Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Aprel
  • 30
  • Yaxın gələcəkdə neft tələbatının zirvəyə qalxacağı gözlənilmir – OPEC baş katibi

Yaxın gələcəkdə neft tələbatının zirvəyə qalxacağı gözlənilmir – OPEC baş katibi

admin 30/04/2025
opec_qeys

OPEC yaxın gələcəkdə neftə olan tələbin zirvəyə çatacağını gözləmir.

Bunu verdiyi özəl müsahibədə təşkilatın baş katibi Heysəm Əl Qeys bildirib.

“Bunun bir neçə səbəbi var. Birincisi demoqrafik və iqtisadi tendensiyalarla əlaqədardır. 2050-ci ilə kimi dünya əhalisinin sayının 9.7 milyard nəfərə çatacağı gözlənilir. Urbanizasiya prosesi sürətlənəcək və qeyd olunan zamana qədər əhalinin üçdə ikisi şəhərlərdə yaşayacaq. Bundan başqa, 2050-ci ilə qədər dünya iqtisadiyyatı, proqnozlara əsasən, iki dəfə böyüyəcək. Artıq 2030-cu ilə qədər dünya əhalisinin beşinci milyardı orta sinifə qoşulacaq – müqayisə üçün deyim ki, bu gün onların sayı dörd milyardan çoxdur”, – deyə o bildirib.

Baş katib vurğulayıb ki, bu proseslər enerji istehlakının əhəmiyyətli dərəcədə artması ilə müşayiət olunacaq, bu isə neftə tələbatın da artması deməkdir.

“2050-ci ilə qədər, bizim proqnozlara görə, dünyada enerji istehlakı 24% artacaq, neftə olan tələb isə günə 120 milyon barreli ötəcək. Əslində, artıq elə bu gün dünya əvvəlkindən daha çox bütün enerji növlərini – daş kömür, neft, qaz, odun, elektrik enerjisi – istehlak edir”, – deyə Əl Qeys bildirib.

O əlavə edib ki, bir enerji mənbəyinin artımı digər enerji növlərinin də artımını stimullaşdırır:

“Misal üçün, neft məhsulları ilə işləyən texnika, həmçinin, neft əsaslı materiallar istehsalatda, eləcə də, külək turbinlərinin, günəş elektrik stansiyalarının, bərpa olunan enerjinin digər obyektlərində geniş istifadə olunur. Neft məhsulları litium-ion batareyalarının istehsalı üçün də vacibdir, həmçinin, ondan elektrik şəbəkə infrastrukuturunun bütün zəncirində istifadə olunur”.

“Bundan başqa, bizim gündəlik olaraq istifadə etdiyimiz bir çox neft və neft-kimya məhsullarını da yaddan çıxarmamalıyıq. Bu, benzin, dizel yanacağı və ya aviasiya nefti ilə çalışan nəqliyyatdır; noutbuk, kompüter, televizorların hazırlandığı plastikdir; xəstəxanalarda istifadə olunan tibbi məmulatlar və avadanlıqlardır; qida məhsullarını saxlayan qablaşdırmalardır, kənd təsərrüfatı məhsulları və məişət mallarıdır. Bütün bunlar neftə tələbatın artmaqda davam edəcəyini göstərir”, – deyə Əl-Qeys bildirib.

OPEC qərarlarına təsir edən yeni tendensiyalar

OPEK baş katibi qeyd edib ki, təşkilat mütəmadi olaraq bazar proqnozlarının monitorinqini və onlara yenidən baxılmasını həyata keçirir.

“Bu, OPEC Katibliyinin gündəlik işinin bir hissəsidir. Hazırda biz qlobal iqtisadi artım perspektivi ilə bağlı nikbinliyimizi qoruyub saxlayırıq: 2025-ci ildə onun 3% civarında olacağı proqnozlaşdırılır, 2026-cı ildə isə 3,1%.

Bununla yanaşı, neftə illik tələbat artımının hər iki il üzrə sutkada 1,3 milyon barel təşkil edəcəyi gözlənilir. Lakin biz hələ də bir çox qeyri-müəyyənlik faktorlarını nəzərə alırıq”, – deyə o bildirib.

Onun sözlərinə görə, qısamüddətli perspektivdə əsas risklər arasında ABŞ ilə əsas ticarət tərəfdaşları arasında sazişlərin imzalanacağına dair gözləntilərə baxmayaraq, tarif mübahisələri və ticarət ziddiyyətləri qalmaqdadır.

“Aydındır ki, qarşıdakı aylarda ayıq-sayıqlıq qorunmalıdır və OPEC bazarda baş verən bütün dəyişiklikləri gündəlik izləməyə davam edəcək”, – deyə əl Qeys əlavə edib.

Əl Qeys vurğulayıb ki, OPEC və Əməkdaşlıq Bəyannaməsi çərçivəsində onun tərəfdaşları üçün əsas prioritet qlobal mənzərəyə kompleks yanaşmadır.

“Biz dünya neft bazarına təsir edən bütün əsas amilləri – iqtisadi artım tempindən tutmuş tələbat və təklif balansına, eləcə də, ehtiyat səviyyəsinə qədər – diqqətlə izləyirik. Bütün qərarlar etibarlı məlumatlar, dərindən aparılmış təhlil və real vəziyyət əsasında qəbul olunur. Bu isə bizim əsas məqsədimizi – tarazlaşdırılmış bazar və dayanıqlı sabitliyi – diqqətdən qaçırmamağımız üçün son dərəcə vacibdir”, – deyə o qeyd edib.

OPEC+ gələcəyi

Baş katib qeyd edib ki, Əməkdaşlıq Bəyannaməsi (DoC), daha çox OPEC+ kimi tanınan format tarazlaşdırılmış və sabit neft bazarına nail olmaq istiqamətində tam şəkildə fokuslanmaqda davam edir.

“OPEC+ bazarın sabitliyini təmin etmək üçün sənaye sahəsinin bütün iştirakçılarının – istehsalçılar, istehlakçılar, investorlar və bütövlükdə qlobal iqtisadiyyatın maraqları naminə səylər göstərir. İştirakçı ölkələr tərəfindən həyata keçirilən könüllü hasilat düzəlişləri öz effektivliyini sübut edib. Xüsusilə OPEC+ səyləri nəticəsində 2024-cü ildə neft ən az dəyişkənliyə məruz qalan xammal məhsulu olub”, – deyə Əl Qeys bildirib.

Onun sözlərinə görə, doqquz illik fəaliyyəti ərzində DoC formatı bazardakı qeyri-sabitliklərin – COVID-19 pandemiyasının yaratdığı böhrandan tutmuş müxtəlif mərhələlərdəki qlobal iqtisadi qeyri-müəyyənliklərə qədər – aradan qaldırılmasında effektiv mexanizm kimi özünü təsdiqləyib.

“Əldə olunmuş nəticələri və iştirakçı ölkələr arasında olan möhkəm birlik və əlaqələndirmə ruhunu nəzərə alsaq, OPEC+ dünya neft bazarını sabitləşdirməyi davam etdirmək üçün bütün imkanlara malikdir. Bu, qlobal enerji məkanının müasir strukturunun vacib elementidir”, – deyə o bildirib.

Neftin “enerjili gələcək” gündəminə inteqrasiyası

OPEC baş katibinin fikrincə, energetikanın gələcəyinin müzakirəsində hər kəs iştirak etməlidir.

“Bu, hər zaman bizim prinsipimiz olub: biz inklüzivlik tərəfdarıyıq, istisnanın yox. Biz heç kimi qovmuruq və heç nəyi inkar etmirik. Biz Azərbaycanda keçirilən COP29 danışıqlar masasında bütün tərəflərin təmsil olunmasını yüksək qiymətləndiririk.

Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un açılış mərasimində qeyd etdiyi kimi, həqiqətən, neft və qaz – “bu, Tanrının bəxş etdiyi hədiyyədir”.

Onlar istehsalçı ölkələr üçün, eləcə də, bütün dünyadan olan istehlakçılar üçün həyati əhəmiyyətli qalmaqdadır. Bundan başqa, onların payına dünyanın enerji balansının təxminən 55 faizi düşür. Neft və qazın rolu nəzərə alınmadan iqlim və gələcək enerji yollarının müzakirəsi qeyri-mümkündür”, – deyə OPEC baş katibi bildirib.

O hesab edir ki, inklüzivlik gələcək inkişaf üçün bir əsas olmalıdır.

“Biz aydın şəkildə anlamalıyıq ki, aşağı emissiyalı gələcək qurmaqla yanaşı, enerji təhlükəsizliyini təmin etmək və enerjiyə ümumi çıxışı reallaşdırmaq müxtəlif yanaşmalar tələb edir. Bu, nə ölkələr, nə də sənaye sahələri üçün ‘hamıya eyni yol’ deyil. OPEC olaraq biz enerji həllərinin beynəlmiləlliyi prinsipinə sadiqik. Artan tələbatı və ehtiyacları tək bir enerji mənbəyi qarşılamayacaq”, – deyə Əl Qeys əlavə edib.

Baş katib vurğulayıb ki, OPEK bütün xalqların maraqlarını nəzərə alan yanaşmanın tərəfdarıdır. Bu yanaşma hər bir ölkənin imkanlarını, milli xüsusiyyətlərini və inkişaf prioritetlərini nəzərə alaraq, heç kimin kənarda qalmamasını təmin etməlidir.

“İnkişaf etməkdə olan dünyada milyardlarla insan hələ də enerji sahəsindəki boşluğu doldurmağa çalışır. Bu insanlar üçün enerji gələcəyi müxtəlif enerji mənbələrinin xərcləri və faydaları ilə bağlı müzakirələr və ya eleketrik avtomobili almaq seçimi ilə bağlı deyil. Söhbət inkişaf etmiş ölkələrin adi hal kimi qəbul etdiyi əsas enerji ehtiyaclarına çatmaqdan, məsələn, işıq yandırmaq, təmiz sobada yemək bişirmək, işə və ya məktəbə getmək üçün mühərrikli nəqliyyat vasitəsinə sahib olmaq imkanından gedir. “Ümumi, lakin fərqləndirilmiş öhdəliklər və müvafiq imkanlar” prinsipi həlledici əhəmiyyət daşıyır və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası prosesinin və COP görüşlərinin təməlini təşkil edir.

Məhz bu səbəbdən texnologiyaya əsaslanan yanaşmanı dəstəkləyirik və üzv dövlətlərimiz karbonun tutulması, istifadəsi və saxlanması, havadan birbaşa karbonun tutulması, dövri karbon iqtisadiyyatı, eləcə də, hidrogen, bərpaolunan enerji və nüvə enerjisi kimi digər enerji mənbələrinə investisiyalar yatırırlar.

Biz bu ilin sonuna Braziliyada COP30-un keçirilməsini səbirsizliklə gözləyirik – adıçəkilən ölkə bu yaxınlarda OPEC və OPEC-ə daxil olmayan ölkələrin Əməkdaşlıq Xartiyasına qoşulub”, – deyə o yekunlaşdırıb./trend.az

PAYLAŞIN:

Continue Reading

Previous: Bu gün XTQ-nin yaradılmasından 26 il ötür
Next: ADNA terrorundan 16 il ötür…

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.