Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 27
  • PKK Türkiyədən tamamilə çıxdı – Ankara üçün YENİ DÖVR

PKK Türkiyədən tamamilə çıxdı – Ankara üçün YENİ DÖVR

admin 27/10/2025
pkk-no

 

PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb. Belə ki, qurum Abdulla Öcalanın çağırışı ilə 12-ci toplantıda qəbul edilən qərarlara müvafiq olaraq yeni addım atıb. Bununla da terror təşkilatı Türkiyədən tamamilə çıxdığını elan edib. Təşkilat həmçinin Türkiyə ilə sərhədyanı əraziləri də tərk edəcəyini bildirib.

Bəs, uzun illər Rəsmi Ankaraya itkilər yaşadan, hətta inkişafını axsadan terror qruplaşmasının tərksilah edilməsi Türkiyə üçün hansı perspektivlər vəd edir?

PKK-nın Türkiyə ərazisindən tamamilə çıxdığını elan etməsi regionda yeni siyasi və təhlükəsizlik reallıqlarının formalaşa biləcəyini göstərir. Bu addım həqiqətən də praktiki olaraq təsdiqini taparsa, Türkiyə üçün həm daxili sabitlik, həm də iqtisadi və sosial inkişaf baxımından tarixi dönüş nöqtəsi ola bilər. Çünki Ankara uzun illərdir bu təşkilatla amansız mübarizə aparırdı. Terrorçular on minlərlə insanın həyatına son qoymuş, insan oğurluğu adi hala çevrilmiş, xüsusilə terrorçuların aktiv olduğu bölgələrin inkişaf tempinə təsir göstərmişdi. Bu səbəbdən PKK-nın məhv edilməsi təkcə təhlükəsizlik məsələsi deyil, həm də sosial və iqtisadi inkişaf üçün yeni fürsət deməkdir.

“KÜRD PROBLEMİ”

PKK-nın qərarı eyni zamanda, Türkiyədə illərlə davam edən “Kürd problemi” məsələsinin silahlı müstəvidən siyasi və dialoq müstəvisinə keçidi üçün də zəmin rolunu oynayır. Bu isə Ankara üçün həm daxildə, həm də beynəlxalq arenada həm demokratik imicini gücləndirmək, həm də ölkəni sosial, siyasi, iqtisadi baxımdan daha da irəli aparmaq üçün mühüm addımdır. Bununla belə, ehtiyatlı yanaşma da zəruridir. Çünki PKK müxtəlif zamanlarda buna oxşar bəyanatlar səsləndirsə də, sonradan bu qərarlar reallığa çevrilməyib. Yəni heç bir halda terrorçulara etibar etmək olmaz. Bu baxımdan, Türkiyə hökumətinin prosesi diqqətlə izləyəcəyi, terrorla mübarizədən tam imtina etmədən diplomatik və sosial həll mexanizmlərini paralel şəkildə idarə edəcəyi şübhə doğurmur.

REGİONAL SİYASƏTƏ TƏSİRLƏR

Regional kontekstdə bu qərar Ankaranın İraq və Suriya siyasətinə də təsir göstərə bilər. PKK-nın Türkiyədən çıxması onun əsas qüvvələrinin həmin ölkələrlə sərhədyanı ərazilərə yönəlməsi ehtimalını gücləndirir ki, bu da yeni təhlükəsizlik balansını gündəmə gətirə bilər. Lakin PKK-nın Türkiyə ilə sərhədyanı ərazilərdən də çəkiləcəyini bəyan etməsi, təşkilatın Türkiyənin sözügedən ölkələrlə sərhədlərindən də gedəcəyini, bunun isə təhlükəsizliklik baxımından mühüm amil olduğunu gündəmə gətirir.

TERRORÇULARI HANSI CƏZA GÖZLƏYİR?

Türkiyə qanunvericiliyinə görə terror fəaliyyəti ağır dövlət cinayəti sayılır və bu fəaliyyətdə iştirak edənlərə verilən hökm ləğv edilə bilməz. Belə ki, Türkiyədə Konstitusiya terrorizmlə mübarizədə əsas hüquqi çərçivəni müəyyən edir: bu çərçivə terror cinayətlərini və onların cəzalarını müəyyən edən xüsusi qanunları (xüsusilə 3713 saylı Terrorla Mübarizə Qanunu) və Konstitusiyanın ilk 3 maddəsinin dəyişdirilməsini qadağan edən müddəanı əhatə edir. Terror cinayəti kimi qiymətləndirilən əməllər və bu əməllərə görə tətbiq olunan cəzalar terror təşkilatının təbliğatını aparmaq, terror təşkilatına üzv olmaq kimi cinayətləri əhatə edir və bunlar üçün müxtəlif həbs cəzaları nəzərdə tutulur. Beləliklə, Konstitusiyanın ilk 3 maddəsi (dövlətin forması, respublikanın xüsusiyyətləri və ölkə ilə millətin bölünməzliyi) dəyişdirilə bilməz və bu, konstitusion təminat altındadır. Lakin PKK-nın bu addımı siyasi prosesin başlanğıcı kimi qəbul olunsa, hökumət sülh və milli barışıq çərçivəsində məhdud amnistiya mexanizmini müzakirəyə çıxara bilər. Bu isə ancaq əli qana batmamış, yəni birbaşa terror aktında iştirak etməmiş şəxslərə aid ola bilər.

CƏMİYYƏTİN REAKSİYASI

Türkiyə ictimaiyyəti üçün bu məsələ son dərəcə həssasdır. On minlərlə ailə terrorun qurbanı olub. Bu səbəbdən hökumətin amnistiya qərarında ictimai rəyi nəzərə alacağı sirr deyil. Çünki hər hansı güzəşt PKK-nın tam tərksilahı, xarici qüvvələrlə əlaqələrinin kəsilməsi və dövlətə təhlükə yaratmayacağına dair əminlik kimi şərtlərlə mümkündür. Yəni terrorçular fəaliyyətini dayandırıb deyə, onların dərhal azadlığa çıxması gözlənilmir. Bununla yanaşı, terror təşkilatının tərksilah edilməsi ilə Türkiyənin daha da inkişafı da şübhəsizdir./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: Ermənistanla həll edilməmiş iki məsələ var: Bakı ilk jestini etdi
Next: Natiq Cavadov Texnologiya Universitetində kafedra müdiridir, yoxsa kafe

OXŞAR MÖVZULAR

hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026
2026-04-11-18-28-36XltjKNm8LhIHWHQAAgo4_file

İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir

admin 20/04/2026

XƏBƏR LENTİ

  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026
  • Bazarlar tarixə dönür – Yeni dövrə keçid, yoxsa daha çox əlçatanlıq? 20/04/2026
  • Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər – Yalnız bu halda 20/04/2026
  • Bunu etsəniz, daha az vergi ödəyərsiniz – Biznesi olanlar diqqət! 20/04/2026
  • İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.