Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 31
  • Ölən analar və uşaqlar, külli miqdarda vergi borcu… – Mehdiyevlər ailəsinə məxsus klinika ilə bağlı ŞOK FAKTLAR

Ölən analar və uşaqlar, külli miqdarda vergi borcu… – Mehdiyevlər ailəsinə məxsus klinika ilə bağlı ŞOK FAKTLAR

admin 31/10/2025
german-hosp

 

Xəbər verildiyi kimi, Bakıda fəaliyyət göstərən və Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevə məxsus olan “German Hospital” yaxın günlərdə fəaliyyətini dayandıracaq. Məlumatlara görə, artıq bəzi həkimlər və əməkdaşlar işdən çıxarılıb, bir neçə şöbə isə faktiki olaraq xidmət göstərmir. Üstəlik, klinikanın adı son vaxtlar istintaqla əlaqədar materiallarda da hallanıb. Bu səbəbdən tezliklə klinikanın tamamilə sıradan çıxacağı gözlənilir.
Qeyd edək ki, “German Hospital”ın adı indiyə qədər müxtəlif qanunsuzluq və qalmaqallarda hallanıb.
Əməkdaşımız bununla bağlı apardığı araşdırma aparıb. Araşdırma zamanı aydın olub ki, 2010-cu illərdə yaradılan tibb mərkəzi 10 ilə yaxın müddətdə “Astoriya” adı altında fəaliyyət göstərib. Yarandığı gündən adı həkim səhlənkarlığı ilə yadda qalan klinika, xüsusən də, onun doğuş şöbəsi ilə bağlı qalmaqallar səngiməyib.
Belə ki, “Astoriya”da uzun müddət müvafiq lisenziya olmadan təbii doğuş və qeysəriyyə əməliyyatları həyata keçirilib. Bu xidmətlərin bərbad vəziyyətdə olduğu isə klinikada baş verən ana və uşaq ölümü halları ilə bağlı şikayətlərdən də bəlli olur.
Məsələn, 2015-ci ildə 29 yaşlı İlahə Musazadə “Astoriya” Tibb Mərkəzində doğuş zamanı dünyasını dəyişib. Xəstənin yaxınlarının dediyinə görə, təbii yolla baş verən doğuşu ağrısız etmək ucun xəstə anestaziya olunub. Bu zaman onun halı pisləşib və ürəyi dayanıb.
Yusif Sadiyev adlı vətəndaşın isə 2018-ci ildə həmin klinikada əkiz uşaqları dünyaya gəlib. Əvvəlcə hospitalın həkimləri doğulan uşaqların yaxşı olduğunu bildiriblər. Lakin valideynlərə heç bir analizin cavabı göstərilməyib. 3 gündən sonra isə bildiriblər ki, uşaqlardan biri ölü doğulub.
Klinikada baş verən ardıcıl ölüm hadisələrindən sonra daxil olan şikayətlər nəticəsində Səhiyyə Nazirliyinin təzyiqi ilə klinika bir il müddətinə fəaliyyətini dayandırıb. Reputasiyası korlanan “Astoriya” Tibb Mərkəzi Mehdiyevlərin kürəkəninin Gülya adlı dayısı qızı və Səttar adlı qardaşı oğlunun rəhbərliyə ilə 2020-ci ildə adını “German Hospital”a dəyişərək əsasən, ginekologiya və doğuş xidməti üzrə təkrar fəaliyyətə başlayıb. Amma bu klinikanın fəaliyyətində heç nəyə təsir etməyib, tam əksinə vəziyyət daha da pisləşib.
Bakupost.az
Belə ki, sertifikatı olmayan ginekoloq və tibb işçilərinin çalışdığı klinikada ictimai rəydə böyük əks-səda doğuran qalmaqallar davam edib. Məsələn, bir müddət əvvəl “German Hospital”da çalışan Ləman Əıiyeva adlı ginekoloqun əməliyyatı çəkib sosial şəbəkədə paylaşması ölkədə ciddi ajiotaj yaratmışdı.
