2025-ci ildə Azərbaycanda müəssisələrin proqram təminatı və İKT avadanlıqları üzrə xərcləri 351,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığımız hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən 21,5 milyon manat və ya 5,8 % azdır.
Cəmi xərclərin 149,6 milyon manatını (1 əvvəlki göstəricidən 17 % az) proqram təminatı üzrə, 80,7 milyon manatını (6 % çox) texniki dəstək üzrə, 76 milyon manatını (19,3 % çox) internet şəbəkəsinə qoşulmaq üçün, 37,2 milyon manatını (6,5 % az) İKT avadanlıqları üzrə, 4,6 milyon manatını (32,3 % az) texniki vasitələrlə məlumatlandırma (SMS və digər), 1,7 milyon manatını (3,5 dəfə az) əməkdaşların təlimi və yeni tətbiqlərin öyrənilməsi üzrə, 2 milyon manatını (2,9 dəfə çox) digər sistemlərin hazırlanması (video konfrans, çağrı mərkəzi, xidməti terminallar və s.) üzrə xərclər təşkil edib.
Proqram təminatı ilə bağlı xərclərin 127,1 milyon manatı (19,7 % az) lisenziyalar üzrə, 22,5 milyon manatı (2,3 % çox) tətbiqi proqram təminatlarının hazırlanması üzrə xərclərdən ibarət olub. Lisenziyalar üzrə xərclərin isə 83,5 milyon manatını (34,7 % az) əməliyyat sistemləri üzrə, 3,6 milyon manatını (3,3 dəfə çox) verilənlər bazaları üzrə, 7,2 milyon manatını (63,6 % çox) proqramlaşdırma alətləri üzrə, 32,8 milyon manatını (31,2 % çox) digər proqram təminatları üzrə xərclər təşkil edib.
Texniki dəstək üzrə xərclərin 32,1 milyon manatını (7,4 % çox) texniki avadanlıqların dəstəklənməsi üzrə, 26,2 milyon manatını (7,4 % çox) sistem proqram təminatlarının dəstəklənməsi üzrə, 22,4 milyon manatını (2,8 % çox) isə tətbiqi proqram təminatlarının dəstəklənməsi üzrə xərclər təşkil edib.
İKT avadanlıqları üzrə xərclərin 15,8 milyon manatı (0,6 % az) istifadəçilər üçün nəzərdə tutulmuş texniki avadanlıqlar üzrə, 10,7 milyon manatı (39,2 % az) server avadanlıqları üzrə, 8,6 milyon manatı (2,3 dəfə çox) şəbəkə avadanlıqları üzrə, 2,1 milyon manatı (19,2 % az) İKT təhlükəsizliyi avadanlıqları üzrə xərclərdən ibarət olub./report.az
