Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 1
  • “TİKİNTİ TƏCHİZAT 2020” MMC-yə bu şəraiti Zaur Mikayılovdan başqa kim yarada bilər

“TİKİNTİ TƏCHİZAT 2020” MMC-yə bu şəraiti Zaur Mikayılovdan başqa kim yarada bilər

admin 01/10/2025
zaur mikayıl

Baş Mil-Muğan Kollektoru İstismar İdarəsi təmir-tikinti işləri üçün tikinti materiallarının satın alınması üzrə 28.08.2025-ci ildə başladığı kotirovka sorğusuna 30.09.2025-ci ildə yekun vurub. Müsabiqənin qalibi “TİKİNTİ TƏCHİZAT 2020” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 81.120,87  manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi isə sözügedən MMC ilə 24.09.2025-ci ildə cari təmir üçün tikinti materialların satın alınmsı üzrə 107.220,7 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Sözügedən MMC ətrafında apardığımız araşdırmalarda məlum oldu ki, 2023-cü ildə yaradılıb. Dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra Xızı rayonunun Suvarma Sistemləri İdarəsindən cari təmir işləri üçün mal-materialın satınalınması üzrə 169.660,4 manat məbləğində tender udub. Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinə tabeli qurumlara mexanizm və nəqliyyat vasitələri üçün ehtiyyat hissələri və tikinti materialları satmağa başlayıb. 2023-cü ilin iyulundan bu yana 38 dövlət satınalmasının qalibi olub.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TİKİNTİ TƏCHİZAT 2020” (VÖEN: 6600703451) Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.01.2023-cü il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının  OĞUZ RAYONU, OĞUZ ŞƏHƏRİ, KARL MARKS, ev.5, qanuni təmsilçisi kimi isə Məmmədov Vahid Mirsahib oğlu qeyd olunub.

Məlumatlardan da da göründüyü kimi MMC iki il öncə dövlət qeydiyyatına alınıb. Buna baxmayaraq Regional Su Meliorasiya Xidmətinə tabeli tabeli daha bir neçə idarənin keçirdiyi onlarla tenderlərin qalibi olub. Buradan da o nəticəyə gəlmək olar ki, “TİKİNTİ TƏCHİZAT 2020” Məhdud Məsuliyyətli Cəmiyyəti qısa müddət ərzində bu açıq tenderləri heç də elektron satınalmalar yolu ilə deyil, tanışlıq, yaxud da xüsusi göstərişlər sayəsəində əldə edə bilib. MMC-nin qalibi olduğu son tenderlərə diqqət yetirək.

Mərkəzi-Muğan Kollektorunun istismarı idarəsi tərəfindən aşın-mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 77.399,74 manat məbləğində satınalma müqaviləsi 02.09.2025-ci il tarixdə;

Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən maşın-mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 64.438,38  manat məbləğində satınalma müqaviləsi 25.08.2025-ci il tarixdə;

Qusar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən maşın mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda 29.452,8  manat məbləğində satınalma müqaviləsi 15.08.2025-ci il tarixdə;

Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən maşın-mexanizm və nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 76.932,46  manat məbləğində satınalma müqaviləsi 13.08.2025-ci il tarixdə;

Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən nəqliyyat vasitələri və torpaqqazan mexanizmlər (ekskovator, buldozer və s.) üçün ehtiyyat hissələrinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 97.659,16   manat məbləğində satınalma müqaviləsi 07.08.2025-ci il tarixdə;

Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən avtomobillər üçün ehtiyat hissələrinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda 29.992,06 manat məbləğində satınalma müqaviləsi 04.07.2025-ci il tarixdə;

Açıq mənbələrdə MMC-nin barəsində heç bir məlumata rast gəlinmir. Amma göründüyü kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinə tabeli qurumlar MMC-nin müvafiq sahədə peşəkarlığını, təcrübəsini, ixtisas göstəricilərini,texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini, etibarlığını nəzərə almadan hər biri ayrı ayrılıqda qanun pozuntularına yol verərək “TİKİNTİ TƏCHİZAT 2020”  MMC-yə ümumi dəyəri yüz minlərlə ölçülən dövlət sifarişləri həvale ediblər.

Kimdir bunun arxasıda duran? Kimdir bunu təşkil edən? Təbii ki, Dövlət Su Ehtiyatları Agentliyinin rəsmiləri. Bəlkə də elə sədr Zaur Mikayılovun adamları. Bəlkə də Regional Su Meliorasiya Xidmətinnin rəisi Zakir Quliyevdir.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Regional Su Meliorasiya Xidmətinə tabeli qurumlar hər il  yalnız ehtiyyat hissələrinin alnmasına dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlar əsasında təxmini hesablamamıza görə milyonlarla manat dövlət vəsaiti ayırır. Əksər rayonlarda təmirə dayanan nəqliyyat və xüsusi texnikalar sürücülərin hesabına təmir edilir. Amma müxtəlif ehtiiyat hissələri satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələri digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilirsə, sürücülərə məcburi ehtiyyat hissələri aldırılırsa ayrılan milyonlarla manat dövlət vəsaitləri hara gedir?

Görünən odur ki, “TİKİNTİ TƏCHİZAT 2020”  MMC Regional Su Meliorasiya Xidmətinə tabeli qurumlarla iş birliyində olub, ayrılan milyonlarla manat dövlət vəsaitlərinin talanmasında iştirak edir.  Yoxsa Oğuz rayonunda dövlət qeydiyyatına düşmüş bir MMC-yə Şəkidə, Xaşmazda, Qusarda Hacıqabulda Ağstafada, Qəbələdə, Oğuzda, yəni respublikanın dörd bir yanında həm tikinti materialların, həm də maşın mexanizmlərin və nəqliyyat vasitələrinin təmiri işlərinin həyata keçirilməsinə, onları ehtiyyat hissələri ilə təmin etməsinə şəraiti kim yarada bilər? Ancaq Zaur Mikayılov.

 

Aktualinfo.org

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Paşinyan AŞPA-da elan etdi: Ermənilər Qarabağa qayıda bilməz!
Next: Trampın Qəzza planı: Türkiyəni çətin vəziyyət gözləyir…

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.