Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 24
  • ABŞ-ın strategiyasına kim rəhbərlik edir – Ağ Ev, yoxsa Pentaqon?

ABŞ-ın strategiyasına kim rəhbərlik edir – Ağ Ev, yoxsa Pentaqon?

admin 24/07/2025
suriya-p

 

Suriyada münaqişənin xarakteri dəyişib. Müharibənin qızğın döyüş fazası geridə qalıb, indi siyasi manevrlər, regional qüvvələrin yenidən düzülməsi və Suriya suverenliyinin qalıqları uğrunda savaş başlayıb. Lakin bu mərhələdə də ABŞ-ın rolu qeyri-müəyyən və çox zaman ziddiyyətlidir. Bir tərəfdən ABŞ prezidenti Trampın administrasiyası Suriya üçün siyasi keçid zərurətindən danışır, müxalifət lideri Əhməd əş-Şaranın rəhbərlik etdiyi hökuməti dəstəkləyir. Digər tərəfdən isə ABŞ ordusu sahədə terrorçu PKK-nın Suriya qolu olan YPG ilə əməkdaşlığı davam etdirir – bu isə vahid, mərkəzləşdirilmiş Suriya dövlətinin yaranması ehtimalını yerlə-yeksan edir.

“Baku Network“da dərc olunmuş məqaləni təqdim edirik:

Amma bu uyğunsuzluqlar təkcə diplomatik çaşqınlıq deyil. Burada söhbət ABŞ daxilindəki müxtəlif güc mərkəzləri – Ağ Ev, Dövlət Departamenti, Pentaqon, MKİ və xüsusilə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) arasında gedən açıq-aşkar səlahiyyət savaşıdan gedir. CENTCOM faktiki olaraq Yaxın Şərqdə müstəqil oyunçu kimi hərəkət edir və Ağ Evdən fərqli gündəmlə çıxış edir.

ABŞ-ın Suriyada xüsusi nümayəndəsi və eyni zamanda Türkiyədəki səfiri olan Tom Barakın son açıqlamaları, yumşaq desək, partlayış effekti doğurdu. O, Türkiyənin NTV kanalına verdiyi müsahibədə açıq dedi:

“İsrail güclü və mərkəzləşdirilmiş Suriya istəmir. Onun üçün parçalanmış, zəifləmiş bir şərq anklavı daha əlverişlidir – nə İran təsiri olsun, nə də milli birliyə imkan verən struktur”.

Bu sözlər Trampın yaxın dostu, Livan əsilli maronit Barakın dilindən səslənibsə, bu artıq rəsmi Vaşinqtonun bəyan etdiyi “Suriya ərazi bütövlüyü” kursuna açıq təpikdir.

Tom Barak Tramp ailəsinin köhnə dostudur, “Tramp Doktrinası 2.0” adlandırılan yeni Yaxın Şərq kursunun memarlarından biridir. Bu kurs regional sadiq partnyorlarla (Türkiyə, Misir, Səudiyyə Ərəbistanı) işləməyə yönəlib. Deməli, Barakın dedikləri təsadüfi diplomatik pafos deyil, Ağ Evin düşünülmüş, hesaba dayanan siyasi mesajıdır.

Əhməd əş-Şaranın dəstəklənməsi o deməkdir ki, Vaşinqton nə Bashar Əsədi, nə də onun ətrafındakı kadrları Suriyanın gələcəyində görmək istəmir. Əş-Şara keçmiş baş nazir müavini və Milli Barış Şurasının rəhbəri kimi qismən həm Moskva, həm Ər-Riyad, həm də Ankara üçün qəbulolunan fiqurdur. Hazırda onun rəhbərliyi ilə İstanbulda, Türkiyə və Qətərin patronajı altında keçid hökuməti formalaşdırılıb. Bu qurumu Suriyanın şimal və şərqində fəaliyyət göstərən 60-dan çox tayfa və silahlı dəstə dəstəkləyir.

