Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 31
  • DİLİN İŞIĞINI QORUMAQ

DİLİN İŞIĞINI QORUMAQ

admin 31/07/2025
el-akimova-

 

İstər sosial tərəqqidə,  istərsə də milli şüur hadisəsi kimi üstündə “Ana dili” yazılan kitablar daha böyük iş görüb. Bəlkə buna görə XIX əsrin sonunda maarifçi dalğa şüur, kimlik hərəkatına “Vətən dili” dərsliyini hasilə gətirməkdən başladı. O dərsliyin yetişdirdiyi nəsil sonradan Azərbaycanda milli məfkurənin, dövlət müstəqilliyinin qurucuları oldular. Bu gün ən vacib faktorlardan biri etnomədəni sistem sayılır ki, onu qoruyan amil ilk növbədə, ana dilidir. Bura etnomədəni yaddaş amilini də əlavə etməliyik. Və bu etnomədəni yaddaş, hər şeydən əvvəl dil saflığına borcludur. Onu zədələmək millətin bütövlüyünü, milli kimliyini zədələyə bilər. Bu gün etnomədəni sistemi qorumaq xüsusən, qloballaşmanın milli dil üzərindəki təhdidlərini dəf etməkdə də yardımçı olar.

Azərbaycanda milli birlik və həmrəylik ideyasının uğurla həyata keçirilməsi azərbaycançılıq idealına xidmətin ifadəsidir. Azərbaycan xalqı anlayışı ilə yanaşı, Azərbaycan dili anlayışının da var olması milli mövqenin qorunub saxlanılması ilə yanaşı, müstəqil dövlətin daxili sabitliyinin təmin edilməsinə, ölkədə yaşayan xalqlar və etnik qruplar arasında tolerantlıq mühitinin formalaşdırılmasına xidmət edir.

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dönəmdə dil məsələsinə xalqın milli kimliyini təyin edən ümummilli amil kimi yanaşdı. Yaxşı bilirdi ki, yalnız yaddaşı olan xalq azadlığının qədrini bilər, ləyaqətini qoruyar. Heydər Əliyev üçün “yaddaş-dil-birlik” eyni məna yuvasına daxil olan anlayışlar idi. Ona görə əksər çıxışlarında refren olaraq vurğulayırdı: “Azərbaycan dilinin bundan sonra da inkişaf etməsi mənim həyatımın ən birinci vəzifəsidir. Çünki millətin dilini əlindən alsan, onu öz dilindən məhrum etsən, o millət çox şey itirər. Amma millətin öz doğma dili, ana dili olanda, onu heç nə dəyişdirə bilməz… Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilinizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan”.

Heydər Əliyev həmişə Azərbaycan dilinə, onun siyasi-hüquqi təminatlarına geniş yer vermiş, fərman, qərar və sərəncamlar imzalamış, praktik həlli istiqamətində ciddi fəaliyyət göstərmişdir. O, bəyan etmişdir: “Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində, bugünki səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların, dilçi alimlərin böyük xidməti var”.

Təsadüfi deyil ki, böyük rəhbər ilk “İstiqlal” ordenini Bəxtiyar Vahabzadə, Xəlil Rza və Məmməd Araza verərkən, bu barədə 16 aprel 1995-ci il tarixli çıxışında bu şairlərin dil məsələsinə həssaslıqlarını önə çəkmişdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə, konkret olaraq 1978-ci ildə Azərbaycan dilinin ölkəmizin konstitusiyasına dövlət dili kimi daxil etdirməyə nail olması çağın reallıqları prizmasından yanaşdıqda misilsiz tarixi nailiyyət sayılır. Sovetlər İttifaqında vahid beynəlmiləlçilik prinsiplərinin həyata keçirildiyi bir zamanda Azərbaycan dilinin rəsmi olaraq dövlət dili kimi qəbul olunması çoxəsrlik dövlətçilik tariximizin nadir hadisəsi olmaqla yanaşı gələcək müstəqilliyimizin mühüm təminatlarından birinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi tanınması milli kimliyin və mədəniyyətin qorunması istiqamətində atılmış mühüm addımlardan biri olmuşdur. Bu təşəbbüsün konkret nəticəsi 27 aprel 1978-ci il tarixində qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması oldu. Aydındır ki, 1970-ci illərdə Sovet İttifaqında rus dilinin dominantlığı güclənməkdə idi və ittifaq miqyasında rus dilinin “ümumxalq ünsiyyət vasitəsi” kimi tanınması təşviq olunurdu. Bu şəraitdə respublikaların milli dillərinin arxa plana keçmək təhlükəsi yaranmışdı. Lakin Heydər Əliyev bu təhlükəni vaxtında dərk edərək, Azərbaycan xalqının milli kimliyinin əsas dayaqlarından biri olan ana dilinin qorunması və rəsmi status qazanması istiqamətində qətiyyətli mövqe nümayiş etdirdi.

