Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • İyul
  • 31
  • Məişət zorakılığının qarşısının alınması istiqamətində hansı işlər görülüb?

Məişət zorakılığının qarşısının alınması istiqamətində hansı işlər görülüb?

admin 31/07/2025
zorakılıq

 

Bu ilin ilk 6 ayında məişət zorakılığı ilə bağlı edilən müraciətlərin 56,4 faizi Bakı şəhərinin, 43,6 faizi isə regionların payına düşür.

Bu barədə sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin ilk 6 ayı ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 241 müraciət daxil olub, 40 mühafizə orderi verilib.

“Daxil olan müraciətlərdə fiziki zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib və şikayət edənlər zorakılığın bir neçə növünə məruz qalıb. Belə ki, müraciət edənlərin əksəriyyəti əri (160), yaxın qohumu (165) və keçmiş əri (37) tərəfindən zorakılığa məruz qalıb. Zorakılıq törədənlərin 233 nəfəri kişi, 91 nəfəri isə qadındır. Zorakılığa məruz qalanların isə 232 nəfəri qadın, 30 nəfəri kişi, 181 nəfəri isə uşaqlardır. Məişət zorakılığı ilə bağlı edilən müraciətlərin 56,4 faizi Bakı şəhərinin, 43,6 faizi isə regionların payına düşür. Zorakılıq hallarının 172-si fiziki, 53-ü psixoloji, 11-i iqtisadi, 5-i isə cinsi zorakılıqdır”, – deyə əlavə edilib.

Məişət zorakılığının qarşısının alınması istiqamətində hansı işlər görülüb?

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, məişət zorakılığının qarşısını almaq üçün dövlət bir sıra hüquqi, sosial və profilaktik tədbirlər həyata keçirir:

“Belə ki, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul olunub. Bu qanun zorakılığın qarşısını almaq, zərərçəkənləri qorumaq və hüquqi mexanizmlər yaratmaq məqsədi daşıyır. Eyni zamanda, dövlət və qeyri-hökumət təşkilatları tərəfindən məişət zorakılığı ilə bağlı mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir.

Məktəblərdə, icmalarda və mediada zorakılığın fəsadları barədə təbliğat işləri aparılır. Əlavə olaraq, dövlət ailə dəyərlərinin möhkəmləndirilməsi, gender bərabərliyi və sosial rifahın artırılması istiqamətində də işlər görür ki, bu da zorakılıq hallarının azalmasına öz töhfəsini verir”.

Teymur Mərdanoğlunun sözlərinə görə, məişət zorakılığı törədən şəxsin məsuliyyətə cəlb olunması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həyata keçirilir və bu, zorakılığın növü və ağırlıq dərəcəsindən asılıdır.

“Müraciət və faktın qeydə alınması zamanı zərərçəkən şəxs Daxili İşlər Nazirliyinə (polisə), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, rayon icra hakimiyyətinə və ya sığınacaqlara müraciət edir. Dərhal fakt araşdırılır, zorakılığı törədən və ya zorakılığa məruz qalan aidiyyəti quruma dəvət olunur, fakt təsdiqini taparsa, yerli icra hakimiyyəti tərəfindən mühafizə orderi verilir. Daha sonra digər zəruri tədbirlər həyata keçirilir”, – deyə o əlavə edib.

PAYLAŞIN:

Continue Reading

Previous: DİLİN İŞIĞINI QORUMAQ
Next: Azad edilmiş ərazilərdə hotellərin ƏDV-ni geri qaytarması imkanları dəyərləndirilib

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.