Lakin CENTCOM tam fərqli xətt tutur. Onlar hələ də Suriyada əsasən YPG-dən ibarət olan “Suriya Demokratik Qüvvələri”nə (SDQ) arxalanır. Yəni, ABŞ hərbçiləri terrorçu PKK-nın Suriya qolunu maliyyələşdirir, təlim keçir, informasiya verir, vətəndaş administrasiyasını təşkil edir. SDQ Suriyanın təxminən 25 faizinə nəzarət edir – xüsusən də Hasekə və Deyr əz-Zor kimi neftlə zəngin bölgələrə.

Amerikalı CSIS (Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi) analitiklərinin məlumatına görə, təkcə 2023-2024-cü illərdə ABŞ bu strukturlara 850 milyon dollardan çox vəsait ayırıb. Buraya silah, texnika, casusluq resursları və yerli idarəetmə xərcləri daxildir.

CENTCOM komandirləri mütəmadi olaraq Kamışlıya səfərlər edir, kurd komandirləri ilə fotolar çəkdirir, Şeddadi bazasını genişləndirir. Bu hərəkətlər açıq göstərir ki, ABŞ-ın hərbi qanadı Suriyada öz oyununu oynayır.

Pentaqonun arqumenti belədir: “Kürdlər İŞİD-lə mübarizədə ən etibarlı tərəfdaşdır”. Amma məsələ bu qədər sadə deyil:

Kürd silahlı dəstələrinə nəzarət Ankaraya təzyiq alətidir;
Şərqi Suriyada mövcudluq neftə nəzarət deməkdir – bu isə Dəməşqin iqtisadi resurslarını əngəlləməkdir;
Kürd bölgələri İranın təsirini azaltmaq üçün bufer zonadır – xüsusilə Tehran-Bağdad-Dəməşq-Beyrut logistika dəhlizi boyunca.
Bu gün ortaya çıxan əsas və kəskin sual budur: ABŞ prezidenti Tramp Suriyadakı ordusuna həqiqətən nəzarət edir, yoxsa Pentaqon, CENTCOM başda olmaqla, öz müstəqil strategiyasını həyata keçirir?

Bir tərəfdə siyasi rəhbərlik Əhməd əş-Şaranın timsalında Suriya üçün vahid dövlət modelini irəli sürür, digər tərəfdə ABŞ-ın hərbi strukturları Suriyanı etnik, tayfa və geosiyasi xətlər üzrə bölən layihələri həyata keçirir.

ABŞ daxilindəki bu ziddiyyətli siyasət yalnız Suriyanı deyil, regionun tamamını qeyri-sabitlik girdabında saxlamağa xidmət edir.

İsrail Suriyada çoxdan artıq müşahidəçi deyil – o, güc mövqeyindən çıxış edən, hərbi, siyasi və xüsusi əməliyyat komponentlərini aktiv şəkildə tətbiq edən bir aktora çevrilib. Məlumata görə, münaqişə başlayandan bəri İsrail Hərbi Hava Qüvvələri (HƏHQ) İrana, Hizbullaha və “Xalq Səfərbərlik Qüvvələri”nə (PMU) bağlı hədəflərə qarşı 1700-dən çox hava zərbəsi endirib. Yalnız 2024-cü ildə The Jerusalem Post-un yazdığına görə, İsrail aviasiyası Suriyada ən azı 250 əməliyyat həyata keçirib.

Tel-Əviv 1981-ci ildən bu yana işğal və anneksiya etdiyi 1200 kv.km-lik Qolan təpələrini rəsmən nəzarətdə saxlayır. Amma 2022-ci ildən başlayaraq İsrail bu bölgədə yeni və olduqca təhlükəli bir oyun qurmağa girişib – Suriya cənubundakı Əs-Süveydə bölgəsində “dürzi muxtariyyəti” adlanan strukturu formalaşdırmağa başlayıb.