Bu, Sovet İttifaqı çərçivəsində nadir hallardan biri, milli dəyərlərin qorunmasında mühüm addım idi. Bu təşəbbüsün nəticəsi olaraq Azərbaycan dili dövlət idarəçiliyində, təhsildə və rəsmi sənədləşmədə daha geniş istifadə edilməyə başladı. Dilin hüquqi status alması onun gələcəkdə müstəqil Azərbaycan Respublikasında əsas dövlət dili kimi möhkəmlənməsinə zəmin yaratdı. Milli özünüdərk və mədəni dirçəliş proseslərinə təkan verdi.

Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə gəlişinin birinci dövründə, XX əsrin 70-80-ci illərində Azərbaycan ədəbi-ictimai mühitində ana dili məsələləri geniş yer tutmuşdur. Xalq şairləri Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, bir qədər sonra Anar, Elçin və Sabir Rüstəmxanlı kimi sənətkarların ana dili uğrunda apardıqları milli mücadiləyə dövlət səviyyəsində müəyyən üsullarla meydan açılmış və bu, mahiyyət etibarilə xalq arasında və Mərkəzi hökumətdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması üçün ictimai rəyi hazırlamışdır. Dilçi alimlər belə qənaətlərində haqlıdırlar ki, «Heydər Əliyev… Moskva ilə ən uğurlu kompromis şəraitində özünəməxsus «dil siyasəti» yürüdürdü ki, həmin siyasətin başlıca məqsədi ana dilini daha da inkişaf etdirmək, … müstəqil dövlət dilinə çevirmək idi (Nizami Xudiyev)».

Doğrudan da, cəmiyyətdə ana dili uğrunda gedən prosesləri zaman-zaman Mərkəzi hökumətin diqqətinə çatdırmaqla və məsələyə Siyasi Büro səviyyəsində aydınlıq gətirməyi bacarmaqla, Heydər Əliyev hələ sovet hakimiyyəti illərində, 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi ölkənin Konstitusiyasına ayrıca maddə kimi daxil edilməsinə nail olmuşdur.

Keçən əsrin 70-ci illərində Heydər Əliyevin Azərbaycanın bir qrup tanınmış dilçi alimlərini – Muxtar Hüseynzadəni, Əlövsət Abdullayevi, Yusif Seyidovu, Ağaməli Həsənovu çoxcildlik “Müasir Azərbaycan dili” dərsliyinə görə respublikanın Dövlət Mükafatı ilə təltif etməsi də elmi-ictimai və ədəbi-mədəni mühitdə ana dilinin mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət sayılmalıdır. Bununla Heydər Əliyev hələ XVI əsrdə Şah İsmayıl Xətai ilə başlanan, zaman-zaman qabarıb-çəkilən ana dili siyasəti məsələsini ilk dəfə tam rəsmi olaraq böyük qətiyyətlə dövlət siyasəti səviyyəsində həyata keçirməklə tamamlamışdır. Ana dili uğrunda aparılan mübarizə öz növbəsində, Azərbaycan cəmiyyətində və ədəbiyyatında millilik məsələsini diqqət mərkəzinə çəkmək, geniş mənada milli azadlıq mövzusunu dəstəkləmək demək idi. Bu proses Azərbaycan ədəbiyyatında ölkənin və xalqın taleyi, milli-mənəvi dəyərlərin əhəmiyyəti kimi mövzuların meydanının genişlənməsinə şərait yaratmışdır.

