Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 12
  • Zəngəzur dəhlizi açılmadan sülh sazişi imzalana bilərmi?

Zəngəzur dəhlizi açılmadan sülh sazişi imzalana bilərmi?

admin 12/05/2025
zengezur (2)

 

İkinci Qarabağ müharibəsinin başa çatmasından 5 ilə yaxın vaxt keçsə də, Azərbaycanla Ermənistan arasında yekun sülh əldə olunmayıb. Bu il martın 13-də tərəflər 17 bəndlik sülh mətni üzərində razılaşmanın başa çatdığını bəyan ediblər. Rəsmi Bakı yekun sülh sazişi üçün Ermənistanın ilkin iki vacib şərti yerinə yetirməli olduğunu açıqlayıb. Azərbaycan Ermənistan konstitusiyasında özünə qarşı olan ərazi iddialarının aradan qaldırılmasını və ATƏT-in Minsk qrupundan imtina olunmasını tələb edir. Amma yekun sülh sazişinin regional kommunikasiyalar açılmadan imzalanmasının mümkün olmadığı iddia edilir.

Bu barədə açıqlamasında politoloq Ramiyə Məmmədova Zəngəzur dəhlizinin açılıb-açılmamasının sülh müqaviləsi üçün maneə yaratmadığını bildirib.

Onun fikrincə, kommunikasiya xətlərinin açılması ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır: “Amma rəsmi Bakı bu mövzunun sülh müqaviləsindən çıxarıldığını, ayrıca müzakirə olunduğunu bəyan edib. Bu, o demək deyil ki, Azərbaycan bu məsələni ümumiyyətlə gündəlikdən çıxarıb. Eyni zamanda Azərbaycanın özünün əsas hissəsi ilə Naxçıvana qısa zamanda birbaşa əlaqənin qurulması üçün Araz dəhlizi adlandırılan İran ərazisindən keçən kommunikasiya ilə bağlı razılıq əldə olunub. Artıq bu istiqamətdə işlər görülür”.

Politoloq hesab edir ki, əslində, Zəngəzur dəhlizinin açılması İrəvanın da marağında olmalıdır: “Sadəcə erməni tərəfi sülh müqaviləsi ətrafında manipulyasiya etməklə məşğuldur. Ermənistan daxilində baş verənlər Baş nazir Nikol Paşinyan üçün hazırda ciddi təhdidlər yaradır. Onun impiçmenti məsələsi gündəmə gətirilib. Amma bütün bunlara rəğmən regional kommunikasiyaların, o cümələdən, Zəngəzur dəhlizinin açılmasına Çin də böyük maraq göstərir. Azərbaycan prezidentinin Çinə səfərində də Orta dəhliz və “bir kəmər, bir yol” konsepsiyası ətrafında aparılan danışıqlar bunu deməyə əsas verir. Eyni zamanda digər ölkələrin də burada maraqları böyükdür. Təbii ki, Zəngəzur dəhlizinin açılması fonunda Azərbaycan və Türkiyənin regional və qlobal miqyasda mühüm logistika mərkəzinə çevrilməsindən narahat olanlar da az deyil”.

Siyasi şərhçi Asif Nərmanlı isə hesab edir ki, kommunikasiyalarla bağlı məsələnin sülh sazişindən çıxarılması onun gündəmdən kənar saxlanılması demək deyil.

O, kommunikasiya mövzusunun əsas müzakirə mövzularından bir kimi qaldığnı deyib: “Əslində, məsələnin sülh sazişindən çıxarılmasının səbəbləri var. Bu ziddiyyətli məsələ olduğuna görə tərəflərin qısa zamanda bu mövzuda razılaşması çətin idi. Bununla da sülh müzakirələri uzana bilərdi. Rəsmi Bakı sülh mətninin razılaşdırılmasına daha tez nail olmaq niyyətində idi. Çünki prosesin uzanması üçüncü tərəflərin prosesə müdaxiləsinə gətirib çıxarardı ki, bu da Azərbaycanın maraqlarına uyğun deyil. Bakı bölgədə ikitərəfli danışıqların tərəfdarıdır. Eyni zamanda kommunikasiya mövzusu region və ondan kənarda olan qüvvələrin əsas müdaxilə etdiyi məsələlərdən biridir. Rusiya, İran və Avropa İttifaqı, ABŞ məhz kommunikasiya məsələsinin üzərində dayanırdılar”.

Asif Nərimanlının fikrincə, Zəngəzur dəhlizi açılmadan yekun sülh sazişinin imzalanması çətin görünür: “Sülh mətni üzərində əldə olunan razılaşmalar heç də yekun sülh demək deyil. Bu bir növ sülhlə bağlı tərəflərin mövqeyinin ifadəsi olacaq. Yəni, hər iki tərəf sülhdə maraqlı olduğunu ifadə edəcək. Ermənistanın isə güzəşti Zəngəzur dəhlizinin açılması ilə bağlı ola bilər. Azərbaycan 2020-ci ildən başlayaraq Ermənistan tərəfindən heç bir güzəşt olmadan torpaqlarını müharibə yolu ilə azad edib. Bu baxımdan Azərbaycan Ermənistandan heç nə almadan sülh sazişini hansı şərtlərə imzalaya bilər mövzusu açıq qalır. Bu baxımdan yekun sülh sazişi üçün regional kommunikasiya xəttlərinin açılması başlıca amillərdən biridir”.

PAYLAŞIN:

Continue Reading

Previous: İstanbul sınaq meydanına çevrilir – Putin və Zelenski arasında diplomatik şahmat
Next: Azərbaycan bu il də Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi edəcək

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir – Bakı və İrəvan anlaşıb? 01/06/2026
  • Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 01/06/2026
  • Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu – “SİMA İmza” 01/06/2026
  • Türkiyə rəqəmsal ixracı genişləndirir: Azərbaycan əsas bazarlar sırasındadır 01/06/2026
  • Pezeşkian istefa məktubu yazıb? – Prezident Administrasiyası açıqladı 01/06/2026
  • Ölüm faktının rəsmiləşdirilməsində problem: Məhkəmə qərarlarının sayı niyə artır? 01/06/2026
  • DİM saxta hesablar vasitəsilə vətəndaşların aldadılması barədə xəbərdarlıq edib 01/06/2026
  • Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri qüvvəyə mindi 01/06/2026
  • Bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə bağlı yenilik 01/06/2026
  • İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 01/06/2026
  • Tramp: İranla saziş, əsasən, Tehranın nüvə proqramına həsr olunub 01/06/2026
  • Putin üçün geri sayım başlayıb – Kreml üçün təhlükə artıq Ukrayna deyil … 01/06/2026
  • Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 01/06/2026
  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.