Skip to content
22/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 22
  • İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU”

İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU”

admin 22/05/2026
tikinti-mat

 

Tikinti xərclərində müşahidə olunan artımın yaxın aylarda da davam edəcək

Azərbaycan Qiymətləndiricilər Palatası 2026-cı ilin aprel ayı üzrə tikinti indekslərini açıqlayıb. Hesabata əsasən, bu ilin aprel ayında tikinti xərcləri 2025-ci ilin dekabrı ilə müqayisədə 6,8 faiz artıb. Tikinti bazarında əsas bahalaşma metal məhsulları, beton, sement və daxili təmir materialları üzrə qeydə alınıb. Ən ciddi qiymət artımı metal və beton məhsullarında müşahidə olunub. Ən stabil seqment isə maşın-mexanizm xərcləri hesab edilir.
   Azərbaycanda tikinti materialları bahalaşdı

Hesabatda bildirilir ki, xüsusilə armatur, beton, laminat və parket, plastik pəncərələr, sendviç panellər və digər metal əsaslı məhsullar üzrə qiymət artımı davam edir. Bahalaşmanın əsas səbəbləri kimi idxal xərclərinin yüksəlməsi, logistika xərclərinin artması və tikinti sektorunda tələbin yüksək qalması göstərilir. Tikinti materialları arasında ən yüksək artım metal məhsullarında qeydə alınıb. Belə ki, bu sahə üzrə indeks baza dövrü ilə müqayisədə 111,5 bəndə yüksəlib. Beton və sement məhsulları üzrə göstərici 108,4, daxili təmir materiallarında 107,2, qapı-pəncərə sistemlərində 106, taxta materiallarında 105,8, dam örtüklərində isə 104,9 səviyyəsində formalaşıb.
Maşın-mexanizm seqmentində isə qiymət artımı digər istiqamətlərlə müqayisədə daha məhdud olub. Ekskavator xidmətləri üzrə indeks 104,2, beton pompası üzrə 103,8, kran xidmətləri üzrə isə 103,5 təşkil edib.
Palatanın qənaətinə görə, tikinti xərclərində müşahidə olunan artımın yaxın aylarda da bazar qiymətlərinə təsiri davam edəcək.
Qeyd edək ki, Azərbaycana tikinti materiallarının bir hissəsi Ukrayna və İrandan idxal olunur.

Azərbaycanda tikinti materialları ucuzlaşıb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, tikinti materiallarının qiymətində artım son 5 ildə ardıcıl şəkildə davam edən bir prosesdir. Bu prosesin başlanğıcı Rusiya ilə Ukrayna arasında müharibə ilə əlaqəli olsa da, bahalaşmaya təsir edən səbəblər təkcə bununla məhdudlaşmır. “Geosiyasi münaqişələr logistika xərclərinin artmasına səbəb olur, daşınmada çətinliklər yaranır, müəyyən material çatışmazlığı müşahidə edilir. Bununla yanaşı, Azərbaycanda tikinti materiallarının idxalından asılılığın yüksək olması və yerli istehsalın bazardakı tələbatı tam ödəməməsi də qiymət artımının əsas səbəblərindən biridir. Eyni zamanda logistika və daşınma xərclərində də artım baş verir. Müharibələr və regional qarşıdurmalar daşınma prosesini çətinləşdirir və nəticədə xərclər yüksəlir. Digər tərəfdən, 30 ilə yaxın işğal altında olmuş ərazilərimizin azad edilməsindən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı infrastruktur və tikinti işlərinin aparılması tikinti materiallarına olan tələbatı ciddi şəkildə artırıb. Bu da ölkə daxilində qiymət artımına təsir göstərən əsas amillərdəndir. Bundan başqa, Bakı şəhərinin 2040-cı il Baş Planına uyğun olaraq qəzalı və istismar müddəti bitmiş binalar sökülür, onların yerində abadlaşdırma və yeni tikinti işləri həyata keçirilir. Bu proses də tikinti materiallarına tələbatı artırır və qiymətlərin yüksəlməsinə səbəb olur” deyə, o bildirib.
V. Oruc bildirir ki, işçi qüvvəsinin əməkhaqlarının, əməliyyat və gündəlik xərclərin artması da tikinti materiallarının qiymətinə təsir edən mühüm amillərdəndir: “Bununla yanaşı, makroiqtisadi proseslər – inflyasiya, manatın alıcılıq qabiliyyətindəki dəyişikliklər də həm materialların, həm də xidmət xərclərinin artmasına gətirib çıxarır. Nəticədə bu proses tikinti sektorunda ümumi bahalaşmanı sürətləndirir.
Ümumilikdə götürdükdə, materialların böyük hissəsinin idxal olunması, logistika problemləri, yerli istehsalın tələbatı tam ödəyə bilməməsi, həyata keçirilən iri infrastruktur layihələri və Bakı ilə yanaşı regionlarda aparılan geniş tikinti işləri bazarda tələbatı artırır. Tələb artdıqca isə qiymət artımı qaçılmaz olur. Qlobal bazarda da metal və tikinti xammalı üzrə bahalaşma prosesi gedir. Bu, yalnız Azərbaycana aid məsələ deyil. Dünyada metal və xammal qiymətlərinin artması həmin məhsulların ölkəmizə gətirilməsi və istehsalı zamanı əlavə xərclər yaradır. Layihələrin sayı artdıqca, abadlaşdırma və şəhərsalma istiqamətində yeni layihələr həyata keçirildikcə tikinti materiallarına tələbat da yüksələcək. Tələb yüksəldiyi üçün qiymət artımı da davam edəcək.
Ötən ilin müvafiq dövrü və ya ötən ilin dekabr ayı ilə müqayisədə açıqlanan rəqəmlər aidiyyəti qurumların statistik göstəriciləridir və onların ayrıca təhlil olunmasına ehtiyac var. Məsələn, əvvəlki hesabatlarda mənzil bazarı üzrə müəyyən faiz göstəriciləri təqdim olunsa da, tikinti materiallarında təxminən 6 faiz civarında qiymət artımı ilə bağlı rəqəmlər arasında tam uyğunluq görünmür. Bununla bağlı daha dəqiq izahı aidiyyəti qurum verə bilər.
Bizim hesablamalara görə, xüsusilə xaricdən gətirilən tikinti materiallarında logistika xərcləri və dünya bazarında metal, eləcə də digər tikinti xammallarının bahalaşması səbəbindən qiymət artımı təbiidir. Yerli istehsal isə əsasən enerji daşıyıcılarının qiyməti və inzibati qərarların təsiri ilə bahalaşır”.

