Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Mart
  • 14
  • ƏƏSMN dövlətin sosial müdafiə siyasətini dələduzluq, korrupsiya siyasətinə çevirib – FOTO

ƏƏSMN dövlətin sosial müdafiə siyasətini dələduzluq, korrupsiya siyasətinə çevirib – FOTO

admin 14/03/2025
emekveehalinin

 

DSMF-in məhkəmə filialı həm də 39 saylı vəkil bürosudur

Əmək və əhalinin sosial müdafiə nazirinin 16 fevral 2020-ci il tarixli əmri ilə ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Məhkəmə Mübahisələri ilə iş idarəsi  (hazırda Mərkəzi Filialı) yaradılıb. Konstitusiyaya zidd olaraq yaradılan qurumun başlıca görəvi ƏƏSMN-in, DSMF-in və onların tabeliyindəki sosial müdafiə, xidmət orqanlarının  pensiya, sosial yardım, bir sözlə, sosial müdafiə  özbaşınalıqlarını, dələduzluqlarını məhkəmədə  özbaşınalıqla, dələduzluqla müdafiə etməkdir.

Bizi “barıtı çox etməkdə” suçlamaq fikrinə düşənlər 5 il qabaq yaradılan qurumun adına, internet saytındakı bilgilərə, məhkəmədəki qeyri-prosessual fəaliyyətə diqqət etsinlər. Hələ bu azmış kimi, filial həm də 40 nəfəri çevrələyən 39 saylı vəkil bürosu- “vəkillər ordusu” kimi dövlətin sosial müdafiə siyasətinin HÜQUQ MÜDAFİÇƏLİYİNDƏDİR! Dövlətin sosial müdafiə siyasətinə baxın, qeyri-dövlət təşkilatı olan Vəkillər Kollegiyasının vəkil bürosu dövlət məmurları qismində dövlət büdcəsi hesabına dövlət orqanına hüquqi yardım göstərir !(?) Görəsən, məhkəmə hakimiyyəti bir yana, qanunverici , sosial deputatlar bu “vəkil- dövlət məmuru” sosial müdafiə” siyasətinə nə deyir? Yoxsa korrupsiya siyasəti, konstitusiya hüquq(suzluğ)u “biz nə edə bilərik” deməkdən özgə ritorika tanımır?

DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına “Çinar Park” MMC-dən 1000 kvadrat metrlik ofisi sahəsini 12 aya 148600 manata icrarəyə götürməsi bilgisi internet resurslarından bəllidir. Aya 12 min manatdan çox icarə haqqı ödənilməsini sosial- iqtisadçı deputatlar da bilir, korrupsiyaya qarşı mübarizə komitəsinin deputatları da. Yəqin onu da bilməmiş olmazlar ki, bu 12400 manat 155 müharibə veteranının bir aylıq 80 manatı qədərdir. Sosial ödənişlərin artım mənbəyi niyə başqa yerdə axtarılır ki? Biz artım axtarışında deyilik, əksinə, artım bir yana, sosial yardımları hüquqi yardım xidməti adı ilə  yeyənlərin DSMF-in MƏHKƏMƏ MÜBAHİSƏLƏRİ ilə iş üzrə MƏRKƏZİ FİLİALININ ünvanının da elə “Çinar Park” olduğunu bəlirləmişik: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965, “Çinar Park” Biznes Mərkəzi, bina 6, mərtəbə 4. Direktoru Mütəllimov  Abuzər Nemət oğlu həm də həmin ünvandakı 39 saylı vəkil bürosunda vəkil fəaliyyəti məşğuldur. (Vəkillər Kollegiyasının reyestrində əvvəllər işlədiyi 13 saylı vəkil bürosunun Neapol, 9A ünvanını qeyd edib) . (Direktor Abuzər Mütəllimovun müavini vəkil Roman İsmayılov bir ildir hakim təyin edilib, amma əvvəlki iş yerində də adı saxlanılır) Pensiya işləri üzrə məhkəmə mübahisələri departamenti (??- M. B.)- müdiri Arzu Hafiz qızı; Digər sosial ödənişlər üzrə məhkəmə mübahisələri (??- M.B.) departamenti- müdiri Məsili Nicat Tağı oğlu həm də həmin ünvandakı 39 saylı vəkil bürosunda vəkillik edir. Xüsusi şərtlərlə təyinat üzrə məhkəmə mübahisələri (??- M.B.) departamenti- müdiri Məmmədova Yeganə Bayram qızı həm də həmin ünvandakı 39 saylı vəkil bürosunun müdiridir. Cavadova Günay Tahir qızı, Niyazalı Kənan Mahmud oğlu, Əzizli Fatimə Ağalar qızı, İsgəndərli Emil İsmayıl oğlu… məmur-vəkillərin hamısını saysaq, bir qəzet səhifəsinə sığmaz. Yəqin elə buna görə ƏƏSM nazirinin müavini Anar Kərimov, DSMF sədri Himalay Məmişov hərəsi ayrı-ayrılıqda  40 vəkil-məmura nazirliyi, fondu və onların qurumlarını məhkəmədə müdafiə etməyə topdan etibarnamə verib. 39 saylı vəkil bürosunun müdiri Yeganə Məmmədova xüsusi şərtlərlə təyinat üzrə məhkəmə mübahisələri departamentinin müdiri kimi Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatında olan 2-1(112)-3953/2025 saylı iş üzrə “ünvanlı sosial yardım ödənilməsi öhdəliyinin cavabdeh ƏƏSMN-in üzərinə qoyulması” tələbinə etirazını onunla əsaslandırıb ki, iddianı ailənin təmsilçisi Qəribov Cavidin yerinə, onun həyat yoldaşı qaldırıb. “Əsl iddiaçı” tələb edən DSMF-in departament müdiri, DSMF-in  39 saylı vəkil bürosunun müdiri Yeganə Məmmədova özünün “əsl cavabdeh” olmadığını bilmir? Cavabdeh ƏƏSMN-dirsə, DSMF-in Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının  departament müdiri, DSMF-in 39 saylı vəkil bürosunun müdiri hansı əsasla prosessual fəaliyyət qabiliyyəti olmadan vətəndaşın sosial yardım, məhkəmə müdafiəsi hüququna qeyri-prosessual qadağa qoyur?! Belə hüquqi yardım, sosial yardım, məhkəmə müdafiəsi, sosial müdafiə siyasəti harda görünüb? Bu hüquqsuzluğa, sosial müdafiəsizlik siyasətinə kim son qoymalıdır?

ƏƏSMN-in, DSMF-in beynəlxalq hüquq üzrə ixtisaslaşmış rəhbərliyi Konstitusiysya qadağalarını , dövlətin sosial müdafiə siyasətinin özbaşınalığa qurban verilməsini beynəlxalq hüquq normaları ilə necə izah edə bilərlər? Beynəlxalq hüquqda vəkilin dövlət orqanına hüquqi yardım göstərməsi,  dövlət orqanın vətəndaşa, əlilə, sosial müdafiəyə, sosial , hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxsə qarşı vəkil tutması, bütöv büronu dövlət hesabına vəkil etməsi yazılmayıb. Elə yerli qanunvericilikdə də belədir.  Bəs beynəlxalq hüquq diplomu ilə yerli özbaşınalıq kimin sifarişidir ki, 5 ildir sürür…/huriyyet.az

 

PAYLAŞIN:

Continue Reading

Previous: Uitkoff Moskvadan Bakıya gəlib? – Sensasion səbəb
Next: Dövlət Agentliyi: İstehlakçılar mağaza və restoranlarda qiymət manipulyasiyası ilə üzləşir

OXŞAR MÖVZULAR

neftçi-mtk-

“NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU

admin 13/05/2026
füzuli-r-n

Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ

admin 13/05/2026
babek-660x330

Babək Babayevə qanun işləmir? – VİDEO

admin 12/05/2026

XƏBƏR LENTİ

  • Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn ediləcək 13/05/2026
  • “NEFTÇİ” MTK işində KORRUPSİYANIN İFŞASI… – Prezidentə MÜRACİƏT OLUNDU 13/05/2026
  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.