Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 1
  • Trampın Qəzza planı: Türkiyəni çətin vəziyyət gözləyir…

Trampın Qəzza planı: Türkiyəni çətin vəziyyət gözləyir…

admin 01/10/2025
qazza-fl

 

Trampın 20 bəndlik Qəzza planı bölgədə baş verənlər fonunda ümidverici olsa da, yekun sülhü gətircəyi ehtimalı yüksək görünmür.

Planda fələstinlilər üçün müsbət məqamlar var:
– Qəzzanın beynəlxalq iştirakla müvəqqəti xarici idarəetməyə verilməsi İsrailin bölgəni ilhaq etmək cəhdlərinin arxa plana keçməsi deməkdir;
– Qəzzalıların evlərini tərk etməsi məcburiyyəti aradan qaldırılır;
– Həbsdə olan qəzzalılar azad ediləcək;
– İsrail ordusu Qəzzadan çıxa bilər: plana görə, İDF girovların azad edilməsinə hazırlaşmaq üçün razılaşdırılmış xəttə qədər geri çəkiləcək, bu müddətdə bütün hərbi əməliyyatlar dayandırılacaq və mərhələli geriçəkilmə şərtləri yerinə yetirilənə qədər döyüşlər dondurulacaq;
Lakin planın praktiki müstəvidə icrasını sual altına salan bir məqam var: HƏMAS-ın silahı yerə qoyması və Qəzzanın idarəetməsindən uzaqlaşdırılması;
Tramp da bəyan edib ki, “HƏMAS-ın birbaşa və ya dolayı yolla Qəzzanın idarə olunmasında heç bir rolu olmayacaq”. Bu, HƏMAS-ın tamamilə məğlubiyyəti və siyasi/hərbi fəaliyyətinə son qoyması deməkdir. Bu baxımdan, qruplaşma planla bağlı düşünmək niyyətindədir. HƏMAS üçün hər iki halda – planı qəbul etməyəcəyi, yaxud edəcəyi təqdirdə perspektivlər dumanlı görünür. Qruplaşmanın Trampın verdiyi 4 gün zamanı var. Mümkündür ki, HƏMAS dilemmadan çıxmaq istiqamətdə müəyyən addımlar ata bilər:
– Danışıqların şərtlərini dəyişmək – mövcudluğunu bu və ya digər formada saxlamaq üçün plana “altbəndlərin” əlavə edilməsinə nail olmaq;
– Planla razılaşmaq, lakin icra prosesində – girovların qaytarılması, fələstinlilərin azad edilməsi, İsrail qüvvələrinin çəkiləcəyi xətlərin müəyyən edilməsi və s. – zaman qazanmaq və şərtləri dəyişdirməyə çalışmaq;
– Müqaviməti davam etdirmək və Netanyahunun Trampla razılaşdığı plana praktiki müstəvidə məhəl qoymadığını göstərmək (HƏMAS-ın adı açıqlanmayan rəmisi BBC-yə “İsrailin maraqlarına xidmət etdiyi” üçün Trampın planından imtina edəcəklərini açıqlayıb);
İsrail də eyni taktikadan istifadə edə – HƏMAS-ın girovları azad etmək və silahı yerə qoymaq niyyətinin olmadığını göstərməyə çalışa bilər, çünki plan Qəzza ilə bağlı yekun hədəfi tam əhatə etmir, xüsusilə bölgənin idarəetməsində ərəb ölkələrinin iştirakı və bu qədər müharibədən sonra nəzarəti ələ ala bilməməsi fonunda İsrailin planı qəbul etməsi iki əsas səbəbdən qaynaqlanır:
1. Avropa ölkələri də daxil olmaqla beynəlxalq ictimaiyyətin etirazı – Fələstinin müstəqilliyinin tanınması;
2. Dünyanın etirazı qarşısında ABŞ-ın İsrailə tam dəstək verə bilməməsi;
20 bəndlik Qəzza planı isə minumum və maksimum ssenarilərdə İsrailə sərf edir.
Plan icra edilərsə, HƏMAS tamamilə sıradan çıxacaq. Bu, minumum hədəfə nail olmaqdır. Qruplaşmanın plandan imtina etməsi İsrailə maksimum hədəfinə çatmaq üçün hücumlarına davam etməsi imkanı verir. Bu halda, ABŞ İsraili dəstəkləyəcək, Tramp da bəyan edib ki, “HƏMAS planı qəbul etməsə, çox kədərli sonluq olacaq”.
Belə bir ssenaridə Qəzzada İsraili dayandırmaq çağırışları edən Türkiyə, ərəb ölkələri və Avropa çətin vəziyyətə düşəcək. ABŞ davam edən müharibəyə görə günahın HƏMAS-da olduğunu göstərməklə İsrailin hücumlarını dəstəkləyəcək. Və maksimum hədəf olan Qəzzanın tamamilə nəzarətə götürülməsi imkanı əldə edəcəklər.
Qəzza məsələsində yaranmış dilemmativ vəziyyət Trampın 20 bəndlik həll planının problemə son qoyacağı ehtimalını zəiflədir. Planın daha çox danışıqlar üçün “çərçivə sazişi”nə bənzəməsi və özündə detalları əks etdirməməsi də qəbul ediləcəyi təqdirdə, icra prosesinin zaman alacağını deməyə əsas verir.
Asif Nərimanlı
PAYLAŞIN:

Continue Reading

Previous: “TİKİNTİ TƏCHİZAT 2020” MMC-yə bu şəraiti Zaur Mikayılovdan başqa kim yarada bilər
Next: Aqrar Xidmətlər Agentliyində aşkarlanan qanunsuz əməllərdə “EMA” QSC-nin payı nə qədərdir

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.