Tikinti materiallari dam ortuk kreditle

Ekspert qeyd edir ki, yerli istehsal olunan bəzi tikinti materiallarında qiymətlər sabit qalıb, hətta müəyyən məhsullarda ucuzlaşma da müşahidə olunur: “Ümumilikdə isə bazarda əsas qiymət artımı daha çox xaricdən idxal olunan tikinti materiallarında hiss edilir.Yerli tikinti materiallarında da müəyyən bahalaşma olsa da, bu artım idxal məhsulları ilə müqayisədə daha aşağı səviyyədədir. Şəhərsalma layihələrinin genişlənməsi, tikinti sektorunun canlanması və bu sahəyə təşviq proqramlarının tətbiqi gələcəkdə də tikinti materiallarında qiymət artımını davam etdirə bilər. Burada əsas rol oynayan amillər makroiqtisadi proseslərdir. İnflyasiya, manatın alıcılıq qabiliyyəti, işçi qüvvəsinin xidmət haqlarındakı artım buna nümunədir. Məsələn, iki il əvvəl suvaq işi 4-5 manata görülürdüsə, indi həmin xidmətin qiyməti 8-10 manat civarındadır. Bu isə bəzi xidmətlər üzrə təxminən iki dəfə artım deməkdir. Ona görə də tikinti materialları və işçi qüvvəsinin xidmət haqları üzrə vahid qiymət artımı faizi müəyyənləşdirmək çətindir. Amma ümumi artımın olduğu və bunun davam edən proses olduğu aydındır. Əgər ölkədə iqtisadi fəallıq və tikinti sektorunda canlanma davam edərsə, tikinti materiallarında qiymət artımı da qaçılmaz olacaq”./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır?
Next: Qızılın qiymətində kəskin ucuzlaşma – Ekspert səbəbləri açıqladı

OXŞAR MÖVZULAR

qızıl-sep

Qızılın qiymətində kəskin ucuzlaşma – Ekspert səbəbləri açıqladı

admin 22/05/2026
boşanma

Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır?

admin 22/05/2026
orxan-kobia2-

Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil”

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Qızılın qiymətində kəskin ucuzlaşma – Ekspert səbəbləri açıqladı 22/05/2026
  • İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” 22/05/2026
  • Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır? 22/05/2026
  • Türkiyə siyasi həyatında fırtına: parçalanma olacaq 22/05/2026
  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026
  • ABŞ “sülhməramlılar”ı Qərbi Zəngəzurda yerləşdirilir – İrəvanda and içdilər 21/05/2026
  • Rusiya Ermənistana hərbi müdaxilə edə bilərmi? – Şoyqunun açıqlamasındakı detal 21/05/2026
  • Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir? 21/05/2026
  • Orxan Məmmədov: “Dayanıqlı şəhərləri yalnız dövlət vəsaitləri hesabına yaratmaq mümkün deyil” 21/05/2026
  • AAYDA Bakı və Abşeronda 26 iri yol infrastrukturu layihəsi həyata keçirir 21/05/2026
  • İşğaldan azad edilmiş şəhərlərdə “15 dəqiqəlik şəhər” modeli və “yaşıl şəhər” yanaşması tətbiq olunur – Şöbə müdiri 21/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri 21/05/2026
  • “Zəngdən sonra Netanyahunun “başından tüstü çıxırdı” – Araları dəyib 21/05/2026
  • Gənclər buna görə evlənmək istəmir – Ekspert 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.