Skip to content
17/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 2
  • Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir

Şiddətli töhmət də aldı, amma hələ də dövlətin pullarını istədiyi kimi xərcləyir – Söhbət Fuad Nağıyevdən gedir

admin 02/05/2025
turizm- fuad

 

Dövlət Turizm Agentliyi tərəfindən 28 aprel-01 may 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025″ turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması işlərinin satın alınması üzrə 10.03.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub və “BÜROMAX” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 185.660,02 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının vahid internet portalında 24.04.2025-ci il tarixdə dərc edilib.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən nəzərdə tutulmuş sərgi stendinin quraşdırılması işlərinə dair keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 407.082,30 manat müəyyən edilmişdir.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Dövlət Turizm Agentliyinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçıların təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Dövlət Turizm Agentliyi açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “BÜROMAX” MMC  ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, bu Dövlət Turizm Agentliyi ilə “BÜROMAX”  MMC arasında olan ilk işbirliyi deyil. Tərəflər arasında  16-19 yanvar 2025-ci il tarixlərində Avstriyanın Vyana şəhərində keçiriləcək “Ferien Messe Wien” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması üzrə bir müqavilə də 08.01.2025-ci ildə bağlanılıb. Bu müqavilənin dəyəri 118.809,48 manat təşkil edib. “BÜROMAX”  MMC 191.001,29 manat ehtimal olunan qiymətə qarşı yenə də 20 faizdən aşağı təkliflə qalib seçilib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BÜROMAX”  (VÖEN: 1403306911) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.01.2016-cı il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 12.00 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, FİKRƏT ƏMİROV, ev 10,  qanuni təmsilçisi kimi isə Rəhimov Oğuz Nurəddin oğlu qeyd olunub.

Elektron medianın ötən ilin sentyabrında yaydığı məlumata görə “Büromax” MMC-yə inzibati protokol yazılıb. Xəbərə görə, Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Göründüyü kimi Dövlət Turizm Agentliyi ilə  “BÜROMAX”  MMC arasında bağlanmış satınalma müqaviləsində satın alınan xidmətin qiyməti Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə nəinki 20 faizdən aşağıdır, hətta 50 faizə yaxındır. Bu isə öz növbəsində keçirilmiş açıq tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaratmaya bilmir.

Bu şübhələri iki gün əvvəl Dubayda keçirilən “ATM 2025” (Arabian Travel Market 2025) beynəlxalq turizm sərgisi ilə bağlı Dövlət Turizm Agentliyinin elektron mediada yaydığı məlumatlar daha da artırır. Ağentliyin yaydığı məlumatda qeyd olunur ki, Dövlət Turizm Agentliyi sərgidə iştirak etmək üçün stend quraşdırılmasını “BÜROMAX” MMC-yə həvalə edib. Bunun üçün agentlik şirkətə 18.566.002 manat ödəyib. Sərgi üzrə tələb olunan sahənin icarəsi üçün isə “Reed Exhibition Limited” şirkəti ilə razılaşıb. Bunun üçün şirkətlə 496.213,36 AZN-lik müqavilə bağlanıb.

Bu da sözügedən stend

Qeyd edək ki, satınalmaların portalında Dövlət Turizm Agentliyi Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində keçiriləcək “ATM Dubai 2025” sərgisi üzrə tələb olunan sahənin icarəsi üçün 14.04.2025-ci ildə “Reed Exhibition Limited” şirkəti ilə 496.213,36 manat dəyərində, həmin sərgidə açar təhvili üsulu ilə stendin quraşdırılmasına isə “BÜROMAX” MMC ilə 185.660,02 manat məbləğində satınalma müqavilələrinin bağlanıldığını açıqlayıb. Agentlik iki gün əvvəl yaydığı məlumatda isə şirkətə 18.566.002 manat ödədiyi açıqlanıb. Görsənən odur ki, Dövlət Turizm Agentliyi dövlətin pullarını sərgilərdən daha çox məmurların səyahitəni xərcləyir.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 4 mart 2025-ci ildə Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdi. Bundan sonra mediada Fuad Nağıyevə şiddətli töhmət verilməsi onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlı xəbərlər yer aldı. Daha sonra Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov xaricdə təşkil olunan tədbirlərə dövlət tərəfindən ayrılan pullarla Turizm Agentliyinin məmurlarının səyahət etməsi barədə açıqlamalar verdi. Görsənən odur ki, Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət almasına baxmayaraq dövlətin pullarını hələ də işçilərinin səyahətinə xərcləyir.

 

Aktualinfo.org

 

PAYLAŞIN:

Continue Reading

Previous: TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı…
Next: Zelenski Trampdan istədiyini aldı: Putini düşündürən məqam…

OXŞAR MÖVZULAR

abdin-cennet

Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub

admin 16/03/2026
rafiq-xtib

Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma…

admin 16/03/2026
adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026

XƏBƏR LENTİ

  • Bu ixtisaslar üzrə plan yerləri AZALACAQ – Abituryentlərə XƏBƏRDARLIQ 17/03/2026
  • Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əhaliyə müraciət etdi 17/03/2026
  • Hansı içki təzyiqi dərmansız salmağa kömək edir? 17/03/2026
  • “Bu zülm mütləq sona çatmalıdır…” – “Ankara ilə Tehranın baxış üfüqü eyni istiqamətə yönəlmişdir” 17/03/2026
  • Abituriyentlər imtahandan niyə şikayət edir? – Təhsil eksperti SƏBƏBLƏRİ AÇIQLADI 17/03/2026
  • Bu gün İlaxır çərşənbədir 17/03/2026
  • Buraxılış imtahanlarına etirazlar haqlıdırmı? – “Problem sualların məzmununda deyil…” 16/03/2026
  • “Telegram” bağlanıb, mobil internet yoxdur… – Putinin ideoloqundan internetlə bağlı çağırış 16/03/2026
  • Avropa dövlətləri, Çin və Yaponiya Trampa “yox” dedilər – hərbi dəstək… 16/03/2026
  • Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək – Özər 16/03/2026
  • Dövlət satınalmaları üzrə auditdə avtomatlaşdırılmış qiymətləndirmə olacaq 16/03/2026
  • İlham Əliyev Tokayevi Qazaxıstanda referendumun başa çatması münasibətilə təbrik edib 16/03/2026
  • Ceyranbatanda “Cənnət” kafesisinin yerində tikilən obyektə “gözyumdu”dan Abdin Fərzəliyevin qazancı nə qədər olub 16/03/2026
  • Vətəndaş mövqeyi bəlli insan 16/03/2026
  • Hərbi xidmətdən boyun qaçıranlara qarşı QAYDALAR SƏRTLƏŞDİRİLİR 16/03/2026
  • Tramp 5 gün xahiş etdi, indi tələbə keçib… 16/03/2026
  • Üç uşaqlı ailələrə bayram öncəsi şad xəbər 16/03/2026
  • İlaxır çərşənbə üçün bazarlıq neçəyə başa gəlir? 16/03/2026
  • Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib 16/03/2026
  • Rafiq Quliyevin baş memarı tikintinin qanunsuz olduğunu etiraf etdi – Dayandırıldığını deyir, amma… 16/03/2026

Sağlamlıq

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026
c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.