The Times of Israel və BMT-nin UNDOF kontingentindən sızan məlumatlara əsasən, İsrail dürzi silahlı dəstələri ilə birbaşa əlaqə kanalı qurub, bölgəyə dərman, ərzaq və texniki avadanlıq göndərir. 2025-ci ilin aprelində Əs-Süveydədə təşkil edilən “Dürzi Forumu” bu strategiyanın tərkib hissəsi idi. Tədbir “Druze Peace Initiative” adlı QHT-nin iştirakı ilə keçirildi – bu təşkilatın Mossadla əlaqəli olduğu haqqında məlumatlar yayılıb.

Əgər Tel-Əviv öz sərhədindən kənarda yeni bir etnik-siyasi entitet yaratmağa çalışırsa, deməli, söhbət artıq Suriya ilə məhdudlaşmayan regional planlardan gedir. Dürzilər İsrail üçün ikili funksiyaya malikdir: bir tərəfdən bu, İran və Hizbullahın təsirini zəiflətmək üçün tampon bölgədir, digər tərəfdən – Əs-Şara hökumətinə təzyiq aləti kimi istifadə olunur.

2024-cü ilin sonunda Bəşər Əsəd rejiminin çöküşündən və Əhməd əş-Şaranın rəhbərlik etdiyi keçid hökumətinin qurulmasından sonra ABŞ-ın Suriyaya münasibəti formal olaraq yeni istiqamət almış kimi göründü. Ağ Ev rəsmi bəyanatlarda ölkənin ərazi bütövlüyünü və yeni rəhbərliyi dəstəklədiyini vurğulayır. Lakin yerindəki real vəziyyət tamamilə fərqlidir: CENTCOM – ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı – kürd silahlı dəstələrinə dəstək verməyə davam edir. Nəticədə Suriyanın şimal-şərqində faktiki ikili hakimiyyət formalaşıb.

Bu isə təkcə Dəməşqə yox, həm də Vaşinqtonun NATO üzrə müttəfiqi və regionun açar aktoru olan Türkiyəyə zidd bir addımdır. ABŞ-ın kürd kartı həm Əs-Şaranı tənzimləmək, həm də Ankaraya təzyiq göstərmək üçün istifadə olunur.

Siyasi illüziya və hərbi reallıq

2025-ci ilin iyuluna olan məlumata görə, əvvəllər Suriyanın şimal-şərqinə nəzarət edən Suriya Demokratik Qüvvələri (SDQ) formal olaraq müvəqqəti hökumətin Müdafiə Nazirliyinin tabeliyinə verilib. Lakin bu yalnız kağız üzərində belədir.

Reallıqda isə SDQ-nin əsasını təşkil edən terrorçu YPG dəstələri Hasekə və Deyr əz-Zor kimi neftlə zəngin ərazilərdə tam avtonomiya ilə hərəkət edir. Bu ərazilərin rəhbərliyində Mazlum Əbdinin durduğu SDQ ABŞ ordusunun CENTCOM komandanlığı ilə sıx münasibətlərə malikdir. ABŞ tərəfindən hərbi texnika, təlim və maliyyə yardımı axını davam edir.

Energy Intelligence Groupun 2025-ci ilin may ayına olan hesabatına görə, kürdlərin nəzarətindəki bölgələrdə gündəlik 70-90 min barel neft hasil olunur. Bu neft əsasən “boz bazar”da satılır və gündə 2.5 milyon dollara qədər gəlir gətirir. Əl-Ömər, Tanək, Suveydi və Cərəf kimi neft yataqları hələ də ABŞ texnikası ilə təchiz olunmuş kürd terrorçularının nəzarətindədir.

Türkiyə bütün bu prosesləri səssizcə izləmək niyyətində deyil. 2025-ci il iyulun 22-də Türkiyənin xarici işlər naziri Hakan Fidan sərt bəyanatla çıxış etdi:

“ABŞ bayrağı altında sərhədimizin cənubunda de-fakto kürd anklavının yaradılmasına icazə verməyəcəyik. Bu, həm Türkiyə üçün milli təhlükəsizlik təhdididir, həm də Suriyanın ərazi bütövlüyünə ziddir.”

