Skip to content
22/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 21
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
nceferli

 

Məlum olduğu kim, Azərbaycan hökumətinin Gürcüstan hökuməti ilə apardığı müzakirələrdən sonra mayın 26-dan etibarən Gürcüstan istiqamətində sərnişin qatarlarının fəaliyyətinin bərpa olunmasına dair qərar verildi. 

Beləliklə, təxminən 6 il 2 aydır dayandırılmış dəmir yolu ilə sərnişindaşıma yenidən bərpa edilir. Yeri gəlmişkən, artıq Bakı-Tbilisi istiqamətində hərəkət edəcək sərnişin qatarının cədvəli, eləcə də bilet qiyməti də məlumdur. Qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatar saat 21:00-da yola düşərək növbəti gün saat 06:24-də Bakıya çatacaq. Biletin qiyməti isə minim 81 manatdan başlayır.

Gürcüstanla qatar əlaqəsinin bərpası digər beynəlxalq istiqamətlərlə bağlı da müzakirələri artırıb. Xüsusilə vətəndaşları maraqlandıran əsas məsələlərdən biri gələcəkdə Rusiya və İran istiqamətində də sərnişin qatarlarının fəaliyyətinin yenidən bərpa olunub-olunmayacağıdır. Hazırda bu ölkələrə dəmir yolu infrastrukturu mövcud olsa da, uzun müddətdir sərnişin daşımaları həyata keçirilmir.

Maraqlıdır, Gürcüstandan sonra bu ölkələrlə də dəmir yolu əlaqələri bərpa edilə bilərmi?

Bu barədə hələlik rəsmi hansısa açıqlama yoxdur. Ekspertlər isə daha ciddi addımların atılacağını gözləyir.  

İqtisadçı ekspert Natiq Cəfərli  açıqlamasında Gürcüstanla dəmir yolu əlaqəsinin bərpasını müsbət addım kimi qiymətləndirib.

Onun sözlərinə görə, bu qərar uzun müddətdir gözlənilən xəbər idi və quru sərhədlərinin açılması istiqamətində ilkin addım hesab oluna bilər.

“Gürcüstanla dəmir yollarının açılması doğrudan da çox xoş bir xəbərdir. Çoxdan gözlənilən bir xəbərdir və mən bunu quru sərhədlərinin açılmasının ilkin addımı kimi də dəyərləndirə bilərəm. Yəni çox güman ki, bu proses davam edəcək və quru sərhədlər açılacaq”, – deyə iqtisadçı bildirib.

Natiq Cəfərli hesab edir ki, ilin sonuna qədər digər ölkələrlə də quru sərhədlərinin açılması mümkündür. Onun fikrincə, bu addım Azərbaycanın beynəlxalq imici baxımından mühüm əhəmiyyət daşıyır və iqtisadi aktivliyə müsbət təsir göstərə bilər.

“Çox güman ki, bu ilin sonuna qədər bütün ölkələrlə quru sərhədlər açılacaq. Bu, ölkəmizin imici üçün yaxşıdır, investisiyalar üçün yaxşıdır, iqtisadiyyatın canlanması və turizm sektorunun inkişafı üçün müsbət təsir göstərəcək”, – deyə o vurğulayıb.

İqtisadçı qeyd edib ki, Azərbaycan coğrafi mövqeyinə görə həm logistika, həm də tranzit ölkə kimi böyük üstünlüklərə malikdir. 

Onun sözlərinə görə, ölkə yalnız yükdaşımalar üçün deyil, turist axını baxımından da mühüm tranzit mərkəzinə çevrilə bilər:“Azərbaycan təkcə yüklərin deyil, turistlərin də tranzit ölkəsinə çevrilə bilər. Orta Asiyadan Azərbaycana, Azərbaycandan Gürcüstan üzərindən Türkiyəyə və oradan Avropaya uzanan turizm marşrutlarının formalaşdırılması mümkündür”./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Dünya mediası WUF13-dən yazır – Fotolar
Next: Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

OXŞAR MÖVZULAR

vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026
iran-rusiya-fl

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə…

admin 19/05/2026
vuf3

WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə…

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026
  • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir – İrəvanda and içdilər 21/05/2026
  • Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi? – Şoyqunun açıqlamasındakı detal 21/05/2026
  • Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir? 21/05/2026
  • Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil” 21/05/2026
  • AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir 21/05/2026
  • İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri 21/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri 21/05/2026
  • “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib 21/05/2026
  • Gənclər buna görə evlənmək istəmir – Ekspert 21/05/2026
  • Çin tələsmir: Szinpin Putinə istədiyini vermədi… 21/05/2026
  • “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü”nün gecə mərhələsi keçirilib 21/05/2026
  • Kobaxidze: Azərbaycanla imzalanan müqavilələr Gürcüstan üçün fundamental əhəmiyyət daşıyır 21/05/2026
  • ABŞ silahlı qüvvələri Hörmüz yaxınlığında 90-a yaxın gəmini saxlayıb 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.