Skip to content
22/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 22
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran

Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran

admin 22/05/2026
CHP GENEL BAŞKANI ÖZGÜR ÖZEL, KEMAL KILIÇDAROĞLU İLE BİR

Cumhuriyet Halk Partisi Genel Başkanı Özgür Özel, Ankara Büyükşehir Belediye Başkanı Mansur Yavaş’ın ev sahipliğinde, önceki Genel Başkan Kemal Kılıçdaroğlu ile akşam yemeğinde bir araya geldi. Yemeğe, Ankara İl Başkanı Ümit Erkol da eşlik etti.

 

Ankara Regional Apellyasiya Məhkəməsi Cumhuriyyət Xalq Partiyasının (CHP) başqanı Özgür Özəlin seçildiyi 2023-cü il qurultayı ilə bağlı tam etibarsız sayılması qərarı çıxarıb. Qərara əsasən CHP-nin əvvəlki başqanı Kamal Kılıçdaroğlu yenidən partiya rəhbərliyinə qaytarılıb.
İlk baxışda bu proses sırf hüquqi prosedur və ya partiyadaxili təşkilati məsələ kimi görünə bilər. Lakin hadisənin siyasi dərinliyi bundan qat-qat böyükdür. Çünki burada söhbət yalnız bir qurultayın legitimliyindən getmir, eyni zamanda Türkiyədə müxalifətin idarəetmə modeli, liderlik problemi və siyasi institutların dayanıqlığı müzakirə predmetinə çevrilir.
Türkiyədə siyasi partiyaların fəaliyyəti hüquqi baxımdan “Siyasi partiyalar haqqında qanun” ilə tənzimlənir və qurultayların qanuniliyinə dair iddiaların məhkəmə instansiyalarında araşdırılması hüquqi prosedur hesab olunur. Ancaq Türkiyə kimi yüksək siyasi gərginliyin və kəskin qütbləşmənin mövcud olduğu sistemlərdə hüquqi proseslər çox zaman yalnız hüquqi çərçivədə qalmır. Belə məsələlər siyasi legitimlik, hakimiyyət-müxalifət münasibətləri və ictimai psixologiya ilə iç-içə keçir. Məhz buna görə CHP qurultayı ətrafında yaranmış mübahisə adi partiyadaxili debat deyil. Bu proses Türkiyə müxalifətinin uzun illərdir həll edə bilmədiyi struktur problemləri yenidən görünən edir. CHP Türkiyənin ən qədim və ən böyük müxalif siyasi qüvvəsi olsa da, partiya uzun müddətdir daxili liderlik balansları, təşkilati qruplaşmalar və strateji xətt müzakirələri ilə müşayiət olunan mürəkkəb siyasi dinamika içində fəaliyyət göstərir.
Qurultay və liderlik ətrafında yaranan debatlar CHP üçün yeni hadisə deyil. Əksinə, bu, partiyanın siyasi tarixinin davamlı elementlərindən biridir. Burada diqqət çəkən əsas məqam Türkiyə siyasətindəki liderlik modelidir. Prezident Rəcəb Tayyib Ərdoğan uzun illərdir Türkiyə siyasətində xarizmatik və mərkəzləşdirilmiş liderlik modelinin əsas simvoluna çevrilib. Onun siyasi gücü yalnız dövlət institutlarından və ya partiya mexanizmlərindən qaynaqlanmır. Əsas faktor seçici ilə qurduğu birbaşa emosional və siyasi bağdır. Türkiyə kimi siyasi emosiyaların yüksək olduğu cəmiyyətlərdə lider obrazı çox zaman partiya institutlarından daha güclü təsir yaradır. Bu isə müxalifət üçün fərqli çətinlik formalaşdırır.  CHP-də qərarvermə mexanizmi daha çox institusional balanslar, daxili kompromislər və kollektiv idarəetmə modeli üzərində qurulub. Demokratik baxımdan bu yanaşma daha institusional görünə bilər. Lakin siyasi rəqabətin böyük ölçüdə lider mərkəzli sistemlərdə bu model bəzən zəiflik təsiri bağışlayır.
CHP-nin uzun illərdir yaşadığı əsas dilemma da məhz budur – institusional siyasətlə xarizmatik liderlik arasında balans qura bilməmək. Hazırkı hüquqi mübahisənin siyasi təsiri də əsasən bu nöqtədə ortaya çıxır. Məsələ yalnız məhkəmənin hansı qərarı verəcəyində deyil. Daha vacib məsələ prosesin yaratdığı qeyri-müəyyənlik atmosferidir. Çünki siyasi təşkilatlar üçün ən təhlükəli vəziyyət bəzən məğlubiyyət deyil, legitimlik suallarının uzun müddət açıq qalmasıdır. Belə şəraitdə partiyanın ictimai diqqəti siyasi proqramlardan və alternativ idarəetmə mesajlarından uzaqlaşaraq daxili müdafiə mexanizmlərinə yönəlir.
Nəticədə siyasi enerji təşkilati böhranın idarə edilməsinə sərf olunur. Bu isə xüsusilə müxalifət düşərgəsində koordinasiya ehtiyacının artdığı dövrdə ümumi siyasi dinamikanı zəiflədə bilər. Digər mühüm məqam seçici psixologiyası ilə bağlıdır. Belə böhranlar adətən cəmiyyətdə iki fərqli reaksiya yaradır. Bir qrup seçici bunu idarəetmə zəifliyi və siyasi qeyri-sabitlik əlaməti kimi qəbul edir. Digər qrup isə prosesi partiyadaxili  demokratik nəzarət mexanizminin işləməsi kimi qiymətləndirir. Hansı yanaşmanın üstünlük qazanacağı isə hüquqi prosesdən daha çox CHP rəhbərliyinin böhranı necə idarə etməsindən asılı olacaq.
Əslində CHP ətrafında yaranmış vəziyyət Türkiyə siyasətinin daha fundamental problemini – institusional siyasətlə lider mərkəzli siyasət arasındakı ziddiyyəti  ortraya çıxarır. Türkiyə siyasi sistemi uzun illərdir güclü lider fiqurları üzərində formalaşdığı halda, CHP daha çox kollektiv və institusional idarəetmə modeli ilə siyasi rəqabət aparmağa çalışır. Bu isə partiya daxilində legitimlik və liderlik mübahisələrini daha həssas edir.
Nəticə etibarilə, CHP qurultayı ətrafında yaranmış hüquqi mübahisə təkcə bir partiyanın daxili problemi deyil. Bu  proses Türkiyə siyasətində legitimlik, liderlik və müxalifətin struktur dayanıqlığı barədə daha dərin sualları yenidən gündəmə gətirir. Türkiyə siyasətində xarizmatik liderlik modeli dominant olaraq qaldığı müddətdə, CHP kimi daha institusional siyasi xəttə söykənən partiyaların daxili böhranları yalnız təşkilati məsələ kimi deyil, bütövlükdə müxalifətin gələcəyi baxımından strateji problem kimi qiymətləndiriləcək…
PAYLAŞIN:

Continue Reading

Previous: 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…”
Next: Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər

OXŞAR MÖVZULAR

93ef24bc824ca900810b27510a93be5c

Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər

admin 22/05/2026
d81p97rq1j200e9hof6tdf0p3ioirfj7 (1)

Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər

admin 22/05/2026
istanbul

Türkiyə siyasi həyatında fırtına: parçalanma olacaq

admin 22/05/2026

XƏBƏR LENTİ

  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib 22/05/2026
  • Yalçın Rəfiyev: Əhalinin mənzillə təmin edilməsi üçün beynəlxalq maliyyələşmənin genişləndirilməsi lazımdır 22/05/2026
  • Anar Quliyev: “WUF13-ə ev sahibliyi etmək milli transformasiya gündəliyimizi əks etdirir” 22/05/2026
  • Qızılın qiymətində kəskin ucuzlaşma – Ekspert səbəbləri açıqladı 22/05/2026
  • İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” 22/05/2026
  • Aliment ödəməyənlərin sayı sürətlə artır: Dövlət hansı tədbirləri görməyə hazırlaşır? 22/05/2026
  • Türkiyə siyasi həyatında fırtına: parçalanma olacaq 22/05/2026
  • Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib 21/05/2026
  • “Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI 21/05/2026
  • Dünya mediası WUF13-dən yazır – Fotolar 21/05/2026
  • Hörmüz boğazı ilə bağlı neft proqnozu: Əgər belə getsə… 21/05/2026
  • Prezidentə təbrik məktubları gəlir 21/05/2026
  • Kreml Paşinyan hakimiyyətinə xəbərdarlıq etdi: hərbi qarşıdurma… 21/05/2026
  • Şahbaz Şərif İlham Əliyevə təbrik məktubu göndərdi – “Qardaşlığımız sarsılmazdır” 21/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.