açıqlamasındakı detal

OXŞAR MÖVZULAR

qht-forum

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri

admin 21/05/2026
qht-tedb

Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ

admin 19/05/2026
ming-kollec

“Məcburi pul yığımı, təhdid və tələbələrin təqaüdündən kəsinti” — Mingəçevir Turizm Kollecindən ciddi şikayətlər var

admin 18/05/2026

XƏBƏR LENTİ

  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026
  • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir – İrəvanda and içdilər 21/05/2026
  • Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi? – Şoyqunun açıqlamasındakı detal 21/05/2026
  • Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir? 21/05/2026
  • Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil” 21/05/2026
  • AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir 21/05/2026
  • İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri 21/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri 21/05/2026
  • “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib 21/05/2026
  • Gənclər buna görə evlənmək istəmir – Ekspert 21/05/2026
  • Çin tələsmir: Szinpin Putinə istədiyini vermədi… 21/05/2026
  • “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə mərhələsi keçirilib 21/05/2026
  • Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır 21/05/2026
  • ABŞ silahlı qüvvələri Hörmüz yaxınlığında 90-a yaxın gəmini saxlayıb 21/05/2026
  • WUF13 çərçivəsində “Şəhərsalma yarmarkası” təşkil olunub 20/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.