Ankara hesab edir ki, Vaşinqton SDQ-ni Suriyanın ordu sisteminə inteqrasiya etmək prosesini bilərəkdən ləngidir. Məqsəd, kürdləri həm Əs-Şaraya, həm də Türkiyəyə qarşı təzyiq aləti kimi saxlamaqdır.

Üstəlik, türk kəşfiyyatı konkret sübutlar təqdim edib: sərhədə yaxın ərazilərdə YPG terrorçularına silah və sursat göndərişləri davam edir. Bu isə artıq yalnız geosiyasi yox, hərbi təhdiddir.

Suriyada baş verənlərin arxasında təkcə regional oyunçuların toqquşması dayanmır. Məsələ ondadır ki, Vaşinqtonun özü də bu savaşın içindədir – həm də birbaşa deyil, daxili ziddiyyətlər səviyyəsində. ABŞ-ın Suriyaya dair strategiyası artıq bir neçə ildir ki, paralel ssenarilər üzrə idarə olunur: bir yanda Ağ Evin rəsmi bəyanatları və keçid hökumətinə dəstək mesajları, digər yanda isə CENTCOM – ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının ərazidə həyata keçirdiyi tam fərqli və çox zaman ziddiyyətli fəaliyyətlər.

RAND Corporation-un 2025-ci ilin iyun ayında yaydığı hesabatda açıq şəkildə deyilir: CENTCOM Suriyadakı yeganə “döyüş qabiliyyətli və etibarlı qüvvə” kimi SDQ-ni (terrorçu YPG-nin əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələri) görür. Əhməd əş-Şaraya sadiq ərəb və tayfa dəstələri isə “dağınıq, daxili çəkişmələrə meyilli” strukturlar kimi dəyərləndirilir. Yəni, Pentaqon üçün SDQ hələ də əsas oyunçudur – bütün siyasi rəsmiyyətə baxmayaraq.

Məhz bu səbəbdən Əhməd əş-Şaranın SDQ-ni vahid ordu strukturuna inteqrasiya etmək cəhdləri durmadan sabotaja məruz qalır: həm ABŞ hərbi bürokratiyası içindən, həm də real gücü əldən vermək istəməyən kürd liderləri tərəfindən.

Suriyanın cənubunda isə tamam başqa bir oyun qurulur – İsrailin oyunu. Bəşər Əsədin devrilməsindən sonra Tel-Əviv sürətlə Əs-Süveydə və Cəbəl-Dürz bölgəsində qeyri-rəsmi iştirakını artırıb. “Humanitar missiya” adı altında yerli dürzi dəstələri ilə əlaqə qurulub, yardım göndərilir, logistika qurulur. 2025-ci ilin mayında bölgədə “Dürzi Avtonom Administrasiyası” adlı yeni bir struktur yaradıldığı xəbəri yayıldı – bu qurumun Mossadla əlaqəli fondlar vasitəsilə maliyyələşdirildiyi bildirilir.

Təl-Əvivdə yerləşən INSS analitik mərkəzinin məlumatına görə, İsrail bu bölgədə “dost qüvvələr”in nəzarətində olan bir bufer zona yaratmaq imkanını ciddi şəkildə nəzərdən keçirir. Bu isə həm Dəməşqi, həm Ankaranı, həm də hətta Vaşinqtonu narahat edir. Amma Tramp administrasiyasının Netanyahunun hökuməti ilə olan yaxın münasibətləri fonunda ABŞ İsrailə təzyiq göstərmək istəmir və ya göstərə bilmir.

