Şəki rayonun Baş Göynük kəndidnə qeydiyyatda olan və hazırda yaşayan Mustafayev Kərim Kazım oğlu tərəfindən Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizlik Xidməti rəisi Əli Nağıyevə, İqtiasiduyyat naziri Mikayıl Cabbarova, Ombudsman Səbinə Əliyevaya, Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımova və digər aidiyyəti dövlət qurumlarının rəhbərlərinə və ictimailəşdirilməsi məqsədi ilə müraciət ünvanlanıb.
Şikayətçi aidiyyatı qurumlardan «Access bank”dan qohumu Rəsulun 17 il əvvəl götürdüyü və əsas borc bağlandığına baxmayaraq zamin durduğuma görə həyat yoldaşının aına olan 10 XX 962 dövlət nömrə nişanlı avtomobilə 2026-cı ilin yanvarından qanunsuz həbs qoyduran “Problemli Kreditlərlə iş Depertamentinin əməkdaşı Rasim və dəstəsinin törətdiyi cinayət əməllərinə hüquqi qiymətin verilməsini istəyir.
Aktualinfo-nun elektron poçtuna daxil olan müraciətdə deyilir:
Çox hörmətli cənab Prezident İlham Əliyev,
Siz həmişə rəsmi çıxışlarınız zamanı xüsusi qeyd edirsiniz ki, mən hər bir azərbaycanlının Prezidentiyəm. Bəli, biz də həmişə ailəvi olaraq Sizə hər seçki zamanı səs verir və güvənirik ki, bizim belə bir müzəffər Ali Baş Komandanımız var. Allah Sizi saxlasın. Ona görə də bir ümid yeri kimi bu gün yalnız Sizə müraciət etməklə hazırda övladımın təhsil haqqının ödənilməsi üçün gecə-gündüz tütün istehsalı ilə məşğul oluruq. Təsərrüfat yerinə gedib gəlmək üçün yeganə əmlakımız olan QAZel markalı avtomobilimizin üzərinə Acess bank tərəfindən qanunsuz qoyulmuş həbs aradan qaldırlmasına köməklik göstərəsiniz.
Mən, Kərim 17-ci il öncə xalam oğlu Şirinov Rəsul Məmmədiyə oğlunun xahişini nəzərə alaraq onun “Access bank”ın Şəki filialından götürdüyü kreditə görə heç bir girov qoymadan zamin durmuşam. Rəsul da yaşadığı Bakı şəhərində işləyib borcun əsas hissəsini tam ödəmişdir. Qalıq qalan 900 manata görə yəni, 17 ildən sonra bank faiz və peniya borcunun ödənilməsini şəxsən məndən tələb edir. Bankın Bakıdakı ofisindən Rasim adlı şəxs hər iki gündən bir mənə zəng edərək bildiri ki, təcili olaraq Rəsulun banka borcunu ödəyin , yoxsa həyat yoldaşın Davudova Səxavətin mülkü olan avtomobilinizi satışa çıxarıb bankın pulunu ödətdirəcəm. Budur, yanvar ayından sonra Qazel markalı 10 XX962 nömrəli və həyat yoldaşımın mülkü olan avtomobilə həbs qoydurmuşlar ki, borc tam bağlanmasa həbs avtomobildən götürülməəcək. Mən də bank işçisi Rasimi başa salmağa çalışıram ki, əsas borclu Rəsul hazırda Bakıda Sabunçu rayonunda yaşayır. Həyat yoldaşı da oğlu da özü də həm işləyirlər, həm də şəxsi evləri və avtomobilləri var. Gedin ondan tələb edin. Ölkə daxilində hazırda yaşayırlar. Amma nə xeyri. Rasim kor tutduğunu buraxmadığı kimi məsləyə heç bir dəxli olmayan Davudova Səxavətə məxsus avtomobil üzərinə həbs qoydurub ki, qoy əsas borclu, ya da siz bankın borcunu ödəyəsiniz.
İndi biz ailə olaraq 15 km-də yerləşən təsərrüfatımıza gedib gələ bilmirik. Rasim müəllim də hər iki gündən bir zəng edib bizi təhdid etməklə məşğuldur və 900 manatı təcili ödəməyimizi tələb edir. Biz kasıb insanlarıq.
Hesab edirəm ki. Rasim “Access Bank”ın deyil, öz şəxsi maraqları ilə qulluq mövqeyindən süi-istifadə edərək sxtakarlıqla, bankın hesabına köçürülmüş əsas borcun əsas hissənin artıqlamasıilə ödənilməsinə baxmayaraq məni zamin olaraq yersiz və əsassız olaraq bezdirməklə məşğuldur.Xatırlatmaq yerinə düşərdi ki, ümumi iddia müddəti 10 il hesab olunur. Bankın 17 ildən sonra dəxli olmayan şəxsin avtomobilinə həbs qoydurması isə cinayət hesab olunmalıdır.
Cənab Prezident və Mərkəzi Bankın İdarə heyətinin sədri cənab Taleh Kazımov. Sizdən çox xahiş edirəm ki, “Accsess Bank” ın Problemli Kredit Depertamentinin əməkdaşı Rasimin banka əsas borclu olan Rəsul Şirinovun əmlaklarına və özünə qarşı tədbir görmək əvəzinə mənim həyat yoldaşımın mülkünə qarşı 17 ildən sonra həbs qoydurması anlaşılan deyil.
Sizlərdən “Accesess bank” əməkdaşı Rasimin törətdiyi qanun pozuntularının araşdırılmasına və hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara göstəriş verməyinizi xahiş edir, yoldaşıma məxsus 10 XX 962 nömrəli avtomobilin üzərindən həbsin götürülməsinə köməklik göstərəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Aktualinfo.net
