Skip to content
12/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 5
  • Azərbaycanda yağ niyə bahalaşır?

Azərbaycanda yağ niyə bahalaşır?

admin 05/03/2025
kr-yagi

 

Xəbər verdiyimiz kimi, ölkədə kərə yağının qiyməti bahalaşıb. “Anchor” kərə yağının qiyməti 23,50 manat, “Yeni Zelandiya” yağının qiyməti isə 22 manat olub.

Hazırda pərakəndə satış məntəqələrində “President” yağı (1 kq, 82%) 34, Türkiyə istehsalı “Pınar” yağı (1 kq) – 28,55, Almaniya istehsalı olan “Gerda” (1 kq) isə 27,50, “Best Cow” yağı (1 kq) – 23,19, “Westgold” (1 kq) – 23,90, Zellandiyanın “Colden Crown” yağı (1 kq) – 22,90 manata satılır.

1 ton kərə yağının idxal qiyməti 5,867.3 dollardır

Bu ilin yanvarında ölkəyə kərə yağı idxalı illik əsasda 3,3 dəfə artıb. Hesabat dövründə Azərbaycana 18 milyon 106 min dollar dəyərində 2 601.80 ton kərə yağı idxal olunub. 2024-cü ilin eyni ayında idxal dəyər ifadəsində 5 milyon 442 min dollar, cəki ifadəsində isə 1 022.47 ton olub.

Eləcə də yanvar ayında 8 863.75 ton, 13 milyon 383.37 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib. 2024-cü ilin eyni dövründə xaricdən 21 556.93 ton, 24 milyon 802.45 dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar alınmışdı. Göründüyü kimi, kərə yağından fərqli olaraq, bitki yağlarının idxalı azalıb.

Qeyd edək ki, 2024-cü ildə 1 ton kərə yağının idxal qiyməti 5,867.3 dollar, 2023-cü ildə 5 568 dollar, 2022-ci ildə, 5 828 dollar, 2021-ci ildə 5 251 dollar təşkil edib. Ən kobud hesablamalarla 1 kq kərə yağın orta idxal qiyməti 9,68 manat olub.

Ölkəyə yağlar əsasən Avropadan gətirilir

Ölkəyə xaricdən yağları əsasən “Delta Qrup C.O.” MMC, “Vest Produkt Marketinq” MMC, “Azərsun Holdinq” MMC, “Dinçer və Carçıoğlu” BM, “Gulistan Baku” MMC, “Veysəloğlu” MMC və “Lactalis Caspi” MMC gətirir. Bu şirkətlərin ticarət tərəfdaşı olan ölkələr isə İran, Yeni Zelandiya, Belarus, Ukrayna, Finlandiya, Fransa, Litva, Almaniya, İtaliya, Belçika, Niderland, Portuqaliya, Rusiya və Türkiyədir. Xüsusilə, İran və Yeni Zelandiyanın idxalda payı daha yüksəkdir. Əsas səbəblərdən biri də İrandan idxalın daha ucuz başa gəlməsidir.

Məsələn, ötən il İrandan gəytirilmiş yağın 1 kq-nın orta statistik dəyəri 8,27 manata bərabər olub. Yeni Zelandiyadan idxal edilmiş yağın orta idxal qiyməti isə 11,33 manat təşkil edib. Gömrük statistikasından belə bəlli olur ki, Azərbaycan yağı ən baha Portuqaliya və İtaliyadan alıb. 1 kiloqram yağın orta idxal qiyməti müvafiq olaraq 17,09, 15,76 dollar təşkil edib.

Yağın hər kiloqramı Latviyadan 8,86, Niderlanddan 8,64, Almaniyadan 7,66, Findlandiyadan 7,46, Türkiyədən 7,31 dollara alınıb.

İdxal güzəştləri ləğv edilib?

