Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • İyun
  • 1
  • Ölüm faktının rəsmiləşdirilməsində problem: Məhkəmə qərarlarının sayı niyə artır?

Ölüm faktının rəsmiləşdirilməsində problem: Məhkəmə qərarlarının sayı niyə artır?

admin 01/06/2026
erize1

 

Ölüm haqqında şəhadətnamənin alınması prosesinin çətin olması ilə bağlı narazılıqlar davam edir. Əgər mərhum(ə) sağlığında sahə həkiminin qəbulunda olmayıbsa, dünyasını dəyişəndə yaxınları arayış ala bilmirlər. Yeganə yolun məhkəmə olduğu və bunun isə əlavə xərc, zaman itkisi olduğu deyilir.

Sorğumuza cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, ötən il 2481 nəfərin ölümü məhkəmə qətnaməsi əsasında rəsmiləşdirilib:

“Onlardan 2322 nəfərin barəsində ölüm haqqında şəhadətnamə verilib. Ötən ilin ilk 4 ayı ərzində ölümü məhkəmə qətnaməsi əsasında qeydə alınmış 672, cari ilin ilk 4 ayı ərzində isə ölümü məhkəmə qətnaməsi əsasında qeydə alınmış 767 şəxsin hamısının barəsində şəhadətnamə tərtib edilib”.

Görünən odur ki, ölümü məhkəmə qətnaməsi əsasında qeydə alınanların sayında artım müşahidə olunur.

Mövzu ilə bağlı danışan deputat Razi Nurullayev hesab edir ki, ölüm haqqında şəhadətnamənin verilməsi prosesi mümkün qədər sadələşdirilməli, vətəndaş əlavə bürokratik maneələrlə üzləşməməlidir.

İcra nümayəndəsinin arayışı əsas götürülə bilər

“Təəssüf ki, hazırda bəzi hallarda – mərhum sağlığında sahə həkiminin nəzarətində olmayıbsa, yaxınları arayış almaqda çətinlik çəkir və məhkəməyə müraciət etməyə məcbur qalır. Halbuki, məhkəmə yolu yalnız istisna və şübhəli hallar üçün nəzərdə tutulmalıdır.

Hesab edirəm ki, daha praktik və real yanaşma kimi icra nümayəndəsinin arayışı əsas götürülə bilər. Çünki faktiki olaraq məhkəmə də qərar çıxararkən çox vaxt həmin icra nümayəndəsinin arayışına, yerində toplanmış məlumatlara və şahid ifadələrinə istinad edir. Əgər icra nümayəndəsi, yerli şahidlər və aidiyyəti şəxslər ölüm faktını təsdiqləyir və buna görə məsuliyyət daşımağa hazırdırsa, belə hallarda şəhadətnamənin məhkəməsiz verilməsi mümkündür və bu, daha məqsədəuyğun olardı”, – deputat vurğulayıb.

Dövlət qurumları buna görə ehtiyatlı davranır

R.Nurullayev məsələnin digər tərəfinə də diqqət çəkib:

“Bəzi hallarda ölümün səbəbi ilə bağlı şübhəli məqamlar, hətta qəsdən törədilmiş hadisələr də ola bilər. Təcrübədə belə hallar olub ki, ilkin olaraq ölüm təbii hal kimi qəbul edilib, lakin sonradan ekshumasiya tələb olunub və yeni faktlar ortaya çıxıb. Məhz bu kimi risklərə görə dövlət qurumları ehtiyatlı davranır və bu yanaşma da müəyyən mənada başadüşüləndir”.

Bu halda məhkəməyə müraciət edilməlidir

Deputat ona görə də bu məsələdə əsas məqsədin balanslı mexanizm qurmaq olduğunu deyib:

“Sadə və aydın hallarda, yəni icra nümayəndəsinin arayışı, şahidlərin təsdiqi və hər hansı şübhənin olmaması şəraitində proses məhkəməsiz və operativ şəkildə həll olunmalıdır. Yalnız mübahisəli, şübhəli və ya hüquqi risk daşıyan hallarda isə məhkəmə mexanizmi işə düşməlidir. Yəni elə bir model qurulmalıdır ki, nə vətəndaş əlavə əziyyət çəksin, nə də hüquqi və təhlükəsizlik baxımından boşluq yaransın. Bu balansın tapılması həm humanist yanaşma, həm də hüquqi məsuliyyət baxımından ən doğru yoldur”.

