Skip to content
02/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyun
  • 4
  • Miqrasiya Xidməti də sahibkar “ovu”na çıxıb – Bu “tələyə” düşən sahibkarlar kütləvi şəkildə cərimələnir

Miqrasiya Xidməti də sahibkar “ovu”na çıxıb – Bu “tələyə” düşən sahibkarlar kütləvi şəkildə cərimələnir

admin 04/06/2025
miq-xid

 

Son günlər Dövlət Miqrasiya Xidmətinin(DMX) yerli sahibkarları kütləvi şəkildə cərimələdiyinə dair məlumatlar və şikayətlər gəlməkdədir. 

Söhbət xüsusilə də kiçik sahibkarların – fiziki şəxslərin 3000 manatdan başlayan yüksək məbləğdə cərimələnməsindən gedir. MMC-lərdə bu məbləğ 15 min manatdan başlayır. Üstəlik, hər işçiyə görə də ayrılıqda 300-500 manat cərimə nəzərdə tutulur.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi olan şəxsləri işə götürən sahibkarların bir çoxu bunun üçün qanunla DMX-dən icazə almalı və rüsum ödəməli olduğunu, əks halda yüksək məbləğlərdə cərimələnəcəklərini bilmədikləri üçün bir növ Miqrasiya Xidməti ilə vergi orqanının birgə “tələsinə” düşürlər.

Belə ki, sahibkar Azərbaycanda yaşamaq icazəsi olan əcnəbi vətəndaşı (bunlar əsasən Gürcüstan vətəndaşı və icazə müddəti 5 ildən az olan, eləcə də Azərbaycan vətəndaşı ilə nikahı olmayan azərbaycanlılardır) vergi orqanının sistemində qanuni şəkildə elektron qeydiyyata qoyur, ona görə aylıq DSMF ödənişi edir. Bu zaman vergi orqanının elektron sistemi həmin sahibkara əcnəbi işçi ilə bağlı heç bir rədd cavabı vermir, sözügedən işçinin Miqrasiya Xidmətindən razılıq almalı və rüsum ödəməli olduğu barədə heç bir xəbərdarlıq etmir. Adi, kiçik sahibkar isə təbii ki, əksər hallarda hüquqşünas deyil və bütün qanunvericiliyi əzbər bilməyə bilər. Ona görə də işinə davam edir. Bundan istifadə edən DMX isə böyük ehtimalla vergi orqanının sistemi vasitəsilə həmin sahibkarları müəyyən edərək, onları minimum 3000-4000 manat məbləğində cərimələyir. Hansı ki, sahibkarın gerçək məqsədi qanunu pozmaq, rüsumdan yayınmaq və s. olsaydı, həmin işçini heç vergi orqanının elektron sistemində də qeydiyyata qoymazdı. Qeyd edək ki, sözügedən cərimələrin məbləği əcnəbi işçiyə görə ödənməli olan rüsumdan, fiziki şəxslərdə 3-5 dəfə, hüquqi şəxslərdə 15-20 dəfə çoxdur. Yəni, istənilən sahibkar rüsumu ödəməkdə maraqlıdır, nəinki cəriməni. Odur ki, heç bir sahibkar bilərəkdən bu pozuntuya yol verməz. Ancaq DMX bunu çox yaxşı bilə-bilə heç bir yerli sahibkarın “gözünün yaşına baxmır”…

Yəni, DMX və vergi orqanı öz məlumat bazalarını inteqrasiya etmək, yaxud hansısa başqa bir şəkildə əcnəbi vətəndaşı qeydiyyata qoymaq istəyən yerli sahibkara xəbərdarlıq etmək, ya da DMX-nin icazəsi olmadan onun qeydiyyat müraciətlərini rədd etmək əvəzinə sahibkarın məlumatsızlığından istifadə edərək, böyük məbləğdə cərimələr yazır, “büdcə doldurur”.

DMX və vergi orqanı istəsəydi, bu halların qarşısını almaq üçün çoxdan öz elektron sistemində dəyişiklik edər, sahibkarı vaxtında məlumatlandırardı. Məlumatlara görə, artıq son bir neçə ayda 5 mindən artıq sahibkar bununla bağlı külli miqdarda cərimələnib. Hansı ki, dövlət orqanı ondan ötrüdür ki, belə hallarda vətəndaşı məlumatlandırsın, xəbərdarlıq etsin və sair. Ondan ötrü deyil ki, “tələ qurub” əlinə bəhanə düşən kimi sahibkarı cərimələsin.

Məsələn, məqsəd doğrudan da rüsum toplamaqdırsa, olmazmı ki, qanunu bilmədiyi üçün əcnəbi işçiyə görə icazə almayan və rüsum ödəməyən sahibkar əvvəlcə DMX tərəfindən məlumatlandırılsın, ona icazə və rüsum ödənişi üçün 3 gün-5 gün vaxt qoyulsun? Və yalnız bu müddətdə dövlət orqanının tələbini yerinə yetirmədiyi halda cərimələnsin.

Təbii ki, məqsəd doğrudan da bu sahədə qayda-qanun yaratmaq, büdcəyə qanuni rüsum ödənişini artırmaq olsaydı, DMX çoxdan vergi orqanı ilə birgə elə sistem yaradardılar ki, sahibkar bu cür acınacaqlı vəziyyətə düşməsin, vaxtında xəbərdar edilsin, rüsumunu ödəsin və öz işi ilə məşğul olsun. Görünür, məqsəd başqadır – zatən müxtəlif dövlət qurumlarının, yüksək vergilərin, yoxlamaların, inhisarçılığın və s. məngənəsində boğulan kiçik sahibkarı bir də bu yolla boğmaqla, cərimələməklə büdcə doldurmaq, sonra da rəhbərlik qarşısında təmtəraqlı raportlar verməkdir. ”Canı çıxan” isə yenə binəva kiçik sahibkardır… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Ermənistan XİN: Şimali Avropa və Baltikyanı ölkələr Bakı və İrəvanın sülh səylərini dəstəkləyir
Next: Bu il qurban kəsmək neçəyə başa gələcək?

OXŞAR MÖVZULAR

şapka mamed

“Şapka Mamed “Azərinşaatservis”in mülklərini kimlərlə ələ keçirib?

admin 30/04/2026
socar-necef

SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -Qrant qazanmağın daha bir yolu/FOTOLAR

admin 30/04/2026
zulu şipping

“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? – Rusiyanın “kölgə tanker”ində İran izi

admin 28/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.