Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 25
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq?

Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq?

admin 25/05/2026
qatar-qeo-az

 

Məlum olduğu kimi, sabahdan etibarən Azərbaycan və Gürcüstan arasında sərnişin qatarı reysləri bərpa ediləcək. Bununla da, beş ildən artıq fasilədən sonra Bakı–Tbilisi–Bakı marşrutu yenidən fəaliyyətə başlayacaq.

Pandemiya dövründə dayandırılan dəmir yolu əlaqəsinin yenidən açılması həm turizm sektoru, həm də iki ölkə arasında sərnişin daşımaları baxımından mühüm addım hesab olunur. COVİD-19 pandemiyası səbəbindən 19 mart 2020-ci ildən etibarən dayandırılan qatar reysləri xüsusilə quru sərhədlərin bağlı olduğu dövrdə minlərlə insanın səfər imkanlarını məhdudlaşdırmışdı. Həmin müddətdə Azərbaycan və Gürcüstan arasında əsas sərnişin daşımaları hava nəqliyyatı vasitəsilə həyata keçirilirdi ki, bu da həm qiymət, həm də əlçatanlıq baxımından hər kəs üçün uyğun olmurdu.

Yeni qərarla birlikdə Bakı və Tbilisi arasında dəmir yolu əlaqəsinin bərpası turist axınının yenidən artacağı ilə bağlı gözləntiləri gücləndirib. Xüsusilə əvvəllər hər iki ölkə arasında quru yolla intensiv şəkildə həyata keçirilən turizm səfərlərinin yenidən canlanacağı ehtimal edilir.

Məlumat üçün bildirək ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 175 ölkəsindən 658,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Rəsmi statistikaya əsasən, 2019-cu ildə quru sərhədlər açıq olarkən Gürcüstandan Azərbaycana turizm məqsədilə 600 mindən çox insan səfər edib. Həmin şəxslərin böyük əksəriyyəti – təxminən 98 faizi ölkəyə quru nəqliyyatı vasitəsilə daxil olub, hava yolu ilə gələnlərin sayı isə cəmi 11 minə yaxın olub. 2025-ci ildə quru sərhədlərin bağlı qalması isə turist axınına ciddi təsir göstərib. Bu dövrdə Gürcüstandan Azərbaycana gələn turistlərin sayı 64 min nəfərə qədər azalaraq 2019-cu illə müqayisədə 9 dəfədən çox aşağı düşüb.

Əsas turist hərəkəti Azərbaycandan Gürcüstan istiqamətində olub. Belə ki, 2019-cu ildə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 354 min nəfər təşkil edib. Onların da təxminən 98 faizi səfəri quru yoluyla edib, hava nəqliyyatından istifadə edənlərin sayı isə 28 min nəfərdən bir qədər çox olub. Quru sərhədlərin bağlı olduğu 2025-ci ildə isə Azərbaycandan Gürcüstana gedən turistlərin sayı da kəskin şəkildə azalaraq 129 min nəfərə enib. Bu göstərici 2019-cu illə müqayisədə 10 dəfədən çox azalma deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, turizm məqsədilə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının bu ölkədə xərclədikləri vəsait isə 138 milyon manat (81,2 milyon dollar) olub. Bir nəfərə düşən orta xərc 628 dollar (1 068 manat) təşkil edib. Gürcüstandan gələn turistlərin adambaşına orta xərci isə təxminən 752 manat təşkil edib. Bu hesabla, onların Azərbaycanda ümumi xərci təxminən 48,3 milyon manat olub.

Bəs maraqlıdır, sərnişin qatarının işə düşməsi Azərbaycan, yoxsa Gürcüstana daha çox sərf edəcək?

Bu barədə iqtisadçı Xalid Kərimli şərhində bildirib ki, sərnişindaşımaların bərpası iki ölkə arasında həm turizm, həm də iqtisadi əlaqələrin yaxşılaşmasına səbəb olacaq. Onun sözlərinə görə, bu addım turizm və ticarət istiqamətində münasibətlərə müsbət impuls verəcək.

İqtisadçı qeyd edib ki, Gürcüstanda çoxsaylı azərbaycanlılar yaşayır və qatar vasitəsilə sərnişin daşımalarının bərpası sosial baxımdan da mühüm əhəmiyyət daşıyır: “Vətəndaşların daha rahat şəkildə sərhədi keçməsi sosial aspekt baxımından önəmlidir. Bu qərar turizmə də müsbət təsir göstərəcək. Doğrudur, hava nəqliyyatı ilə əlaqə mümkün idi, amma burada zaman-zaman baha qiymətlərlə rastlaşırdıq. Hava nəqliyyatı ciddi diskomfort yaradırdı. Bakı–Tbilisi reysi mövcud olsa da, Gürcüstan sərhədinə yaxın ərazilərdə yaşayan insanlar üçün bir neçə saatlıq səfər bəzən bir sutkalıq səfərə çevrilirdi. Bu isə həm vaxt itkisinə, həm də daha baha xərclərə səbəb olurdu. Bu, ciddi problem idi”.

Xalid Kərimli bildirib ki, sərnişin qatarlarının yenidən fəaliyyətə başlaması turizmin yaxşılaşmasına da təkan verəcək: “Sərhədlərin bağlı olması yerli turizm obyektlərinin vətəndaşlara daha yüksək qiymətlər təklif etməsinə gətirib çıxarırdı. Vətəndaşların alternativ sərhəd keçmə imkanı olmadığından insanlar daha çox daxili turizmə yönəlirdi. Bu da bəzi turizm obyektlərinin fürsətdən istifadə edərək yüksək qiymətlər müəyyən etməsinə səbəb olurdu. Sərhədlərin bu formada açılması gediş-gəliş turizmini canlandıracaq”.

İqtisadçı hesab edir ki, dəmir yolu xətti üzərində yerləşən rayonlar, xüsusilə sərhədyanı bölgələr də bundan iqtisadi baxımdan faydalanacaq: “Dəmir yolu xətti üzərində olan rayonlarda, xüsusilə sərhədyanı ərazilərdə ticarətin canlanması müşahidə olunacaq. İqtisadi aktivlik artacaq. Gürcüstan və Türkiyə Orta Dəhlizin əsas elementləridir. Bu amil beynəlxalq turizm baxımından da diqqət çəkir. Tiflisə gələn turistlərin Bakıya gəlmək istəyi çox olur. Onlar da daha rahat və ucuz çatdırılma imkanlarından istifadə edə biləcəklər. Bu isə xaricdən hər iki ölkəyə gələcək turistlərin sayına müsbət təsir göstərəcək”./azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq”
Next: Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

OXŞAR MÖVZULAR

uqXIXBKk27oHZtD3UU9KCxdxm3ZEDRz97UrLpJXc_1200

Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb

admin 25/05/2026
menzil-açar2

Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə

admin 25/05/2026
turizm-may

Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir?

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026
  • Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.