Skip to content
30/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 2
  • Avronun bahalaşması nələrə səbəb ola bilər?

Avronun bahalaşması nələrə səbəb ola bilər?

admin 02/07/2025
avroo

 

İyulun 1-də təxminən 4 ildən sonra ilk dəfə 1 avronun Azərbaycan manatına qarşı məzənnəsinin 2 manatı (1 avro=2,0035 manat) ötməsi qeydə alınıb. Bununla da təkcə son 6 ayda avro 14,25 faiz bahalaşıb. 

Maraqlıdır, manatın ABŞ dollarına olan məzənnəsi dəyişmədiyi halda, milli valyutanın avroya qarşı ucuzlaşması nə ilə bağlıdır? 

“Qafqazinfo” məsələ ilə bağlı qısa araşdırma aparıb. Əvvəlcə ondan başlayaq ki, manatın xarici valyutalara nisbətən məzənnəsi həmin valyutaların və manatın ABŞ dollarına nisbətən məzənnələri əsasında, yəni çarpaz məzənnə əsasında müəyyənləşdirilir. Belə olan halda digər valyutaların ABŞ dollarına nəzərən məzənnələrinin dəyişməsi manata da təsir göstərir. Bu baxımdan dolların avro qarşısında dəyər itirməsi manatın da avroya nisbətən ucuzlaşmasına gətirib çıxarır. Bu vəziyyət digər valyutalar, o cümlədən rubl üzrə də təkrarlanır.

İqtisadçı Xalid Kərimli hesab edir ki, dolların ucuzlaşmasının iki əsas səbəbi var. Ekspert məsələni “Qafqazinfo”ya şərh edərkən bildirib ki, səbəblərdən biri ABŞ-nin girdiyi ticarət müharibələrində qeyri-müəyyənlik riskinin hələ də qalmasıdır: “Düzdür, bir sıra əhəmiyyətli ölkələrlə ticarət müqavilələri imzalansa da, amma bir çox ölkələrlə qeyri-müəyyənlik qalır. ABŞ prezidentinin necə davranacağı da bazarlarda çətin proqnozlaşdırılan məsələyə çevrilib. Yəni ticarət müqavilələri dolları ucuzlaşdırır. İkinci məqam, ABŞ-də növbəti maliyyə ilində həyata keçirilməsi nəzərdə tutulan büdcə ilə bağlı təkliflərdir. Burada əsas nüans ondan ibarətdir ki, büdcə kəsirinin kəskin artacağı gözlənilir. Büdcə kəsirinin isə dövlət borcunu artırması ehtimalı var. Bazarlar narahatdır ki, kəsirin ABŞ-nin xərcləmələrini kəskin artırması, eyni zamanda, gəlirlərinin də vergi güzəştləri şəklində azalması gələcəkdə maliyyə sistemi üçün problem yarada bilər. Bu da dolların məzənnəsində öz əksini tapır”.

İqtisadçı Rəşad Həsənov isə deyir ki, Avropa Mərkəzi Bankının həyata keçirdiyi siyasət, həmçinin ABŞ-nin yeni administrasiyasının faiz dərəcəsi ilə əlaqədar mövqeyi və bu istiqamətdə Federal Ehtiyat Sisteminin (FES) idarəedicilərinə təsir imkanlarının gündəmə gəlməsi, digər tərəfdən fərqli xarici ticarət siyasəti ABŞ dollarının məzənnəsinə öz təsirini göstərir: “2025-ci ilin birinci yarısında 1 avronun ABŞ dollarına qarşı məzənnəsi 1,02-dən 1,18-ə qədər yüksəlib. Bu, ötən 6 ay ərzində avronun təxminən 15 faizdən artıq möhkəmlənməsi deməkdir. Lakin artım dalğası xüsusən ABŞ dolları istiqamətində riskləri əsas görürərək yığımlar etmiş bir sıra bazar iştirakçılarının ötən həftə İsrail-İran münaqişəsində atəşkəs razılaşmasının əldə olunmasından sonra vəsaitlərini yenidən bazara çıxarması fonunda müşahidə olunur. Yəni, proses bazarda ABŞ valyutasının təklifinin artmasına, dolların ucuzlaşmasına gətirib çıxarıb. Digər bir tərəfdən bəzi FED rəsmiləri növbəti dövrlərdə faiz dərəcəsini aşağı salınması ilə bağlı mesajlar da verir”.

Beynəlxalq maliyyə qurumları isə dolların ucuzlaşmasının davam edəcəyini  proqnozlaşdırırlar. İlin sonuna qədər bir avronun ABŞ dollarına münasibətdə məzənnəsinin 1,2-yə yüksələcəyi ehtimal edilir.  

Səbəbindən asılı olmayaraq məzənnələrdə dəyişiklik iqtisadiyyata təsirsiz ötüşmür. Manatın rubl, avro və digər valyutalara nisbətdə ucuzlaşması bu valyutaların ödəniş vasitəsi olan ölkələrdən alınan məhsulların və xidmətlərin qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin təkcə yanvar-aprel aylarında ölkəyə idxal olunmuş məhsulların qiyməti 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artıb.

Lakin ucuz valyuta idxaldan fərqli olaraq ixrac üçün müsbət amildir. Belə ki, nəzəriyyəyə görə, valyutanın ucuzlaşması qarşı tərəfin daha əlverişli qiymətə məhsul və xidmət əldə etməsinə imkan verir. Bu baxımdan ucuz valyuta xarici ticarətdə rəqabəti artıran elementlərdən biridir.

Bununla belə, nəzəri olaraq belə olsa da, prosesin praktikada özünü doğrultmaması da mümkündür. Belə ki, valyutanın ucuzlaşması həmin məhsul və xidmətlərlə bağlı idxalın bahalaşmasına, inflyasiyanın artmasına da gətirib çıxara bilər. Bu baxımdan ucuz valyutanı idxaldan asılılığın yüksək olmadığı şəraitdə ixrac üçün əlverişli hesab etmək olar.

Məsələnin daha bir tərəfi isə Dövlət Neft Fondu ilə bağlıdır. Belə ki, Fondun aktivlərinin əhəmiyyətli hissəsinin avroda olması qurumun məzənnələrin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirlərinin artması deməkdir.

PAYLAŞIN:

Continue Reading

Previous: Rusiyada təxribatlar səngimir – Moskva günahkarları niyə başqa yerdə axtarır?
Next: Niyə məhz Yekaterinburq? Qubernator Əliyevin hər ad günündə…

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.