“İranda baş verən hadisələr Azərbaycan və Türkiyəyə də təsir edir”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat üçün brifinqdə deyib.
Nazir qeyd edib ki, İranda baş verən hadisələrin diplomatik yolla həllinin tərəfdarıdırlar: “Böhranın həlli, bölgədə sülhün təmini üçün bütün tərəflərlə təmaslar davam edir”.
XİN başçısı bildirib ki, Azərbaycan Türkiyənin ortaq layihələri gündən-günə artır. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətləri “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdirilir: “Bu günkü ziyarətim də Bakının azad olunmasının 108-ci ildönümünə təsadüf etdi. Bütün şəhidlərimizə rəhmət diləyirik”.
Türkiyəli nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə iki ölkə arasındakı münasibətlər müzakirə edilib: “Bakı-Tiflis-Qars yolunun işləkliyliyinin önəmini vurğulayırıq. Müdafiə sahəsində birgə əməkdaşlıq bu ortaqlığı sahədə də özünü göstərir. Önümüdəki dönəmdə bunu davam etdirəcəyik”.
Hakan Fidan qeyd edib ki, Türkiyənin Azərbaycan və Erməmistan arasında gedən normallaşma prosesini yaxından izlədiyini, hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb: “Arzumuz regionun inkişafı üçün zəruri addımların atılmasıdır”.
Nazir bildirib ki, Qara dənizdə gəmilərə hücumla bağlı münaqişə tərəflərinə (Rusiya və Ukrayna – red.) lazımi xəbərdarlıq edilib. O, bugünkü görüşdə azərbaycanlı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini də müzakirə etdiklərini bildirib:
O, həmçinin Qars-Dilucu dəmiryolunun inşasına toxunaraq bu layihənin 2029-cu ilin sonunadək başa çatacağını deyib:
“Orta Dəhlizin fəaliyyəti hər iki ölkənin marağındadır. Bu həm də TDT ölkələrinə töhfə verəcək. Qars-Dilucu dəmiryolu ilə bağlı layihə işləri davam etdirilir və 2029-cu ilin sonuna doğru bu dəmiryolunun inşası yekunlaşacaq”.
“Son vaxtlar Qara dənizdə yük gəmilərinə qarşı hücumlar ciddi narahatlıq doğurur. Təəssüf ki, Azərbaycan və Türkiyə vətəndaşları arasında həlak olanlar da var. Biz münaqişə tərəflərinə bu məsələ ilə bağlı lazımi xəbərdarlıqlarımızı edirik. Son günlərdə bu təmaslar daha da artırılıb”.