Verilən məlumatlara əsasən, yerli bazarda qiymət artımının səbəbi kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarına idxal güzəştlərinin ləğvidir. Belə ki, Nazirlər Kabinetinin qərarı ilə 2017-ci ildən daxili bazarda kərə yağının qiymətinin artımına yol verilməməsi üçün kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına güzəşt tətbiq edilirdi. Yəni idxal olunan məhsulun statistik dəyərinin (əlavə dəyər vergisindən başqa) 15%-i həcmində deyil, 5% həcmində idxal vergisi tutulurdu. İllərdir bu qərarın qüvvədə olma müddəti uzadılırdı.

Yeri gəlmişkən, kərə yağının idxal rüsumunun 15%-dən 5%-ə endirilməsi MDB-yə daxil olmayan ölkələrdən gətirilən kərə yağlarına aid idi. Ölkəyə kərə yağının önəmli hissəsi isə Avrozonadan gətirilir və ticarət avro ilə aparılır. Avropa Statistika İdarəsinin məlumatına görə, fevralda Avropa İttifaqı (Aİ) ölkələrində kərə yağının qiyməti illik müqayisədə 30% bahalaşıb.

Avropada kərə yağı qıtlığı və bahalaşma

Almaniyada kərə yağının istehsalçı qiymətləri illik 39,8% artıb. Bu göstərici Avrozonada 2,5% olan inflyasiya səviyyəsindən xeyli yüksəkdir. Polşada da kərə yağının qiyməti gündəmdədir. Prezident seçkilərinə qədər qiymət artımını nəzarətdə saxlamaq istəyən Polşa hökuməti 2024-cü ilin dekabrında strateji ehtiyatlardan 1 102 ton kərə yağının satışa çıxarılacağını açıqlayıb. Polşanın Strateji Ehtiyatlar Agentliyi bu yağın duzsuz və dondurulmuş formada təchizatçılara kiloqramı 7 dollara satılacağını açıqlayıb.

Qiymət artımının əsas səbəblərindən biri də istehsalın azalmasıdır. Aİ ölkələrində inəklərin sayının azalması, o cümlədən, bahalı xammal, yüksək enerji və nəqliyyat xərcləri ilə mübarizə fermerlərin vəziyyətini daha da çətinləşdirir. Niderland və İrlandiya kimi mühüm süd istehsalçılarında iqlim siyasəti və artan xərclərə qarşı etirazlar intensivləşib. Bundan əlavə, son illərdə qatılaşdırılmış yemdən istifadənin artması südün yağ tərkibini azaldıb və bu da kərə yağı istehsalında qıtlıq yaradıb. Avropada supermarketlər hər müştəriyə maksimum 4 paket (hər biri 250 qram) kərə yağı satır.

Dünyada kərə yağı bahalaşır

Təkcə Avropada deyil, dünyada kərə yağının bahalaşması müşahidə edilir. Ən böyük ticarət platformalarından biri olan “Global Dairy Trade”də (“Qlobal Süd Məhsulları Ticarəti”) 4 mart tarixinə olan məlumata əsasən kərə yağının 1 tonunun orta topdansatış qiyməti 7 577 dollar (1 kq 7,58 dollar, manat ekvivalentində 12,89 manat) olub. Fevralın 18-də kərə yağının 1 tonunun orta qiyməti 7 378 dollar (1 kq 7,4 dollar və ya 12,6 manat) təşkil edib./teleqraf.com

PAYLAŞIN:

Continue Reading

Previous: Türkiyənin qırmızı xətti açıqlandı – İranla bağlı göstəriş verildi
Next: Töhmət alan Nağıyev istintaqa çağırıldı – Həbs edilir?

OXŞAR MÖVZULAR

kreditkarti

“Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq

admin 08/05/2026
bus-tax

Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir?

admin 08/05/2026
cerime

Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir?

admin 08/05/2026

XƏBƏR LENTİ

  • “Bu iş sona çatmağa doğru gedir” – Putin savaşı bitirməyə və Zelenski ilə görüşə hazırdır? 10/05/2026
  • İlham Əliyev: Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi 10/05/2026
  • Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb 10/05/2026
  • Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda – Fotolar 10/05/2026
  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.