Ölkəmiz müstəqillik qazandıqdan sonra Heydər Əliyevin ana dili uğrunda apardığı siyasətin miqyası daha da genişlənmiş, bir çox ümummilli məsələlərin dövlət siyasəti səviyyəsində həll edilməsi ilə başa çatdırılmışdır. Bu zaman da Heydər Əliyevin istinad etdiyi əsas qüvvə yazıçı, ədəbiyyat faktoru və şairlər, yaradıcı ziyalılar olmuşdur. Bu baxımdan böyük yazıçı Cəlil Məmmədquluzadənin 1994-cü ildə keçirilmiş 125 illik yubileyində ana dili məsələlərinə göstərilən xüsusi diqqət həmin sahədəki digər böyük tədbirlərin başlanğıcına çevrilmişdir. Heydər Əliyev görkəmli yazıçı haqqındakı nitqində ədəbiyyatımızın klassiki kimi çox yüksək qiymətləndirdiyi Cəlil Məmmədquluzadənin ana dili uğrunda mübarizəsini müasir dövr üçün də zəruri hesab etmişdir: «Cəlil Məmmədquluzadənin fəaliyyətində ən dəyərli cəhətlərdən biri də Azərbaycan xalqının dilinin inkişafı üçün göstərdiyi xidmətlərdir. Onun daim işlətdiyi «Vətən, Vətən, Vətən! Millət, millət, millət! Dil, dil, dil!» sözləri xalqımızın, millətimizin fikirlərini, arzularını ifadə edir. Ədibin ana dilinə – Azərbaycan dilinə böyük diqqəti, ana dilini bilməyə səsləməsi və ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm sürməsi zəruriliyinə dair fikirləri, yazıları o vaxt üçün vacib idi, bu gün üçün də çox aktualdır. «Anamın kitabı» Azərbaycan üçün çox dahiyanə əsərdir. Çünki … əsrlər boyu ayrı-ayrı istiqamətlərdən xalqımıza təsirlər olmuşdur… Ancaq xalqımızın dahi simaları Azərbaycan dilini, Azərbaycan milliliyini yaşadıb, milli şüurunu, milli məfkurəsini daim yaşatmışdır».

1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.

Ümummilli lider Heydər Əliyevin xalqımızın ana dilinin necə adlandırılması uğrunda apardığı mübarizə dövlətimizin maraqlarına, respublikamızın reallıqlarına tamamilə uyğun idi. Bu sahədə də qəti fikrə, yekun qənaətə gəlmək üçün Heydər Əliyev Azərbaycan ziyalılarının, o cümlədən ədəbiyyat xadimlərinin dəstəyindən istifadə etməyi zəruri saymışdır. Onun 31 oktyabr 1995-ci ildə Azərbaycan Elmlər Akademiyasında ziyalılarla görüşü zamanı irəli sürdüyü Azərbaycan Konstitusiyasında dövlət dili kimi Azərbaycan dilinin təsbit edilməsi geniş mənada cəmiyyətin marağına, ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların maraqlarına uyğundur. Azərbaycan dili ideyası Azərbaycanda yaşayan bütün etnik qrupları öz ətrafında birləşdirən bir faktor kimi Azərbaycan yazıçıları tərəfindən müdafiə olunmuşdur.

Müzakirələrdə çıxış edən Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Anar, Elçin, Qabil, Ağamusa Axundov, Hüseyn Abbaszadə, Sabir Rüstəmxanlı və başqaları müxtəlif fikirlər bildirsələr də, son nəticədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin meydana qoyduğu Azərbaycan dili anlayışına üstünlük vermiş, haqq qazandırmışlar. Heydər Əliyev ölkə miqyasında ictimai rəyin formalaşdırılmasında yazıçı, ziyalı mövqeyinin əhəmiyyətini əsas götürməklə, müzakirələrdə həmin faktordan geniş istifadə ilə ən məqbul azərbaycançı qərarı formalaşdırmağa nail olmuşdur. Azərbaycan dili ölkə coğrafiyasında yaşayan bütün xalqların vahid danışıq və ünsiyyət vasitəsi, müstəqillik qazanmış Respublikanın dövlət dilinin adı kimi qəbul edilmişdir. Bütün bunlar cəmiyyətdə və ədəbiyyatda Azərbaycançılıq amilinin, ümummilli düşüncənin daha da qüvvətləndirilməsinə səbəb olmuşdur.

Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.

“Heydər Əliyevin Azərbaycan dili siyasəti çox geniş mənası, elmi-konseptual əsasları ilə, əslində Azərbaycanı xilasetmə yolunun mühüm tərkib hissəsi idi” (Timuçin Əfəndiyev). Onun müasiri olduğu şair və yazıçılara verdiyi dəyərin zəminində həm də dil amilinin dayandığını görmək çətin deyil. Bu istiqamətdə atdığı bütün addımların – “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan Respublikasında dövlət dili haqqında” 30 sentyabr 2002-ci il tarixli fərmanların əsasında dayanan səbəb xalqın milli varlığını müəyyən edən başlıca amilin ana dili olmasını rəhbər kimi dərk etməsi idi.

“Ədəbi dilə vətəndaşlıq borcu” məqaləsində professor Teymur Əhmədov Heydər Əliyevin fikir və məfkurəni dil siyasətinə doğru yönəltməsindən söz açır. Göstərir ki, Ulu Öndər yüzlərlə şagirdi xarici ölkələrdə ali təhsil almağa göndərirdi. Əmin idi ki, onlar mükəmməl təhsilli mütəxəssislər kimi doğma ölkəsinin inkişafına namusla xidmət edəcəklər. 1997-ci il avqustun 29-da Prezident sarayında daxildə və xaricdə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilmiş, Heydər Əliyev doğma ana dilimizi, dövlət dilimizi yaxşı bilməyi tövsiyə etmişdir. Ulu Öndər bildirirdi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadiminin fəaliyyəti nəticəsində mümkün olur”.

Əlbəttə ki, Heydər Əliyevin 2001-2003-cü illərdə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi”, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi”, “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında” fərmanları bircə mərama  xidmət edirdi: hər bir gənc öz ana dilini incəliklərinə qədər bilsin və bu dildən istifadə etsin. “Biz müstəqil Azərbaycanda Azərbaycan dilini dövlət dili etdiyimiz kimi, cəmiyyətimizdə də, xalqımızın içində də Azərbaycan dilini mütləq hakim dil etməliyik”, – deyirdi Ulu Öndər!

Dil siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin də siyasi fəaliyyətinin əsas qayəsini təşkil edir. Onun “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Yaxud 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Çıxışlarının birində Prezident İlham Əliyev qeyd edib: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. … biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik”.

Bütün bunlar göstərir ki, ölkə başçısı Azərbaycan ədəbi dilinə ayrıca diqqət yetirmiş, dilin taleyini diqqət mərkəzində saxlamış, bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasət aparmışdır. Xüsusilə Azərbaycan klassiklərinin, ana dilinin saflığı uğrunda məramla çalışan yaradıcı ziyalıların irsinin qorunması və təbliği yönündə gördüyü işlər Prezidentin Azərbaycan milli ruhuna göstərdiyi ən önəmli xidmət olaraq dəyərləndirilməlidir.

Martin Haydegger dili “varlıq evi” adlandırırdı. Bu, doğrudan da belədir. Xalqın, millətin varoluşunun başlıca şərti, gücü onun dilini qorumaqdır. Bütün yaradıcı resurslar məhz bu amilin yaşarılığına – dilin işığını qorumağa xidmət etməlidir. Səsimizi və sözümüzü gələcək nəsillərə aydın eşitdirmək üçün!

 

Elnarə Akimova

Milli Məclisin deputatı,

YAP idarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

PAYLAŞIN:

Continue Reading

Previous: Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşdü
Next: Məişət zorakılığının qarşısının alınması istiqamətində hansı işlər görülüb?

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.