Bu halda ailəsinə dəfn xərci təqdim olunur

Hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, ümumiyyətlə, istənilən halda şəxs vəfat edəndə mütləq bu barədə hüquq-mühafizə orqanlarına və tibb müəssisəsinə məlumat verilməlidir:

“Əgər bununla bağlı hər hansı rəsmiləşdirilmə aparılması tələb olunursa, dərhal müvafiq qeyd aparılır. Həmin tibb müəssisəsindən verilən sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunur. Həmçinin Ədliyyə Nazirliyinin müvafiq rayon, şəhər qeydiyyat şöbələrinə təqdim olunur. Daha sonra vətəndaşın şəxsiyyət vəsiqəsi deaktiv olunur və ölüm haqqında şəhadətnamə hazırlanır. Əgər vəfat edən şəxs vaxtında vergi ödəyicisi olubsa, onun ailəsinə dəfn xərci təqdim olunur”.

O bildirib ki, vəfat edən şəxsin ailə üzvləri hər hansı bir formada müvafiq dövlət qurumlarını xəbərdar etməyiblərsə və dəfn ediblərsə, onda məhkəməyə müraciət etməlidirlər.

“Məhkəməyə müraciət edərək ölüm faktını təsdiq etməlidirlər və ölüm haqqında şəhadətnaməni əldə etməlidirlər”, – o vurğulayıb.

Ədliyyə Nazirliyindən bildirilib ki, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən vətəndaşın müraciəti olmadan ölüm qeydə alınır.

“Ölüm haqqında şəhadətnaməni isə ölən şəxsin yaxın qohumları seçdiyi yer üzrə qeydiyyat şöbəsinə müraciət etməklə əldə edirlər”, – məlumatda qeyd olunub.

“Ölüm kağızı”nın alınması prosesi asanlaşdırıla bilərmi?

Bu sualımıza konkret cavab ola bilmədik. TƏBİB-dən bildirildi ki, ölüm haqqında tibbi şəhadətnamələrin verilməsi qayda və şərtləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” (Qayda) ilə tənzimlənir.

Ölüm haqqında şəhadətnamə belə verilir

“”Ölüm haqqında tibbi şəhadətnamə’’ mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir.

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında Qaydanın 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir”, – məlumatda qeyd olunub./teleqraf.az

PAYLAŞIN:

Continue Reading

Previous: DİM saxta hesablar vasitəsilə vətəndaşların aldadılması barədə xəbərdarlıq edib
Next: Pezeşkian istefa məktubu yazıb? – Prezident Administrasiyası açıqladı

OXŞAR MÖVZULAR

itkin-az

Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

admin 01/06/2026
sima

Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu – “SİMA İmza”

admin 01/06/2026
dim-bina-2

DİM saxta hesablar vasitəsilə vətəndaşların aldadılması barədə xəbərdarlıq edib

admin 01/06/2026

XƏBƏR LENTİ

  • Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir – Bakı və İrəvan anlaşıb? 01/06/2026
  • Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 01/06/2026
  • Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu – “SİMA İmza” 01/06/2026
  • Türkiyə rəqəmsal ixracı genişləndirir: Azərbaycan əsas bazarlar sırasındadır 01/06/2026
  • Pezeşkian istefa məktubu yazıb? – Prezident Administrasiyası açıqladı 01/06/2026
  • Ölüm faktının rəsmiləşdirilməsində problem: Məhkəmə qərarlarının sayı niyə artır? 01/06/2026
  • DİM saxta hesablar vasitəsilə vətəndaşların aldadılması barədə xəbərdarlıq edib 01/06/2026
  • Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri qüvvəyə mindi 01/06/2026
  • Bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə bağlı yenilik 01/06/2026
  • İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 01/06/2026
  • Tramp: İranla saziş, əsasən, Tehranın nüvə proqramına həsr olunub 01/06/2026
  • Putin üçün geri sayım başlayıb – Kreml üçün təhlükə artıq Ukrayna deyil … 01/06/2026
  • Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 01/06/2026
  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.