Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 8
  • İlk altı ayın iqtisadi yekunu: Səbəblər və təhdidlər…

İlk altı ayın iqtisadi yekunu: Səbəblər və təhdidlər…

admin 08/07/2025
iqt-tehlil

Pərviz Heydərov yazır…

Ölkə iqtisadiyyatı üçün cari ilin ilk yarısı uğurla başa çatıb. Halbuki, ilk aylar ərzində əldə olunan nəticələr müəyyən tərəddüdlər ortaya çıxarmışdı. Belə ki, ilə zəif iqtisadi artımla başlanması, neftin dünya bazar qiymətlərinin aşağıya doğru meyillənməsi, həmçinin inflyasiya tempinin yüksəlməsi bütövlükdə il ərzində qarşıya qoyulan proqnoz göstəricilərin özünü doğrultmayacağı düşüncəsi yaradırdı.

Lakin, neftin orta ixrac qiyməti dövlət büdcəmizdə nəzərdə tutulduğundan nisbətən yuxarı təşkil etdiyindən, üstəlik büdcə qənaətlə icra olunduğundan, həmçinin inflyasiya tempinə də tənzimləyici vasitələr təsir göstərdiyindən vəziyyət sabit qaldı və bunun üzərində də cüzi fərqlə olsa da müsbət nəticələr əldə edildi.

Məsələn, dövlət büdcəsi uğurla icra olunub.

Yanvar-iyun ayları ərzində büdcə gəlirləri 19 803.9 milyon manat təşkil edib ki, bu da nəzərdə tutulandan 704.8 milyon manat və ya 3.7% çox deməkdir. Xərclər isə 17 milyard 95.6 milyon manat olub. Nəticədə 2 milyard 708.3 milyon manat profisit yaranıb.

Doğrudur, qeyd oluna bilər ki, xərclər proqnozdan 1% az icra edilib. Ancaq nəzərə almalıyıq ki, gəlirlər və xərclər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5.1% və 6.5% çox yerinə yetirilib.

Bəli, məsələ bundadır ki, bu ilin dövlət büdcəsinin həcmi də artıqdır. Ona görə də, ilin ilk 6 ayı ərzində əldə olunan 2 milyard 708.3 milyon manat profisitin ötən ilin eyni dövrü ilə müqayisədə 3% az təşkil etməsi faktı da izaholunandır.

Bu arada, “Moody”s Ratings” beynəlxalq reytinq agentliyinin ölkəmizin suveren kredit reytinqi “Ba1”-dən “Baa3” investisiya səviyyəsinə qaldıraraq reytinq üzrə proqnozu müsbət saxlaması diqqəti cəlb edir. Bu fakt, büdcənin uğurlu icrası səbəbinə həm də digər tərəfdən aydınlıq gətirir.

Belə ki, dünyada aparıcı 3 beynəlxalq kredit reytinq agentliyindən biri olan “Moody”s”in ölkəmizə aid qeyd olunan proqnozuna dair açıqlamasında qeyd olunur ki, bu yanaşma iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq səviyyəsinin azalmasına görə tərtib olunub.

Bundan ötrü, elə söhbət açdığımız dövlət büdcəsi gəlirlərinin ilin birinci yarısında artıqlaması ilə yerinə yetirilməsi strukturuna diqqət yetirsək, kifayətdir.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 8 703.7 milyon manat təşkil edərək proqnozdan 466.4 milyon manat və ya 5.7%, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 091.1 milyon manat təşkil edərək 4.1 milyon manat və ya 0.1%, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 21.9 milyon manat təşkil edərək 5.1 milyon manat və ya 30.3%, Dövlət Neft Fondundan (ARDNF) transfert isə 7 240.5 milyon manat təşkil edərək 100 % və sair daxilolmalar isə 434.6 milyon manat təşkil edərək 314.1 milyon manat və ya 3.6 dəfə çox icra edilib.

ARDNF-dən nəzərdə tutulan transfertin 100% yerinə yetirildiyini nəzərə almasaq, büdcəyə öhdəliklərin icrasında həqiqətən də müsbət elementlər vardır. Bu da ölkədə zəif də olsa iqtisadi aktivlik olduğunu göstərir. Buna şərait yaradan isə makroiqtisadi sabitlikdir.

Bu il iyulun 1-nə Azərbaycanda 1 630 743 vergi ödəyicisi olub. Bu, ötən il iyulun 1-i ilə müqayisədə 4.8% çox deməkdir. Ölkədə vergi ödəyicilərinin 86.9%-i fiziki, 13.1%-i isə hüquqi şəxslər və digər təşkilatlar olub ki, son 1 ildə fərdi sahibkarların sayı 4.4%, şirkətlərin sayısa 7.7% artıb.

İyunun sonuna ölkədə 197 038 kommersiya qurumu olub. Bu isə 1 il əvvələ nisbətən 8.1% çoxdur. Dövlət qeydiyyatında kommersiya hüquqi şəxslərin 91.7%-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1.1%-i səhmdar cəmiyyəti (SC), 1.1%-isə kooperativ və s. formalarda olub. Təkcə bu ilin I yarısında 6 814 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 88.9%-i yerli investisiyalı, 11.1%-i xarici investisiyalı sayılır.

Göstərilən tendensiyanı qoruyub saxlamaq lazımdır. Ümumiyyətlə, cari ilin ilk yarısının iqtisadi baxımdan uğurla yekunlaşmasının əsas səbəbləri sırasında da yuxarıda ilk olaraq nədən məhz, neftin orta ixrac qiymətinin dövlət büdcəmizdə nəzərdə tutulduğundan yuxarı təşkil etdiyi faktını misal çəkdim?

Çünki ölkəmiz üçün hər şeydən öncə neftin məhz dövlət büdcəmizdə fiksə etdiyimiz qiymətdən aşağı ola biləcəyi faktoru ciddi təhdid və təhlükə xarakteri daşıyır. Hansı ki, bunun da son həddi 50 ABŞ dolları və bundan aşağı sayılır.

Odur ki, qarşımızda duran əsas vəzifə ÜDM istehsalı həcminin artması qayğısına qalmaq və buna da qeyri-neft-qaz sektoru hesabına nail olmaqdır. Həm də yalnız bu zaman, büdcənin uğurlu icrası da dayanıqlı və davamlı xarakter daşıya bilər.

Belə ki, keçən il cari xərclərin 90.1%-i qeyri-neft-qaz sektoru üzrə daxilolmalar hesabına qarşılanıb ki, bunu 100%-ə çatdırmaq əsas hədəf hesab olunur.

İqtisadi artım məsələsinə gəldikdə isə, büdcə üzrə cari xərclər əgər, ən azı 70-80% qeyri-neft-qaz sektorundan əldə edilən gəlirlər hesabına təmin olunarsa, onda dünya bazarlarında qiymət rəqsləri ölkəmiz üçün ümumiyyətlə heç bir əhəmiyyət kəsb etməz və edə də bilməz./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün…
Next: İlham Əliyev Donald Trampa başsağlığı verib

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.