Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 21
  • “Azərkosmos” 10 milyon dollarlıq biznes portfeli formalaşdırıb – Fuad Aslanov

“Azərkosmos” 10 milyon dollarlıq biznes portfeli formalaşdırıb – Fuad Aslanov

admin 21/10/2025
fuad_aslanov_3

 

2024-cü ildə – peykimizin buraxılmasından 10 il sonra – “Azərkosmos” 10 milyon dollarlıq biznes portfeli formalaşdırmağa nail olub. Bu, son on ilin ən böyük nailiyyətlərindən biridir.

Bunu Azərbaycan Respublikasının Kosmik Agentliyinin “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirində agentliyin idarə heyəti sədrinin müavini Fuad Aslanov deyib.

O bildirib ki, 2022-ci ildə yaradılan “Coğrafi İnformasiya Sistemləri Mərkəzi” vasitəsilə 100-dən çox kommersiya layihəsi icra olunub: “Son 10 ildə biz yalnız coğrafi məlumatların toplanması ilə kifayətlənmədik, eyni zamanda rəqəmsal həllər üzərində də çalışdıq. Hazırda bir neçə rəqəmsal həllimiz istifadəyə tam hazır vəziyyətdədir”.

F. Aslanov onlardan bəziləri haqqında məlumat verib: “Birinci, “FarmUp”dır. Adından da göründüyü kimi, kənd təsərrüfatında əkin sahələrinin müəyyənləşdirilməsi, məhsuldarlığın ölçülməsi və proqnozların verilməsi üçün mühüm bir platformadır. Gələcəkdə bu platformanın kənd təsərrüfatı təyinatlı torpaqların sığortalanması və daha səmərəli istifadəsinə böyük töhfə verəcəyinə inanırıq.

İkinci platforma “Plat­terra”dır. Süni intellektə əsaslanır və bizə su hövzələrini, əkin və meşə sahələrini dəqiq müəyyənləşdirməyə, bu məlumatlar əsasında analiz və təhlillər aparmağa imkan yaradır.

Üçüncü, “WebGis” platforması həm coğrafi məkan məlumatlarının, həm də istifadəçilərin öz analiz və təhlillərinin əlavə olunması ilə optimal qərarların qəbuluna şərait yaradır. Hazırda bu platformaya böyük tələbat müşahidə edirik”.

F. Aslanov həmçinin, İqlim Hesabatı sistemindən danışıb: “Bu da süni intellektə əsaslanan bir həldir və həm təbii, həm antropogen (insan fəaliyyəti ilə bağlı) təsirlər nəticəsində baş verən iqlim dəyişikliklərini müşahidə etməyə imkan verir. Bu sistem dövlət və beynəlxalq qurumlar üçün baş verən prosesləri daha dərindən anlamaq və onların kök səbəblərini müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır”.

“Peyk texnologiyaları təkcə məlumat, analitika və strateji qərarvermə üçün vasitə deyil. Bu, həm də yeni, çevik və innovativ əməkdaşlıqlara aparan bir yoldur. Biz bu yolda hər kəsi əməkdaşlığa dəvət edirik və inanırıq ki, birlikdə qarşıda duran bir çox problemi həll edə, yeni məhsullar və yanaşmalar təqdim edə biləcəyik”, – deyə o qeyd edib.

PAYLAŞIN:

Continue Reading

Previous: 2026-cı il dövlət büdcəsinin gəlir və xərcləri artır – İqtisadi səbəb nədir?
Next: İşləməyənlər icbari tibbi sığortadan – Ödənişli istifadə edə bilər

OXŞAR MÖVZULAR

seferberlik (1)

Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib

admin 24/04/2026
gemi-şuşa

Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb

admin 24/04/2026
toy-şe

Azərbaycanda toylarla bağlı qadağalar gəlir?

admin 23/04/2026

XƏBƏR LENTİ

  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026
  • Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib 23/04/2026
  • Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb 23/04/2026
  • Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib 23/04/2026
  • Azərbaycanda pul xərcləyən turistlər hara yoxa çıxıb? – Xaricə səfər ikiqat bahalaşıb 23/04/2026
  • Revanşist ritorika və geosiyasi reallıqlar: Qars müqaviləsi yenilənə bilərmi? 23/04/2026
  • Banklar kredit şərtlərini hansı hallarda yumşalda bilərlər? – Ekspertdən AÇIQLAMA 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.