Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Fevral
  • 28
  • Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir

Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir

admin 28/02/2025
eldar-abit

 

Hələ 2019-cu ilin fevralında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılanda qurumdan mətbuata verilən açıqlamalarda MMC-nin paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacağı bildirilirdi. İcra Hakimiyyətindən onu da əlavə etmişdilər ki, yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.

Maraqlıdır bu qurum ötən beş il ərzində paytaxtımızda görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarəti necə həyata keçirib? Əvvəlki illəri deyil, götürək sonuncu, 2024-cü ili.  “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə satınalma bir neçə mərhələlərdən ibarət olur ki, birincisi satınalma planının hazırlanması və ehtimal olunan qiymətin müəyyənləşdirilməsidir. Qanuna görə satınalan təşkilat növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycan Respublikası Milli Məclisinə təqdim edildikdən sonrakı 5 (beş) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (NK) növbəti ilin dövlət büdcəsinin layihəsinə uyğun olaraq satınalan təşkilata aid dövlət büdcəsinin göstəriciləri və xərclərinin bölgüsü barədə məlumatları satınalan təşkilata göndərir və satınalan təşkilat həmin məlumatlar əsasında 5 (beş) iş günü ərzində (büdcədən maliyyələşməyən satınalan təşkilat cari ilin oktyabr ayının 25-dən gec olmayaraq, növbəti il üçün müəyyən etdiyi tələbata uyğun) ilkin satınalma planını hazırlayaraq təsdiq edir və portalda yerləşdirir. 

Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti 16.11.2023-cü ildə 2024-cü ildə alınacaq malların və xidmətlərin satınalma planlarını açıqlayıb. Buraya il ərzində alınacaq malların və xidmətlərin satınalması üzrə 13 açıq tender, 2 kotirovka sorğusu daxil edilib. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü il ərzində dövlət satınalmalarının vahid internet portalına 7 açıq tender və 2 kotirovka sorğusunun yekunlaşdırıldığı barədə məlumat yerləşdirib.

Qeyd edək ki, tenderin yekunlaşdırılması və qalibin açıqlanması hələ müqavilənin bağlanılması anlamına gəlmir. Qanunla tender yekunlaşdıqdan sonra təchizatçılara gözləmə müddəti (təklifin akseptindən əvvəl təchizatçılara satınalmanın nəticələri ilə bağlı müraciət etmək, o cümlədən nəticələrdən şikayət etmək hüququnu verən müddət) verilir. Qanunla müəyyən edilmiş müddətdən sonra qalib təchizatçı ilə müqavilə bağlanılır və satınalmalarının vahid  portalında dərc edilir.

Amma dövlət satınalmalarının vahid internet portalında “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2024-cü ildə bağladığı müqavilələr barədə heç bir məlumat yoxdu. MMC-nin satınalma planlarına daxil etdiyi 6 açıq tendr barədə isə ümumiyyətlə heç bir məlumat yoxdu. Niyə? Burada Azərbaycan qanunları işləmirmi?

Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin 2024-cü ildə yekunlaşdırdığı və milyonlarla manat dəyəri olan bir neçə açıq tender diqqətimizi çəkdi.

MMC Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üzrə 28.02.2024-cü ildə 01.08.2024 -cü ildə yekun vurub və 1.429.000,06 manat təklifi ilə “AZ.ARXİTEKTURA”  MMC-nin qalib olduğunu açıqlayıb.

