Skip to content
13/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 7
  • İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ehtiyat hissələrinin talanı davam edir

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində ehtiyat hissələrinin talanı davam edir

admin 07/10/2025
tahir-xelilov

 

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi nəqliyyat və xüsusi texnikaların (avtokran və çəngəlli yükləyici) satın alınması üzrə açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 279.460  manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 17.09.2025-ci ildə dərc edilib.

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Nəqliyyat və Xüsusi Texnika idarəsinin balansında olan traktorlar üçün lazım olan ehtiyat hissələrinin satın alınması üzrə 12.05.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “A+H TƏMİR TİKİNTİ”  Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 170.000,24 manat dəyərində satınalma müqaviləsinin bağlanılıb. Məlumat satınalmaların portalında 15.07.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınmasına dair keçirilmiş açıq tendrdə ehtimal olunan qiyməti 437.692,80  manat müəyyən edilmişdir.

Elə həmin gün “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Nəqliyyat və Xüsusi Texnika idarəsinin balansında olan ağır texnika üçün lazım olan ehtiyat hissələrinin satın alınması üzrə 12.05.2025-ci ildə başladığı açıq tenderə də yekun vurduğunu açıqlayıb. Bu müsabiqənin qalibi “İRON AVTO” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 285.332,26 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən nəzərdə tutulmuş ehtiyat hissələrinin satın alınmasına dair keçirilmiş bu açıq tenderdə isə ehtimal olunan qiyməti 716.766,10 manat müəyyən edilmişdir.

Dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əvvəlcədən müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı şirkətlərin təklif edərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə, hətta 50 faizdən də aşağı qiymət təqdim etmiş şirkətlərlə satınalma müqaviləsi bağlamışdır.

Qeyd edək ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti işçi çarxlar və valların satın alınması üzrə keçirdiyi açıq tenderi 11.06.2025-cü ildə yekunlaşdırıb. Bu müsabiqənin də qalibi “A+H TƏMİR TİKİNTİ”  Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 1.059.050 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Bu müsabiqədə də nəzərdə tutulmuş malların satın alınmasına dair keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 1.972.656,46 manat müəyyən edilmişdir.

Amma İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərini pozaraq açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə, hətta 50 faizdən də aşağı qiymət təqdim etmiş şirkətlə satınalma müqaviləsi bağlamışdır.

Qeydedək ki, Aktualinfo.org hələ ötən Nəqliyyat və Xüsusi Texnika İdarəsinə baş verən qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara müraciət etmişdi. Amma çox maraqlıdır ki, Dövlət Su Ehtiyatları Agentliyindən məqalədə göstərilənlərə heç bir münasibət bildirilmədi. Odur ki,  1 nömrəli avtoparkın müdiri vəzifəsindən zorla çıxarılmış Elçin Süleymanovun avtopark müdiri işlədiyi dövrdə şahidi olduğu cinayət əməllərini bir daha diqqətinizə çatdırırıq.
1. Külli miqdarda (100 000 tonlarla) yanacağın talan edilməsi. (Hələ iyul ayında Nəqliyyat və Xüsusi Texnika İdarəsində işçilərlə rəhbərlik arasında qalmaqal yaşandığını, İdarədə “yox” olmuş 150 ton benzin və dizel yanacağının pulunu işçilərin ayağına yazmaq istəyərkən işçilər buna etiraz etdikdə ciddi narazılıq yaranması barədə yazmışdıq – red.)
2. Təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının üzərindən qismən yararlı ehtiyyat hissələrinin qanunsuz çıxarılması və digər nəqliyyat vasitələrinə quraşdırılması.
3. Uzun müddətdə təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının ehtiyyat hissələrinin talan edilməsi.
4. Silinməyə gedən nəqliyyat və xüsusi texnikaların talan edilməsi.
5. Müxtəlif ehtiiyat hissələrini satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələrinin digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilməsi.
6. Sürücülərə məcburi ehtiyyat hissələrinin aldırılması.
7. Nəqliyyat və xüsusi texnikaların mühərriklərinin yağ dəyişməsi müddətlərinin uzadılaması və bununla dövlət əmlakına qəsdən ziyan vurulmasi.
8. 70 % nəqliyyat və xüsusi texnikalarının səs boğucularının daxilində olan katalizatorların çıxarılması və satılması.
9. Ford Trasit markalı nəqliyyat vasıtələrinin üzərindən olan Turboların çıxarılması və yoxa çıxması.
10.Müxtəlif səbələrdən icazə alan işçilərin işdə olmadığı müddət barəsində ərizələrin alınmaması və tabellərdə qanunsuz olaraq günlərin hesablanması.
11. Avtomobilləri yuyub təmizləyən ştatında olan Rüstəm Xəlilov adında işçinin illərlə işə gəlmədiyi halda əmək haqqının veriməsi.
12.Ezamiyyətə gedən sürücülərin ezmiyyət məvaciblərinin günlərlə geciktirilməsi.
13.Əlavə saata qalan və qeyri iş günləirndə işə cəlb olunan sürücülərin və çilingərlərin əmək haqqına əlavələrin kəsilməsi və geciktirilməsi.
14. Bir sıra nəqliyyat vasitələrinin mühərrik nömrələrinin texniki pasportda mövcud olan nömrələrə uyğun olmaması.
15.Təmirə gələn nəqliyyat və xüsusi texnikaların təmir kitabında qeydiyyata alınmaması, qüsur və quraşdırma aktlarının tərtib edilməməsi.
16.Bir sıra mühəndis və fəhlələrin vəzifələrinə təyin olunması barəsində əmrlərin olmasına baxmayaraq, elektron müqavilələrin olmaması.
17.Ehtiyyat hissələri və bütün növ yağların qaima-faktura ilə verilməsi əvəzinə müvəqqəti buraxılış vərəqəsi ilə verilməsi. Qaima-faktura isə 2 aydan sonra təqdim olunması.

Burada xüsusilə qeyd olunası məqam nəqliyyat vasitələrinə ayrılan yanacağın sənədləşdirilməsində aparılan maxinasiyalardır. Nəqliyyat və Xüsusi Texnika İdarəsində texnikalara iş qrafikindən asılı olmayaraq artıq yanacaq yazılır ki, bunların da ciddi yoxlamalara ehtiyacı var.

Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”  hələ ötən il yaydığımız bu məlumatları,təmirə dayanan nəqliyyat və xüsusi texnikalarının üzərindən qismən yararlı ehtiyyat hissələrinin qanunsuz  çıxarılaraq digər nəqliyyat vasitələrinə quraşdırılması, uzun müddət təmirə dayanan nəqliyyat və xüsusi texnikaların ehtiyyat hissələri talan edilməsi, silinməyə gedən nəqliyyat və xüsusi texnikaların talan edilməsi, müxtəlif ehtiiyat hissələri satan şirkətlərlə bağlanan müqavilələrdə nəzərdə tutulmayan ehtiyyat hissələri digər (daha bahalı) ehtiyyat hissələri ilə əvəz edilməsi faktlarını təkzib etməmişdi.

Qeyd edək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Tahir Xəlilovdur. O, bu vəzifəyə İdarə Heyətinin sədri olmuş Köçərli Həsənovun vəfat etməsindən sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə ötən ilin noyabrında təyin edilib. Daha əvvəl Kürdəmir və Şəmkir rayonlarının Su Meliorasiya Sistemlərinin İstismarı İdarələrinin rəisi vəzifəsində çalışıb. Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun yaxın adamlarından hesab olunur.

 

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Ərdoğan: Türkiyə Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin davamının gəlməsini arzulayır
Next: Qəbələdə Zirvə Görüşü başladı: Prezident çıxış etdi

OXŞAR MÖVZULAR

adil-qobustan

Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir?

admin 13/05/2026
meyveli-ebulf

Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı

admin 12/05/2026
omd-aynur

Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb

admin 08/05/2026

XƏBƏR LENTİ

  • Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -RÜSVAYÇILIQ 13/05/2026
  • Qobustanın Qaracüzlü kəndində yaradılacaq aqroparkın aqibəti necə oldu – İcra başçısı bilmir, bəs kim bilir? 13/05/2026
  • Bakı, Astana və Daşkənd “UEW 2026” çərçivəsində “yaşıl enerji” dəhlizinin inkişafını müzakirə edib 13/05/2026
  • İsrail ABŞ və İran arasında “əlverişsiz razılaşma” əldə ediləcəyindən narahatdır 13/05/2026
  • Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq 13/05/2026
  • İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub 12/05/2026
  • Azərbaycanda yayılan yeni virusla bağlı vacib açıqlama 12/05/2026
  • Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək 12/05/2026
  • Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş… 12/05/2026
  • Alovlanan “Bakı Logistika Mərkəzi” kimə məxsusdur? – “Meyvəli” detalı 12/05/2026
  • Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib 12/05/2026
  • Tramp “məyus və qəzəblidir”: Savaş bərpa olunur? – İran ABŞ-yə seçim yeri qoymur 12/05/2026
  • Babək Babayevə qanun işləmir? – VİDEO 12/05/2026
  • Azərbaycanda “e-Su” tətbiqi fəaliyyətini dayandırır 12/05/2026
  • Qrantla susdurulan həqiqətlər! -“Heydər Əliyevin Şuşa sevgisi” adı altında mənimsəmə faktı niyə araşdırılmadı? 12/05/2026
  • Bu ölkə Ermənistanı daim silahlandıracaq 12/05/2026
  • Rusiya Azərbaycanın təklifini dəstəklədi 12/05/2026
  • Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb 12/05/2026
  • Fransanın Cənubi Qafqazda neokolonializm planı – Ermənistan üçün hansı risk vəd edir? 12/05/2026
  • Ermənistan üçün “ikinci Rusiya” bu ölkə olacaq – Bakı ifşa etdi 12/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

flik-hansi

“Barselona”dan Flik qərarı

admin 12/05/2026
olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.