Chatham Houseun qiymətləndirməsinə əsasən, 2025-ci ilin əvvəlində Suriyadakı neft yataqlarının 80 faizi ABŞ tərəfindən dəstəklənən SDQ-nin nəzarətində idi. Bu neft Dəməşqin xəbəri və nəzarəti olmadan çıxarılır, satışdan əldə olunan vəsait isə mərkəzi hökuməti tamamilə kənarda saxlayır. Neftin əsas ixrac marşrutları İraq Kürd Muxtariyyəti və ya Türkiyəyə gedən qeyri-rəsmi kanallardır.

Bu çərçivədə əvvəllər ləğv edilmiş Delta Crescent Energy və Global Oil Solutions kimi ABŞ şirkətlərinin yenidən müxtəlif hüquqi adlarla fəaliyyətini davam etdirdiyi bildirilir – əsasən BƏƏ, İordaniya və İraq Kürdüstanı vasitəsilə.

ABŞ sanki öz siyasətinin girovuna çevrilib. Rəsmi səviyyədə Tramp administrasiyası Suriyanın keçid hökumətini gücləndirmək, Əhməd əş-Şaranı dəstəkləmək və Türkiyə ilə müttəfiqliyi qorumaq niyyətindədir. Amma əsl reallıq budur:

– CENTCOM hələ də kürd terrorçularına arxalanır,
– İsrail cənubda öz oyununu aparır, heç bir mərkəzi gücü hesaba almadan,
– ABŞ Suriyanın neft resurslarına nəzarəti saxlayır, amma əldə edilən gəlirlərdən Dəməşqə və ya keçid hökumətinə pay verilmir.

Beləliklə, ABŞ-ın Suriya strategiyası səliqəli qurulmuş bir plan deyil, parçalanmış, bir-birinə zidd mənafelərdən ibarət bir tapmacaya çevrilib. Bəyanatlarla – “vahid dövlətin” dəstəklənməsi, əməliyyatla isə – bölgənin etnik və siyasi cəhətdən parçalanmasına yardım göstərmək. Bu zaman kürd separatçıları müstəqillik xülyaları ilə silahlanır, İsrail isə konfesional parçalanma xəritəsi çəkir.

Vaşinqton iki fərqli istiqamətdə hərəkət edir:
Ağ Evdə – diplomatik bəyanatlar, suverenliyin dəstəklənməsi;
CENTCOM-un qərargahında isə – real siyasət, neftə və “etibarlı” silahlı qüvvələrə üstünlük.

SDQ – yəni kürd silahlı dəstələri – həm resurs, həm də muxtariyyət əldə edib və bu imtiyazlardan könüllü əl çəkmək fikrində deyil. İsrail isə bölgədəki hərəkətlərini heç kimlə koordinasiya etmədən həyata keçirir. Türkiyə isə bu “ikili standartlar karnavalı”na baxaraq, artıq açıq şəkildə soruşur: ABŞ hələ də müttəfiqdirmi?

Bu Suriya üçbucağında – Əş-Şara, SDQ və İsrail – bir mərkəz yoxdur. Və ABŞ bu qüvvələrdən hansına üstünlük verdiyini dəqiq müəyyən etməyincə, Yaxın Şərqdə sabitlik arzusunun reallaşması mümkün olmayacaq.

Vaşinqton “yeni Suriya”nın memarı olmaq istəyir, amma əslində nəzarəti itirmiş bir arbitrə çevrilib. Və ABŞ-ın bu ikiləşmiş siyasəti nə qədər uzun davam edərsə, Suriyanın bir dövlət kimi yenidən formalaşmaq şansı bir o qədər azalacaq. Bölgə daha çox, xarici qüvvələrin nəzarətində olan, etnik və konfessional əsaslarla bölünmüş, de-fakto anklavlar xəritəsinə çevriləcək.

Bəlkə də ABŞ-ın real – səssiz və bəyanatsız – Suriya strategiyası elə budur.

PAYLAŞIN:

Continue Reading

Previous: Gömrükdə qaydalar dəyişdi: kimlərə şamil olunacaq?
Next: Bu, Kremlin Bakıya qarşı “təzyiq kartı” cəhdidir – Politoloq

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.