MMC satınalma planlarında 2024-cü ilin oktyabrında keçirilməsi nəzərdə tutulan Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınması üzrə açıq tender müsabiqəsinə 12.12.2024-cü ildə başlayıb və “VEST-LTD” QSC ilə 37.230.105,82 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını 16.01.2025-ci ildə açıqlayıb. Artıq bir aydan çox vaxt keçməsinə baxmayaraq müqavilənin bağlanıb, bağlanmaması barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl elektron media sözügedən QSC-nin 10 milyon (elektron mediada 21 fevralda yayılan məlumatlarda 11 891 188.48 manat olub, Vergi Xidmətinin məlumatında son günlər QSC-nin vergi borcunu qismən azaltdığı göstərilir ) manatdan çox vergi borcu olduğu barədə məlumat yaymışdı.  Rəsmi, Dövlət Vergi Xidmətinin informasiya bazasında yer alan məlumata görə, QSC  14 aprel 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Binəqədi rayonu, Cavad xan, ev 51, m. 46” olaraq göstərilir. Qanuni təmsilçisi  Verdəliyev Şahin Əlimərdan oğludur. Əvvəl “Vest LTD” MMC olan şirkət sonradan təşkilati-hüquqi forması dəyişdirərək “Vest LTD” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrilib. Qeyri rəsmi məlumatlarda “Vest LTD” QSC-nin mediada “tender kralı” kimi tanınan Ramazan Mirzəyevə məxsus olduğu deyilir.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin 2024-cü ildə yekun vurduğu iki tender isə nəqliyyat və xüsusi texnikaların satın alınması ilə bağlıdır. Bu məqsədlə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 16.07.2024-cü ildə yekunlaşdırdığı kommunal təyinatlı texnikaların satın alınması üzrə olan açıq tenderdə 31.400.007,68 manat təkliflə “AZ-TEX-IMPORT” MMC qalib seçilib. Nəqliyyat və xüsusi texnikaların satın alınması üzrə 24.07.2024-cü ildə yekunlaşmış tenderdə də “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 7.212.000 manat təkliflə “AZ-TEX-IMPORT” MMC-ni qalib seçib. Göründüyü kimi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 8 gün ərzində xüsusi texnikaların alınması üzrə “AZ-TEX-IMPORT” MMC ilə ümumi dəyəri  38 612 007 manat məbləğində müqavilə bağlamağı nəzərdə tutub.

Qeyd edək ki, “Az-Tex-İmport” şirkəti 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 22 610 manat, hüqüqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48, mənzil 290-da yerləşir. Şirkətin qanuni təmsilçisi İbadullayev Samir Sahib oğludur. Ondan əvvəl şirkəti Samir İbadullayevin qardaşı İlkin İbadullayev təmsil edib. “Az-Tex-İmport” MMC həm də Sumqayıt Texnologiyalar Parkının rezident şirkətidir. Açıq mənbələrdə şirkət və qanuni təmsilçiləri haqqında heç bir məlumata rast gəlinmir.

Amma dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “Az-Tex-İmport” MMC  2020-ci ildən başlayaraq Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Məzil Kommunal Təsərrüfatı Birliklərinin nəqliyyat və xüsusi texnikaların satınalınması üzrə keçirdiyi dəyəri 10 milyon manatdan çox olan 10 müqavilə bağlayıb. “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin yekunlaşdırdığı satınalmanı da nəzərə alsaq Bakı şəhər İcra Hakimiyyətinin son 4 ildə nəqliyyat və xüsusi texnikaların alınmasına 50 milyon manatdan çox dövlət vəsaitinin xərclədiyini görmüş olarıq. Belə olan halda bir neçə gün əvvəl Bakıya yağan qarı niyə kommunal qurumların texnikası deyil, elə BŞİH-İn açıqlamaında deyildiyi ki, qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib.

Aktualinfo.org xatırladır ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əliyev Abit Sadıq oğludur. Bu o, Abit Əliyevdir ki, Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra karyerasında yüz səksən dərəcə dönüş yaranmışdı. Həmin dövrdə Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmiş Eldar Əzizov onunla yolunu hələ də davam etdirir. Eldar Əzizov sadıq kadrını özü ilə gətirib Gəncədə daşıdığı vəzifəni Sumqayıtda da ona həvalə etdi. Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirdi. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə qeyri leqal nəzarəti həvalə etməyi üstün tutdu. Dövlət tərəfindən İcra Hakimiyyətinə şəhərdə abadlıq,  təmir-tikinti işləri üçün ayrılmış vəsaitlər artıq Abit Əliyevin əli ilə paylanır. Yəni,  “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC  heç bir iş görmür, sadəcə Bakı şəhər İcra Hakimiyyətindən pulu alıb, başqasına sıfariş edir. Bu da qurumun heç də dövlət vəsaitlərinin səmərəli istifadəsinə nəzarət üçün yaradılmadığını, şəxsi məqsədlərə xidmət üçün istifadə edildiyinidən xəbər verir.

 

Aktualinfo.org

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Ramiz Rzayev: “Ədalətli qərarlar insanlarda dövlətə inamı artırır”
Next: Avropa ölkələrində Xocalı soyqrımına həsr olunmuş məlumatlandırma aksiyaları keçirilib

OXŞAR MÖVZULAR

nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026
1732887242_mirelem-skoro-1536x983

Mirələm Cəlalov rəhbəri olduğu Təcili Tibbi Yardım Mərkəzində nə kimi işlər çevirir…

admin 14/04/2026
yusif-tender

Adı şübhəli satınalmalarda hallanan Yusif Yusifli yenə qalmaqal yaradır – “Nihat” MMC-nin pulunu vermir

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.