Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 28
  • Eldar Əzizov tapşırdı, İntiqam Məmmədov isə tanınmış aktyorun başına oyun açdı

Eldar Əzizov tapşırdı, İntiqam Məmmədov isə tanınmış aktyorun başına oyun açdı

admin 28/10/2025
eldar-intiqam
Tanınmış aktyor Riyad Sultanov dələduzluqla qarşılaşıb.

Aktyor bildirib ki, hər şey 2022-ci il sentyabr ayının 14-də başlayıb, lakin akyor bu günə qədər susqunluğunu pozmayıb. Bunun da səbəbi var imiş:
“Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova onun dostu vasitəsilə müraciət etdim. Məni 1 ya 2 gün sonra başladılar axtarmağa, zəng vurmağa. Köməkçisi Ayaz İmaməliyev dedi ki, “gəl BŞİH-də yanıma, sənə başçının tapşırığı ilə zəng edirəm”. Getdim, görüşdük… Dedi, ətraflı danış nə istəyirsən? Dedim, özünüz salam verən kimi dediz mənə ki, tanıdınız məni, bəli, mən incəsənət adamıyam. Amma səhhətimdə, tam dəqiq desəm ürəyimdə ciddi problemlər yarandığına görə (məndə iki ürək klapanı işləmir) həkimlər mənə gücə düşmək, həyəcan, yorulmaqdan qəti uzaq olmağı tapşırıblar.

