05 iyun 2026-cı il tarixində Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı Günü” tədbiri təşkil olunmuşdur. Yüksək səviyyədə keçirilən tədbirin əsas məqsədi peşə təhsilinin imkanlarını, mərkəzdə tədris olunan ixtisasları, müasir tədris mühitini və tələbələrin əldə etdikləri bilik, bacarıq və nailiyyətləri ictimaiyyətə təqdim etmək olmuşdur.
Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələri, təhsil ictimaiyyətinin nümayəndələri, məktəb rəhbərləri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak etmişlər.
Qonaqlara mərkəzdə tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilmiş, tədris emalatxanaları, laboratoriyalar və təlim otaqları ilə yaxından tanış olmaq imkanı yaradılmışdır. Tədbir çərçivəsində tələbələrin hazırladıqları maketlər, layihələr, əl işləri və yaradıcılıq nümunələri nümayiş etdirilmiş, iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Açıq Qapı Günü ərzində qonaqlara peşə təhsilinin əmək bazarındakı əhəmiyyəti, məzunların karyera imkanları və istehsalat təcrübəsinin rolu barədə geniş məlumat verilmişdir. Tələbələr öz ixtisasları üzrə qazandıqları bilik və bacarıqları təqdimatlar və praktiki nümayişlər vasitəsilə sərgiləmişlər.
Tədbirin sonunda qonaqlar mərkəzdə yaradılmış müasir tədris şəraitini yüksək qiymətləndirmiş, tələbələrin peşə hazırlığı səviyyəsini təqdir etmiş və gələcək fəaliyyətimizdə uğurlar arzulamışlar.
Qeyd edək ki, “Açıq qapı” tədbirinin keçirilməsi müəllim və tələbələrin günlərlə və bəzən aylarla göstərdiyi böyuk fədakarlığın vizit kartıdir. Belə tədbirlər kənardan sadə bir sərgi kimi görunsə də arxasında gərgin hazırlıq prosesi dayanır.Tələbələr öz əl işlərini ,qazandığı uğurları geniş auditoriyaya təqdim edirlər.
Bunun nəticəsi isə valideynlər, şagirdlər və gələn qonaqların tədris və iş keyfiyyətini öz gözləri ilə görməsinə və bu tədris ocağına olan inamı daha da artırir. Onlar ixtisaslarla tanış olaraq öz seçimlərini edirlər.Bir sözlə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzimizdə uğurlu keçən “Açiq qapı” günü müəllim və tələbələrin çəkdiyi zəhmətin ən parlaq bəhrəsidir.
Məqaləyə dair fotomateriallar:








