Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 21
  • AİB Azərbaycandan su təsərrüfatı ilə bağlı 7 layihənin dəstəklənməsi üçün müraciət alıb

AİB Azərbaycandan su təsərrüfatı ilə bağlı 7 layihənin dəstəklənməsi üçün müraciət alıb

admin 21/10/2025
norio_saito

 

Asiya İnkişaf Bankı (AİB) Azərbaycandan su təsərrüfatı sektorunda yeddi layihənin dəstəklənməsi ilə bağlı müraciət alıb.

Bunu AİB-in Cənubi Asiya departamentinin Şəhərsalma və Su ehtiyatları bölməsinin direktoru Norio Sayto verdiyi özəl müsahibədə deyib.

“Azərbaycanın Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, həmçinin Dövlət Su Ehtiyatları Agentliyi ilə məhsuldar müzakirələr aparıldı. Biz yeddi layihə üzrə dəstək üçün müraciət aldıq. Söhbət su ehtiyatlarının idarə edilməsinin gücləndirilməsi və səmərəliliyinin artırılmasından, məsələn, mövcud su təmizləyici qurğuların yenidən qurulması və ya mövcud su kəmərlərinin modernləşdirilməsi ilə sistemlərin effektivliyinin artırılmasından gedir”,- deyə o bildirib.

Sayto iki ay əvvəl Asiya İnkişaf Bankı (AİB) komandasının ekspress-sahə tədqiqatı apararaq bu layihələrin aktuallığını qiymətləndirdiyini xatırladıb.

“Mən hesab edirəm ki, yeddi layihənin hər biri həqiqətən də vacib və aktualdır. Hazırda biz hökumətin yekun qərarını gözləyirik – bu yeddi layihədən hansıların AİB dəstəyi ilə həyata keçirilməsini istədiyini biləcəyik. Düşünürəm, hökumət həmçinin digər tərəfdaşlara da müraciət edib. Hazırda onlar bu layihələrin hansı hissəsinin AİB tərəfindən maliyyələşdirilməli olduğunu nəzərdən keçirirlər. Dəqiq siqnal aldıqdan sonra komandamız daha ətraflı diaqnostika aparacaq, çox güman, layihələrin smeta dəyərini yeniləyəcək və həyata keçiriləcək tədbirlər üzrə “yol xəritəsi”nin razılaşdırılmasını təmin edəcək”, – deyə o bildirib.

AİB nümayəndəsi bu sahədə Azərbaycana mümkün dəstəyin üç əsas istiqamətini də qeyd edib.

“Birinci aspekt – səmərəlilikdir. Bu, Cənubi Asiya üçün problematik sayılsa da, mən bildiyimə görə, elə Azərbaycan üçün də aktualdır. Su təchizatı sisteminin təkmilləşdirilməsi dayanıqlığı artıracaq. İkinci aspekt – inklüzivlikdir. Cənubi Asiyada və AİB-in fəaliyyət göstərdiyi digər Asiya regionlarında biz su təchizatı və kanalizasiya sistemlərinə fərdi təsərrüfat səviyyəsində qoşulmanı təmin edirik ki, hər kəs bu sistemdən istifadə edə bilsin. Bu, xüsusilə ictimai sağlamlıq baxımından çox vacibdir. Biz istəyirik ki, bütün vətəndaşlara inklüziv və təhlükəsiz idarə olunan su təchizatı və sanitar xidmətlər göstərilsin”, – deyə o əlavə edib.

Saito qeyd edib ki, üçüncü aspekt dayanıqlılıqla bağlıdır.

“Dünyanın bir çox şəhərləri hazırda, məsələn, daşqın kimi problemlərlə üzləşir. Amma əslində yağış və sel suları mühüm su ehtiyatıdır. Bəzi ölkələrdə biz yeraltı suların bərpası tədbirlərini dəstəkləyirik ki, yağış suları yeraltı su təbəqələrində və ya xüsusi anbarlarda toplanaraq sonradan zərurət yarandıqda istifadə olunsun. Bu yanaşmalardan bəziləri Azərbaycanda da tətbiq edilə bilər”, – deyə o əlavə edib.

Hökumət və yerli hakimiyyət orqanları ilə tərəfdaşlıq vasitəsilə dayanıqlı şəhər inkişafının təmin olunması

Sayto qeyd edib ki, dövlət sektoru ilə iş zamanı Asiya İnkişaf Bankının (AİB) əsas tərəfdaşı milli hökumətdir.

“Lakin şəhər infrastrukturu ilə bağlı bir çox məsələlər yerli hakimiyyət orqanlarının və ya bələdiyyələrin əsas rolunu tələb edir. Onlar layihənin icraçısı qismində çıxış edə bilərlər. Artıq planlaşdırma mərhələsində biz yerli hakimiyyətləri layihənin həyata keçirilməsi üçün lokomotiv kimi cəlb edirik. Bəzi ölkələrdə layihələr nazirliklər səviyyəsində həyata keçirilsə də, aktivlər tez-tez yerli hakimiyyət orqanlarına və ya bələdiyyələrə verilir. Belə hallarda vətəndaşlara uzunmüddətli və dayanıqlı xidmət göstərilməsi üçün onların potensialının gücləndirilməsi son dərəcə vacibdir”.

AİB nümayəndəsinin sözlərinə görə, digər vacib aspekt maraqlı tərəflərin cəlb olunmasıdır. Bu təkcə yerli hakimiyyətlər deyil, əhalini də əhatə edir.

“AİB layihənin hazırlanması mərhələsində yerli iştirakçılarla qarşılıqlı əlaqə proseslərini tətbiq edir ki, əhali layihə haqqında məlumatlı olsun və layihənin necə hazırlanmalı və həyata keçirilməli olduğu barədə öz fikirlərini bildirə bilsin. Bu fikirlər layihənin hazırlanması zamanı nəzərə alınır”, – deyə o izah edib.

Şəhərlərdə su ehtiyatlarının dayanıqlı idarə olunması üçün əsas strategiyalar

“Su ehtiyatlarına bütünlüklə baxmaq lazımdır – mənbədən dənizə qədər: su haradan gəlir, necə istifadə olunur və necə təhlükəsiz şəkildə utilizasiya olunur və ya təmizlənir. Bir çox ölkələrdə, o cümlədən Azərbaycanda, su ehtiyatlarının 80%-dən çoxu kənd təsərrüfatında istifadə olunur. Lakin bu sektor çox zaman qeyri-səmərəli fəaliyyət göstərir. Bu problemin həlli, eləcə də kənd təsərrüfatı və suvarma sistemlərinin effektivliyinin artırılması olduqca vacibdir.”

Sayto bildirib ki, AİB şəhər səviyyəsində suyun istifadəsinin səmərəliliyini də qiymətləndirir.

“Geri qaytarılmayan suyun (non-revenue water – yəni itirilən, amma gəlir gətirməyən suyun) azaldılması mühüm rol oynayır. Bundan əlavə, suyun nə dərəcədə effektiv və qənaətlə istifadə olunması da önəmlidir”, – deyə o əlavə edib.

O vurğulayıb ki, daha bir vacib məsələ suyun təmizlənməsidir:

“Çirkab sular mütləq təmizlənməlidir. Amma su ehtiyatları getdikcə məhdudlaşdığına görə, təmizlənmiş və ya çirkab suların yenidən istifadəsi məsələsi də nəzərdən keçirilməlidir — bu, sənayedə, kənd təsərrüfatında, hətta içməli su kimi də istifadə oluna bilər.”

İqlim dəyişikliyinə uyğunlaşmanın şəhər inkişafı layihələrinə inteqrasiyası

Sayto qeyd edib ki, AİB layihələrin ilkin hazırlıq mərhələsində iqlim riskləri və həssaslıq dəyərləndirməsini aparır.

“Bu qiymətləndirmə həssas sahələri müəyyən etməyə və onların necə aradan qaldırıla biləcəyini anlamağa imkan verir. Bu, məsələn, drenaj sistemi və ya həssaslıq yaradan digər amillər ola bilər. Sonra isə layihə sənədlərində bu məqamlar nəzərə alınır ki, şəhər və layihə bir sistem kimi öz dayanıqlılığını əhəmiyyətli dərəcədə artıra bilsin”, – deyə o izah edib./trend.az

PAYLAŞIN:

Continue Reading

Previous: Taksi sürücüləri üçün olan imtahanla bağlı hansı dəyişikliklər olacaq?
Next: Dabaq xəstəliyi alıcıları qorxuya saldı – bazarda vəziyyət ürəkaçan deyil – VİDEO

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.