Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • May
  • 21
  • Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR

Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/FOTOLAR

admin 21/05/2025
m-əcəmi

 

Bir ayaqyolunun tikilməsinin problem olduğu şəhərdə yaşıllıqları məhv edib, ticarət mərkəzi timək kimlərinsə “xeyir-duası olmadan” mümkün deyil…

 Bakı dərdi ilə əkiz doğulub… Həmişə dərdli, problemli olub və indi də belədir ki, var. Həm də, bu problemlər rəngarəng olmaqdadır: kommunal sahədəki ən xırda qüsurlardan tutmuş, “novostroyka”lara və müxtəlif ticarət mərkəzlərinə qurban verilən yaşıllıqlara qədər. Az qala hər gün paytaxtın ən ağılagəlməz nöqtələrində bir yenilik müşahidə olunur: ya yaşıllıqların məhvi ilə, ya da piyada səkilərinin dağıdılması ilə…

                “Yaşıl soyqırım”ın “Memar Əcəmi” nümunəsi  

Son günlər ölkə mediasında diqqət çəkən mövzulardan biri də, paytaxt Bakının Cavadxan küçəsində-Memar Əcəmi metrostansiyası yaxınlığında – aparılan tikintidir. Xatırladaq ki, vaxtı ilə bu ərazidə məşhur “Şəki” kafesi fəaliyyət göstərib. Və məlum normalara uyğun olaraq da, paytaxt sakinlərinin sevimli istirahət məkanlarından biri olub…Bəli olub, indi isə fərqli mənzərədir. Ötən günlərdə də bu haqda yazmışıq: (Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/185330-bak%C4%B1n%C4%B1-q%C9%99zza-zola%C4%9F%C4%B1na-%C3%A7evir%C9%99n-kiml%C9%99rdir.html)

Artıq bu sevimli istirahət məkanından əsər-əlamət qalmayıb. Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, özünü iş adamı kimi tanıdan Zahir Həsənov adlı şəxs nə az, nə çox 20 milyon dəfə “dua” etməklə bu məkanı ala bilib. 

Bilənlər bilir ki, “Şəki” kafesi kimi fəaliyyəti dönəmində bu məkanda paytaxtın təbiətinə uyğun müxtəlif ağaclar olub. Ki, təkcə ZAHİRi gözəlliyi ilə deyil, həm də verdiyi təbii rahatlığı ilə faydalı sayılıb.

 Təəssüf ki, bütün bunlarla bağlı artıq keçmiş zamanda danışmaq məcburiyyətindəyik. Bakının baş planından, məlum problemlərin həlli istiqamətində atılan addımlardan danışıldığı zamanda növbəti “yaşıl soyqırım”ı müşahidə etmək, həm də bu məsələdə sorumlu olanları diqqət mərkəzinə gətirir. Heç kimə sirr deyil ki, bir ayaqyolunun tikilməsinin problem olduğu şəhərdə yaşıllıqları məhv edib, ticarət mərkəzi timək kimlərinsə “xeyir-duası olmadan” mümkün deyil…

Yeri gəldi-gəlmədi pafosundan qalmayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, özünü aydan-arı, sudan-duru kimi təbliğ etdirən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin bəhs etdiyimiz “özfəaliyyət”dən xəbərsiz oluğunu düşünmək yumşaq desək sadəlöhvlük olardı… Yeri gəlmişkən qarşıdakı günlərdə hər iki quruma rəsmi sorğu üvnalmaqla mövzunu davam etdirəcəyik.

            Və son əvəzi…     

Bəhs etdiyimiz ünvanda ticarət mərkəzinin tikiləcəyi deyilir… Konkret olaraq fəaliyyət sferası haqqında isə müxtəlif məlumatlar var: Mall da , qızıl satışı mərkəzi də ola bilir. 

Obyektin sahibi Zahir Həsənovun isə qardaşları ilə birlikdə uzun illərdir ki, Binə Ticarət Mərkəzində uşaq ayaqqabısının tədarükü və satışı ilə məşğul olduğu məlumdur. Xeyirli-uğurlu olsun da, amma uşaq ayaqqabısı ilə biznes piramidasının bu zirvəsinə ucalmaq da suallarsız ötüşmür…/yenixeber.org

 

 

 

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev və Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər
Next: Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub

OXŞAR MÖVZULAR

esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.