Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • May
  • 25
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT

admin 25/05/2026
qht-6-

 

Xarici səfərlər, nümayəndə heyətlərinin gediş-gəlişi, memorandum mərasimləri, hədiyyələr, görüşlər, tədbirlər və təqdimatlar büdcə vəsaiti ilə maliyyələşdirilir. Amma ortada konkret nəticə yoxdur…

Əsas məsələ nəticə əldə etmək deyil, mediada aktiv görünmək, pafoslu açıqlamalar vermək və “beynəlxalq əməkdaşlıq” görüntüsü formalaşdırmaqdır

Bir sıra dövlət qurumlarının fəaliyyətində son illər ən çox diqqət çəkən problemlərdən biri də real nəticədən daha çox görüntüyə hesablanmış fəaliyyət modelidir. Bu tendensiya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində, xüsusilə Özbəkistan istiqamətində apardığı fəaliyyətdə açıq şəkildə hiss olunur. Təxminən 3 ilə yaxındır ki, Agentlik və onun rəsmiləri ictimaiyyətə eyni vədi verir: Azərbaycan və Özbəkistan QHT-ləri üçün “yaxın günlərdə” birgə qrant müsabiqəsi elan olunacaq. Amma həmin “yaxın günlər” hələ də gəlib çatmayıb.

Maraqlıdır ki, bu müddət ərzində bir-birinin ardınca memorandumlar imzalanıb, rəsmi nümayəndə heyətləri qarşılıqlı səfərlər edib, görüşlər keçirilib, mediaya pafoslu açıqlamalar verilib. Lakin ortada konkret nəticə yoxdur. Nə birgə qrant müsabiqəsi elan olunub, nə QHT-lər üçün real maliyyə platforması yaradılıb, nə də vətəndaş cəmiyyəti üçün praktik nəticə ortaya çıxıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Özbəkistan istiqamətində ilk geniş təqdim olunan əməkdaşlıq addımlarından biri 2023-cü ilin noyabr ayında baş verdi. Həmin vaxt Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Özbəkistan Qeyri-Hökumət Qeyri-kommersiya Təşkilatları Milli Assosiasiyası arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalandı. Bununla paralel olaraq, Özbəkistan Respublikasının Ali Məclisi yanında Qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək üzrə İctimai Fondun vəsaitlərinin idarə olunması üzrə parlament komissiyası ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasında da əməkdaşlıq memorandumu bağlandı.

Rəsmi məlumatlarda qeyd olunurdu ki, memorandumların məqsədi iki ölkənin qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın dərinləşdirilməsi, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin təşkili və uzunmüddətli tərəfdaşlığın qurulmasıdır. Hətta açıqlamalarda vurğulanırdı ki, tərəflər vətəndaş cəmiyyətinin inkişafı istiqamətində birgə fəaliyyət mexanizmləri formalaşdıracaqlar.

Lakin həmin memorandumlardan artıq xeyli vaxt keçməsinə baxmayaraq, ictimaiyyətə bu sənədlərin konkret nəticəsi təqdim edilməyib. Ortada nə həyata keçirilmiş birgə layihələrin siyahısı var, nə maliyyələşdirilmiş təşəbbüslər barədə hesabat, nə də vəd edilən qrant proqramları.

Daha sonra 2025-ci il mayın 22-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Daşkənddə Özbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarının Dəstəklənməsi üzrə İctimai Fondunun sədri Adham Şadmanov və Özbəkistanın Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxocayev ilə görüş keçirdi. Görüşdən sonra QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Özbəkistan Respublikasının Vətəndaş Cəmiyyəti İnstitutlarının Dəstəklənməsi üzrə İctimai Fondu arasında növbəti Anlaşma Memorandumu imzalandı. Sənədi Aygün Əliyeva və Adham Şadmanov imzaladılar.

Ən maraqlısı isə odur ki, həmin memorandum imzalanarkən yenə eyni cümlə səsləndirildi: “yaxın vaxtlarda hər iki qardaş ölkənin qeyri-hökumət təşkilatları üçün birgə qrant müsabiqəsi elan olunacaq.”

