Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 9
  • Qarabağ zəfərindən sonra PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?

Qarabağ zəfərindən sonra PKK-nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?

admin 09/07/2025
pkk-pk

 

Türkiyədə uzun illərdir davam edən terrorla mübarizə prosesi çərçivəsində PKK-nın tərksilahına start verilib. Terror təşkilatının lideri Abdullah Öcalan da tərəfdarlarına çağırış edərək silahların yerə qoyulması və demokratik mübarizəyə start verilməsinin zəruri olduğunu bildirib. Artıq təşkilatın ilk döyüş qrupunun 11 iyuldan etibarən İraqın şimalında tərksilah edilməsinə başlanılacağı açıqlanıb.

Türkiyənin Qazi Universitetinin müəllimi, Türkiyə Siyasət və Strateji Araşdırmalar fondunun sədri Sinan Demirtürk terrorla mübarizənin hazırkı durumu, qarşıda duran vəzifələr, həmçinin prosesin Türkiyə, Yaxın Şərq, Qafqaz və türk dünyasına təsirləri barədə suallarımızı cavablandırıb.

-Sinan bəy, Türkiyədə uzun illərdir davam edən terrorla mübarizə PKK-nın tərksilah edilməsi ilə nəticələnir. Prosesin perspektivlərini necə dəyərləndirə bilərsiniz?

–Türkiyədə terrorla mübarizə çərçivəsində uzun müddətdir ki, PKK-ya qarşı qətiyyətli tədbirlər görülür. Təşkilat guya özünü kürd xalqının hüquqlarını müdafiə edən qruplaşma kimi qələmə versə də, əslində, beynəlxalq ictimaiyyət tərəfindən, bir sıra təşkilatlar və ölkələrdə terror təşkilatı kimi qəbul edilib. Çünki terrorçu təşkilat 1984-cü ildən etibarən Türkiyədə, xüsusilə qadınlar və uşaqlar da daxil olmaqla 50 mindən çox insanın ölümünə səbəb olub, eləcə də beynəlxalq narkotik şəbəkələrinə və ticarətinə nəzarət edib. Yəni PKK yalnız müəyyən bir bölgədə yox, bir çox ölkədə terror və insanlıq əleyhinə cinayətlərə imza atıb və bu fəaliyyətini davam etdirir.

-“Terrorsuz Türkiyə” strategiyası necə nəticələnəcək?

–Türkiyə PKK terror təşkilatı ilə mübarizəni davam etdirməklə yanaşı, onun tamamilə tərksilah edilməsi şərti ilə “Terrorsuz Türkiyə” prinsipi çərçivəsində yeni demokratik prosesin başlanmasını vacib sayır. Amma təəssüf ki, bu prosesin ilk dəfə gündəmə gəldiyi 22 oktyabr tarixindən bəri 28 türk əsgəri şəhid olub. PKK guya keçirdiyi bir qurultayla təşkilatın ləğv edilməsi ilə bağlı qərar verməsinə baxmayaraq, Suriyada fəaliyyət göstərən PKK/PYD üzvləri bu qərara əməl etməyəcəklərini bəyan ediblər.

-Türkiyə Silahlı Qüvvələrinin xüsusilə də son dövrlər PKK-ya ağır zərbələr vurması, ələlxüsus pilotsuz uçuş aparatları ilə aparılan əməliyyatlar təşkilatın fəaliyyətini dondurmasında rol oynayırmı?

-Təxminən beş ildir ki, təşkilat silahlı qruplaşmalarını Suriyanın şimalına yerləşdirib, İraq və Türkiyədəki əməliyyatlarını isə minimuma endirməyə çalışıb. Türkiyənin terrorla mübarizəsi çərçivəsində pilotsuz uçuş aparatları ilə həyata keçirilən əməliyyatlar nəticəsində PKK-ya ağır zərbələr vurulub. Lakin bu gün PKK və onun beynəlxalq hamiləri təşkilatın silahları təhvil verməklə bağlı iddialarına baxmayaraq, Suriyada fəaliyyətlərini və Türkiyəyə qarşı qeyri-konstruktiv mövqelərini davam etdirirlər.

-Bir neçə gün bundan əvvəl 12 türk əsgəri “Pençe-Kilit” əməliyyatı bölgəsində mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid oldu. Hadisənin təfərrüatı və tədqiqatlarla bağlı mövcud vəziyyət nə yerdədir?

-Hadisənin baş vermə səbəbi kimi metan qazından boğulma ehtimalı irəli sürülür. Amma eyni anda PKK-nın həmin ərazidə dron hücumu ilə bağlı məlumat yayıldı. Bu sözügedən hadisə də qəsdən edilən hücum ehtimalını artırır. Suriyada prosesi sabotaj etmək, Türkiyənin hərbi məntəqələrinə hücumlarla bölgəni terror təhlükəsi altında saxlamaq mesajı terrorçuların heç vaxt səmimi olmayacağından xəbər verir. Ona görə də təşkilatı Türkiyə, İraq və Suriyadakı mövqeyinə görə fərqli fəaliyyət göstərən qanadlar kimi dəyərləndirmək olmaz.

-PKK-nın regional siyasətə təsiri və mövqeyi barədə nə düşünürsünüz?

-PKK pan-kürd idealları qarşısında ən böyük maneə kimi Türkiyəni görür. Türkiyə və Azərbaycan tərəfindən Yaxın Şərqdə və Qafqazda yaranan yeni reallıq və güclü geosiyasi mövqelər regiona marağı olan ölkələri də narahat edir. Ona görə də PKK türk geosiyasətinə qarşı istifadə edilən mexanizm kimi qalır. Təbii ki, mən terrorun tamamilə sona çatmasını istəyirəm, amma 50 mindən çox Türkiyə vətəndaşını qətlə yetirən bu əli qanlı təşkilata etibar etmək mümkün deyil.

-Bəs təşkilatın ləğvi, eləcə də Yaxın Şərq və Qafqazda yaranan yeni reallıq, regional sabitlik və gələcək perspektivləri necə görürsünüz?

-Qarabağda əldə edilən zəfərdən sonra yaranan yeni reallığı pozmağa çalışan qüvvələr var. Çünki müharibədən sonra Azərbaycan və Cənubi Qafqaz daha da inkişaf edir, Yaxın Şərqdə dəyişiklik və türk dünyasındakı sabitlik iqtisadi inkişaf potensialı olan bir türk geosiyasətinin formalaşmasına səbəb olub. Türk dünyası bu mübarizəni və inkişafı davam etdirməli, xüsusilə PKK kimi sabitliyi pozan terror təşkilatlarına qarşı mübarizə aparmalıdır. 12 şəhidimizi böyük rəhmətlə anır, ailələrinə və türk millətinə başsağlığı verirəm. İnanıram ki, gücümüzün əsası birliyimizdədir və bunu qətiyyən unutmamalıyıq./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: Kreml İrəvandakı əsas adamı haqqında şok faktlar – Katolikos II Qaregin niyə Paşinyanı devirməyə çalışır?
Next: İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub

OXŞAR MÖVZULAR

xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026
vüqar-gülm

Vüqar Gülməmmədov: “Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib”

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.