2022-ci ilin aprelində isə Türkan Bayramova adlı şikayətçi yerli mətbuata bildirmişdi ki, “German Hospital”ın həkimi Zeynəb Şaqidulinanın səhlənkarlığı nəticəsində həyatı, demək olar ki, məhv olub. Belə ki, əməliyyat zamanı qadının sağlamlığına ciddi ziyan dəyib, üstəlik, o, ana olmaq imkanından məhrum olub.
Bakupost.az
Vüsal Zeynalov adlı şikayətçi isə 2023-cü ildə “German Hospital”ın qarşısında canlı yayım açaraq, həyat yoldaşının hospitalda göz görə-görə ölümə sürükləndiyini deyib.
Qeyd edək ki, 2023-cü ilin məlumatına görə, “German Hospital”da təbii doğuşun qiyməti 900 manat, qeysəriyyə isə 1200 manat olub.
“German Hospital”dakı digər şöbələrdəki yarıtmazlıq ginekologiya və ya doğum xidmətindən geri qalmayıb. Məsələn, 2023-cü ildə müğənni Roza Zərgərli sosial şəbəkə hesabında açdığı canlı yayımda klinikadan şikayət etmişdi: “Mayın 2-də məni və yaxınımı əməliyyata saldılar. Əməliyyatdan sonra məlum oldu ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan Abdullayev və klinikanın rəhbəri İlham Əliyev insan öldürənlərdir”.
Bakupost.az
Onu da qeyd edək ki, əgər əvvəllər, daha dəqiqi, “German Hospital” “Astoriya” Tibb Mərkəzi adı altında fəaliyyət göstərdiyi illərdə klinikaya Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev öz adamları vasitəsilə nəzarət edirdisə, ad dəyişdikdən sonra o, klinikanın idarəçiliyini öz üzərinə götürüb.
Araşdırma zamanı o da aydın oldu ki, klinikanın külli miqdarda vergi və kommunal borcu var. Bir neçə il qabaq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Astoriya” Tibb Mərkəzinin 60 min manatdan çox vergi borcu yaranması ilə bağlı yaydığı məlumat da bunu təsdiq edir.
Bundan başqa, ötən ilin məlumatına görə, Ramiz Mehdiyevin kürəkəninə məxsus şirkətlərin dövlətə 4 milyon manatdan çox vergi borcu olub. O, bu məbləğin bir hissəsini ödəsə də, hazırda yenə də böyük miqdarda vergi borcu qalmaqdadır.
Klinikaya yaxın şəxslərin bildirdiyinə görə, Ramiz Mehdiyev amilinə görə, uzun müddət dövlət qrumlarının nümayəndələri “German Hospital”a yaxın düşə bilməyiblər. Belə ki, İlham Əliyevin hətta klinikaya vergi borcuna görə gələn əməkdaşları döyüb klinikadan qovmaq kimi göstərişlər verdiyi bildirilir. Oxşar hadisələrin kommunal xidmət haqları tələbi ilə klinikaya müraciət edən dövlət qrumları əməkdaşlarının başına gəldiyi də bildirilir.
Qeyd edək ki, İ.Əliyevin hazırda “Qala-R.L” MTK, “NLT” MMC, “Premium Store” MMC, “Servis” Mənzil-Tikinti Kooperativi, “E&S” MMC, “Aqua Safe”, “Dry Tech”, “Aqua Safe H2O” MMC və digər adlı şirkətlərinin olduğu bildirilir.
Xatırladaq ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev 2010-2020-ci illərdə Milli Məclisin deputatı olub. O, 2020-ci ilin avqustunda, pandemiya dönəmində qadağanı pozaraq, qızına toy etdiyinə görə 15 sutka həbs olunmuşdu./bakupost.az
PAYLAŞIN:

Continue Reading

Previous: TƏBİB-dən işsizlərə tibbi sığorta zərbəsi
Next: Kreml Pokrovskda 5-6 saatlıq atəşkəs təklif edir – Müdafiə Nazirliyi bəyanat yaydı, Ukrayna etiraz etdi

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.