Mən də ailə sahibiyəm, yoldaşım evdardır, yəni mən işləməsəm biz acından ölərik. Aldığım pensiya da bizə qış-payız aylarında kommunal ödənişlərə ancaq çatacaq. Yol qırağı olan o yaşıl köşklər bilirəm ki, sizin, yəni İH balansındadır və necə ki, siz onları ona-buna icarəyə verirsiz, birini də mənə verin. Soruşdu “niyə məhz köşk?”. Dedim ki, fiziki gücüm yoxdur hardasa tikintidə daş daşıyım, palçıq qarışdırım. Maşınım və sürücülük vəsiqəm də yoxdur ki, taksi kimi fəaliyyət göstərim. Ofisiant və marketdə satıcı belə işləyə bilmərəm, çünki, boy cəhətdən o kriteriyalara uyğun deyiləm. Amma o köşklərdə hər şey boyuma uyğundur, əlim çatandı. Ayaz İmaməliyev dəhşət fikirə getdi, öz köməkçisinə tapşırdı ki, məni yola salsın. Sağollaşdıq, mənə ürək-dirək verdi, əmin edib, xoş sözlərlə yola saldı. Binadan çıxan kimi köməkçisi mənə bir taksi tutdu, pulunu da ödədi və məni taksi gətirdi bir naməlum məhəlləyə. Sən demə həmin məhəllədə, binanın altında Ticarət və Xidmət deportamenti yerləşir. Kabinetdə birbaşa direktorla görüşdük. Ona dedim necə və nə səbəblə gəldim çıxdım yanına? Adamla danışan zaman bəlli idi ki, bunun üçün həyatda ən önəmli şəxsi maraqlar və maddiyatdır. Məni dinləyəndən sonra dedi ki, “hal hazırda bizdə indi boş, sənə verəsi köşkümüz yoxdur”. Halbuki elə orda da yalan dedi, Əhmədlidə o ərəfələrdə uzun müddət bir dənə bağlı köşk dayanırdı. Deyir, “səni başçı tapşırdığı üçün, biz kimisə yerindən qaldırıb” deyən kimi, dedim-Stop! Mən heç vaxt kiminsə çörəyinə bais olmaram. Amma deyir, “sənə çox gözəl təklifim var. Vəsaitin varsa, sənə ölçüləri deyəcəm, tap bir şirkət, ya adı dəmirçi usta, sifariş ver, day səni bu boyda başçı tapşırıb, sənin üçün köşkü sənədləşdirərik, olacaq şəxsi mülkün və bir şəhərin mərkəzindən başqa, bir də Ağ Şəhərdən başqa, hara barmağını uzadsan, sənə onu orada qoyarıq. Verdi mənə öz nömrəsin, dedi, “nə zaman hazır oldun, mənə zəng vur” deyə aktyor bildirib.
Riyad Sultanov deyir ki, köşkün xərclərini qarşılamaq üçün bankdan pul götürür. Bütün hadisələr də bundan sonra başlayır. Ağlına gəlməyən başına gəlir:
“Mən sentyabr ayından düz mart ayına kimi başladım pul məsələsini həll etməyə. Bir hissəsini pul şəklində ən yaxın dostum kömək elədi və çatmadığı məbləğ 6.400 azn bankdan kredit aldım. Mən pensiyanı həmin bankdan alıram deyə, bu məbləğı mənə verə bildilər. Həmin bu adam, Deportamentin direktoru İntiqam Məmmədov öz sözünə sahib çıxmadı. Köşkün ölçülərini desə də, nə sənəd, heç tualet kağızını belə verməyə boyun qaçırdıb. Məni 3 il doladı barmağında, saldırdı məni şəhərin canına, harda yer tapırdım, şəkil və video çəkib atırdım ona. Bəlkə 30-34 yer, hər dəfə bir mız qoyurdu. Sonda Suraxanıda yol kənarında səhra tapdım, arxası dərə idi. (ora kərpiç zavod adlanır). Ora nə əcəbsə “hə” cəvabını verdilər. Və 2023 ildə dekabr ayının 8-də gətirib köşkü ora yerləşdirdik. Sabahı, yanı dekabr ayının 9-u axşam saatlarında, getdim ora ki, sadəcə köşkümü görüm, gözüm sevinsin, gəldik ora, gördük köşk yerində yoxdur. Ətrafdakılardan soruşanda, dedilər ki, “sizin köşk qoyduğunuz yerin arxasında o dərənin içindədir”. Qaça-qaça gəldim çatdım dərəyə, yuxarıdan gördüm öz köşkümü tamamilə yararsız bir vəziyyətdə. Mən az qala ağlayaraq, zəng vurdum bu İntiqam Məmmədova, başıma gələni danışdım və bildirdim ki, onunla danışıb bitirəndən sonra, dərhal 102 və Prokurorluğa xəbər verəcəm, çünki bu məsələ cinayət xarakteri daşıyır, adı da şəxsi mülkə zərər vurmaqdı. Məndan xahiş etdi ki, eləməyim. Soruşanda ki, “yaxşı bəs mənə dəyən ziyanı kim ödəyəcək?, söz verdi ki, bu gün şənbə günü, sabah bazar günüdür, birinci günə kimi döz, kim onu ora atıb, o da sənə dəyən ziyanı ödəyəcək. Söz verdi amma bir daha da yalançı çıxdı. Mənim tələblərimdən sonra ancaq öz hesablarına kran maşını çağırdılar, yararsız əzilmiş köşkü ordan çıxartdılar və bir az o yerdən aralıqda bir yeni yer verdilər. O yerə də mən traktor çağırdım, 140 manat ödədim ki, zir zibil, ot, daş, qaya taxtanı təmizləsin və yeri düzəltsin. Və bu güya ayırdığı yerə də 3 gündən sonra Emin adlı bir qardaş məni tapır, zəng edir və bildirir ki, yer onundur. Mən yiyəsi olan yerə köşkü qoydum. Artıq mən bu işdə həm tükəndim, həm bezdim, həm yoruldum. Emindən dönə-dönə xahiş etdim ki, qardaş, səni and verirəm Allaha, üstümə gəlmə, məni tələsdirmə ordan onu yığışdırım, amma əmin ol ki, əgər bu yer sənindir və sən orda lap küncün hissəsində belə mənə yer ayırmaq niyyətində deyilsənsə, əmin ol ki, mən o köşkü orada işlətmərəm. Mənə həm maddi, həm mənəvi ziyan vurulub. Təkcə banka hər ay mən 2029 cu ilin 11 ayına kimi 200 manatdan çox kredit ödəməliyəm. Gündəmdə olan Ramiz Mehdiyevin saysız-hesabsız əmlakların oxuyanda, gözüm kəlləmə çıxdı, təkcə Nərimanov rayonunda ona məxsus 30 ədəd ticarət köşkü qeyd olunmuşdu. Ümumi siyahıda təqribən 2 milyardlıq əmlakdan əlavə bu 30 köşkündə sahibi imiş. Ancaq mən anadangəlmə əlil, zəlil, d ilk dəfədir bir köşk istədim, başımı aldadıb, pulumu xərclədilər. Bank borcuna, əl borcuna saldılar və sonda köşkümü atdılar dərənin içinə” deyə aktyor bildirib.
Yazıda adları qeyd olunan vəzifəli şəxslərin və aidiyyatı orqanların açıqlamalarını da yayımlamağa hazırıq. Ümid edirik ki, aktyorun problemi qısa zaman ərzində həllini tapar.(moderator.az)


PAYLAŞIN:

Continue Reading

Previous: Prezident İlham Əliyev Türkiyə Prezdentini təbrik edib
Next: Dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayan şəxslər saxlanılıb – VİDEO

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.