Skip to content
22/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 22
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib

“Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib

admin 22/05/2026
moodys_logo_new

 

“Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) yüksək rentabelliyi və gəlirlərinin proqnozlaşdırıla bilməsi ilk növbədə onun “midstream” seqmenti hesabına təmin olunur. Belə ki, 2025-ci ildə şirkətin faizlər, vergilər və amortizasiya xərcləri çıxılmamış mənfəətinin (qrupdaxili nəqliyyat xərcləri istisna edilməzdən əvvəl ) təxminən 65 faizi məhz bu seqmentin payına düşüb.

Bu barədə “Moody’s” agentliyinə istinadən məlumat veririk.

“Qazın nəqli üzrə uzunmüddətli müqavilələr “ship-or-pay” şərtlərini, tariflərin indeksasiyasını və xərclərin kompensasiyası mexanizmlərini ehtiva edir ki, bu da müxtəlif əmtəə dövrlərində şirkətin maliyyə nəticələrini dəstəkləyir. “Şahdəniz” yatağından qaz satışına dair uzunmüddətli müqavilələrdə də take-or-pay şərtləri nəzərdə tutulur ki, bu da tələbat risklərini azaldır. SGC-nin əməliyyat dayanıqlığı həmçinin əsasən BOTAŞ, SOCAR və “Georgian Oil and Gas Corporation” kimi milli qaz şirkətlərini, eləcə də “Shell Plc”, “Edison S.p.A.”, “ENGIE S.A.” və “ENEL S.p.A.” kimi iri Avropa şirkətlərini əhatə edən nisbətən güclü müştəri bazası ilə təmin edilir. Kontragentlərin kredit riskləri onların yüksək kredit qabiliyyəti və strateji əhəmiyyəti ilə yumşaldılır, çünki onların bir çoxu dövlətə məxsus və ya sistem əhəmiyyətli qaz alıcılarıdır. Maliyyə baxımından daha zəif kontragentlərlə bağlanmış müqavilələr isə dövlət və ya bank zəmanətləri daxil olmaqla əlavə kredit dəstəyi mexanizmlərini ehtiva edir”, – Moody’s hesabatında bildirilib.

Agentlik qeyd edir ki, müqavilələrdə nəzərdə tutulan qoruyucu mexanizmlərə baxmayaraq, SGC upstream seqmenti vasitəsilə (2025-ci il üzrə qrupdaxili hesablaşmalar istisna edilməzdən əvvəl EBITDA-nın təxminən 30 faizi) hələ də əmtəə qiymətlərinin təsirinə məruz qalır.

“Qaz satış həcmlərinin əhəmiyyətli hissəsi üzrə müqavilələr, eləcə də bütün kondensat bazar qaz və neft qiymətlərinə indeksləşdirilib ki, bu da şirkətin əməliyyat nəticələrində müəyyən dəyişkənlik yaradır. Belə ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilatın artması və əlverişli qiymət konyunkturası hesabına 2023–2024-cü illərdə müşahidə olunan güclü artımdan sonra, SGC 2025-ci ildə hasilatın sabitləşməsi və qiymət mühitinin zəifləməsi fonunda ümumi gəlirlərinin təxminən 8 faiz azalacağını gözləyir. Yaxın Şərqdəki münaqişə fonunda neft və qaz qiymətlərinin kəskin artımı 2026-cı ildə upstream seqmentinin gəlirlərini dəstəkləyə bilsə də, Moody’s-in bazar sarsıntılarının məhdud olacağını nəzərdə tutan baza ssenarisinə əsasən, qiymətlərin 2027-ci ildə yenidən enişə keçəcəyi ehtimal olunur ki, bu da ümumilikdə stabil hasilat və satış həcmləri şəraitində upstream seqmentinin gəlirlərinin növbəti dəfə azalmasına səbəb olacaq. Bununla belə, biz gözləyirik ki, gəlirlilik və mənfəətlilik artan sabit və yüksək marjalı midstream əməliyyatlarının payı hesabına dəstəklənməyə davam edəcək”, – hesabatda vurğulanır.

PAYLAŞIN:

Continue Reading

Previous: Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır
Next: Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT

OXŞAR MÖVZULAR

trend_gunel_gulieva

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı üzrə yeni ekoloji layihələr hazırlanır – Günel Quliyeva

admin 20/05/2026
4d2155f3-8402-4573-8d6e-116699cf4b66_740

Zaman eyni, qazanc fərqli… – Saatlıq maaş hansı ölkədə nə qədərdir?

admin 15/05/2026
dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026

XƏBƏR LENTİ

  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib 22/05/2026
  • Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır 22/05/2026
  • Anar Quliyev: “WUF13-ə ev sahibliyi etmək milli transformasiya gündəliyimizi əks etdirir” 22/05/2026
  • Qızılın qiymətində kəskin ucuzlaşma – Ekspert səbəbləri açıqladı 22/05/2026
  • İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” 22/05/2026
  • Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır? 22/05/2026
  • Türkiyə siyasi həyatında fırtına: parçalanma olacaq 22/05/2026
  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.