Bu artıq təsadüfi gecikmə yox, sistemli şəkildə təkrarlanan PR ritorikası təsiri bağışlayır. Çünki eyni vəd 2023-cü ildən bəri müxtəlif formalarda təkrar olunur, amma ortada real nəticə yoxdur.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev də 2024-cü il dekabrın 5-də açıqlamasında bildirmişdi ki, Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının birgə qrant müsabiqələri elan etməsinin vaxtı çatıb.

Mövzu ilə bağlı “Yenixeberorg”a danışan ekspert xüsusi ilə “vaxtı çatıb” ifadəsinə diqqət şəkir: Əgər doğrudan da vaxtı çatmışdısa, niyə həmin vaxtdan aylar keçməsinə baxmayaraq heç bir müsabiqə elan olunmadı? Əgər proses hazır idisə, niyə nəticə yoxdur?

Daha sonra isə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin mətbuat katibi Ülviyyə Qarayeva 2025-ci il sentyabrın 3-də yenidən mediaya açıqlama verərək “yaxın günlərdə” birgə qrant müsabiqəsinin elan olunacağını bildirdi.

Beləliklə, 2-3 ildir dövlət qurumunun müxtəlif rəsmiləri eyni məzmunlu açıqlamalar verir:
“hazırlıq gedir”, “əməkdaşlıq genişlənir”, “yaxın günlərdə qrant müsabiqəsi elan olunacaq”. Amma nəticə dəyişmir, nə qrant müsabiqəsi var, nə də birgə QHT layihəsi.

Ən ciddi problem isə odur ki, bütün bu proseslər dövlət büdcəsi hesabına həyata keçirilir. Xarici səfərlər, nümayəndə heyətlərinin gediş-gəlişi, memorandum mərasimləri, hədiyyələr, görüşlər, tədbirlər və təqdimatlar büdcə vəsaiti ilə maliyyələşdirilir. Amma ortada konkret nəticə yoxdur.

Bu vəziyyət biz cəmiyyət üzvlərində haqlı narazılıq yaradır. Çünki vergi ödəyicilərinin vəsaiti real fəaliyyətə deyil, görüntü yaratmağa xərclənir.

Bir tərəfdən “strateji əməkdaşlıq”, “vətəndaş cəmiyyətinin gücləndirilməsi” kimi böyük ifadələr işlədilir, digər tərəfdən isə illərlə bir sadə qrant müsabiqəsini elan etmək mümkün olmur.

Əgər bu əməkdaşlıq doğrudan da prioritetdirsə, niyə nəticə yoxdur? Əgər nəticə yoxdursa, niyə hər dəfə yeni memorandum imzalanır?

Bütün bunlar onu göstərir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimi qurumlarda fəaliyyət anlayışı real nəticə ilə deyil, mediada necə görünməklə ölçülür. Yəni əsas məsələ nəticə əldə etmək deyil, mediada aktiv görünmək, pafoslu açıqlamalar vermək və “beynəlxalq əməkdaşlıq” görüntüsü formalaşdırmaqdır.

Halbuki vətəndaş cəmiyyətinin inkişafı memorandum şəkilləri ilə yox, konkret layihələrlə, işləyən mexanizmlərlə və şəffaf proqramlarla mümkündür.

2-3 ildir eyni vədin təkrarlanması və nəticənin olmaması artıq gecikmə kimi yox, sistemli idarəetmə problemidir. Çünki normal halda Agentlik ya konkret tarix açıqlayar, ya prosesi tamamlayar, ya da gecikmənin səbəbini düzgün izah edər. Amma burada cəmiyyətə yalnız qeyri-müəyyən gələcək zaman təqdim olunur: “yaxın günlərdə olacaq”.

İndi bizi düşündürən sual gülünc sual budur: bu “yaxın günlər” nə vaxt gələcək? (Yenixeberorg.com)

 

PAYLAŞIN:

Continue Reading

Previous: Qurban bayramı ilə bağlı fətva verildi
Next: İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

OXŞAR MÖVZULAR

söhrab-deniz-l

Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq

admin 25/05/2026
nigar-rüfət

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026
qht-forum

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -…ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026
  • Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb 25/05/2026
  • Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq 25/05/2026
  • Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək 25/05/2026
  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib 22/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.