Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
İlham Əliyevin digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.
Qeyd edək ki, Sahib Rzayev 1977-ci ildə anadan olub.
O, 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsilini başa vurub. 2011-ci ildə isə həmin universitetdə beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsil alaraq fərqlənmə diplomu əldə edib.
Sahib Rzayev əmək fəaliyyətinə daxili işlər orqanlarında başlayıb və 2006-cı ilədək müstəntiq vəzifəsində çalışıb.
2006–2023-cü illərdə Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən şöbə, idarə və baş idarə rəisi kimi fəaliyyət göstərib.
2025-ci ilin yanvarında Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini təyin olunan Sahib Rzayev həmin ilin iyulundan idarənin rəisi vəzifəsini icra edib.
O, yeni təyinatadək bu vəzifədə çalışıb.
