Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 31
  • Kreml Pokrovskda 5-6 saatlıq atəşkəs təklif edir – Müdafiə Nazirliyi bəyanat yaydı, Ukrayna etiraz etdi

Kreml Pokrovskda 5-6 saatlıq atəşkəs təklif edir – Müdafiə Nazirliyi bəyanat yaydı, Ukrayna etiraz etdi

admin 31/10/2025
pokr-ukr

 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Vladimir Putin orduya xarici jurnalistlərin Pokrovsk, Mirnoqrad və Kupyanska keçidini təmin etməyi əmr edib.

Rusiya MN döyüşləri “beş-altı saat” dayandırmağa və Ukrayna Silahlı Qüvvələrinin “mühasirə zonalarını” görə bilmələri üçün xarici, həmçinin Ukrayna media nümayəndələrinin “maneəsiz” keçidinə icazə verməyə hazır olduğunu bildirib. Nazirlik həmçinin həm jurnalistlər, həm də Rusiya hərbçiləri üçün “təhlükəsizlik zəmanətləri” tələb edib.

Rusiyanın Krasnoarmeysk və Dimitrov adlandırdığı Pokrovsk və Mirnoqrad Donetsk vilayətində, Kupyansk isə Xarkov vilayətində yerləşir. Putin rus hərbçilərilə görüşündə guya Ukrayna Silahlı Qüvvələrinin “mühasirəyə düşdüyü” bu şəhərlərdə hərbi əməliyyatların müvəqqəti dayandırılmasını təklif edib. O qeyd edib ki, fasilə zamanı xarici jurnalistlər şəhərlərə daxil ola, “nə baş verdiyini görə, Ukrayna hərbçiləri ilə danışa və sonra gedə bilərlər”. Putin həmçinin bu zaman Kiyevin “təxribatları” ehtimalından narahat olduğunu qeyd edib.

Ukrayna Xarici İşlər Nazirliyi isə Putinin döyüş zonasında “dəhlizlər” təkliflərinə etibar etməməyi məsləhət görüb. “Putinin yeganə məqsədi müharibəni uzatmaqdır və o, heç vaxt atəşkəs vədlərini yerinə yetirməyib. Ona cinayətlərinə jurnalistlərə qarşı təxribatlarla haqq qazandırmasına kömək etməyin”, – nazirliyin sözçüsü Georgi Tixi bildirib.

O, həmçinin xatırladıb ki, Ukraynanın icazəsi olmadan işğal olunmuş əraziyə hər hansı bir səfər Ukrayna qanunlarının və beynəlxalq hüququn pozulmasıdır: “Bunların uzunmüddətli hüquqi nəticələri olacaq. Biz bunu yaxından izləyirik”.

Qeyd edək ki, oktyabrın 26-da Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Putinə Rusiya ordusunun Pokrovsk sektorunda 5500 və Kupyansk sektorunda 5000-ə qədər Ukrayna əsgərini mühasirəyə aldığını bildirib. Lakin Rusiyanın öz hərbi “Z-müxbirləri” bunun yalan olduğunu bildirirlər. Onların sözlərinə görə, Rusiya qoşunlarının irəliləyən “çıxıntıları” arasındakı məsafələr bir neçə kilometrə çatır və buna mühasirə demək olmaz. Ukrayna Silahlı Qüvvələrinin təchizatı isə davam edir.

Amerika Müharibə Araşdırmaları İnstitutu (ISW) da Gerasimovun iddialarını təsdiqləyən etibarlı məlumat tapmadığını bəyan edib.

Hərbi ekspert Kirill Mixaylov “Novaya Gazeta Europa”ya deyib ki, Pokrovsk və Mirnoqrad ilə rabitə, logistika dəhlizi üzərində Rusiya pilotsuz təyyarələrinin atəş nəzarəti səbəbindən çətinləşir, lakin qoşunların tam mühasirəyə alınması ehtimalı yoxdur.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Pokrovsk və ətraf əraziləri mühasirəyə almaq üçün təxminən 11.000 yeni əsgər cəlb etdiyini bildirib. Qoşunların hərəkətini izləyən Ukraynanın “DeepState” layihəsi düşmənin “artıq yüzlərlə piyada əsgərini şəhərə gizlicə gətirməyi bacardığını və daha dərinə doğru irəliləməyə davam etdiyini, təxribat və kəşfiyyat fəaliyyətlərini genişləndirdiyini və həmçinin Mirnoqrad istiqamətində logistikanı pozmağı bacardığını” bildirib. Ancaq bu, hər hansı bir mühasirə, yaxud cəbhənin yarılması anlamına gəlmir.

Rusiya artıq 14 aydır ki, kiçik Pokrovsku ələ keçirməyə çalışır. 2024-cü ilin avqust-sentyabr aylarında onun qüvvələri şəhərin 8-10 kilometrliyinə qədər irəliləyib, bundan sonra hücum dayanıb. Lakin bu ilin avqust ayında Putinin Donald Trampla zirvə görüşündən sonra Kreml Pokrovsk istiqamətində səylərini daha da artıraraq, cəbhədə uğur görüntüsü yaratmağa çalışır. Ancaq hətta Pokrovskun yaxın zamanda tam işğal edilməsi belə, mütəxəssislərin də dediyi kimi, böyük hərbi qələbə sayıla bilməz. Ən azından ona görə ki, təkcə Donetsk vilayətinin Ukraynanın əlindəki ərazisində hələ Pokrovskdan dəfələrlə güclü müdafiə istehkamları olan Slavyansk, Kramatorsk, Konstsntinovka kimi bir neçə böyük şəhəri var. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Ölən analar və uşaqlar, külli miqdarda vergi borcu… – Mehdiyevlər ailəsinə məxsus klinika ilə bağlı ŞOK FAKTLAR
Next: Bazar qaydalarını pozan şirkətlərə yeni cəzalar təbiq olunacaq

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.