Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 31
  • Sahibkarların “kartdan-karta” istəyi, çeksiz alış-veriş… – Azad sahibkarlıq necə kölgələnir?

Sahibkarların “kartdan-karta” istəyi, çeksiz alış-veriş… – Azad sahibkarlıq necə kölgələnir?

admin 31/10/2025
62eef87df600138c667aa1e4c89f8077_kartdf

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi müasir bazar münasibətlərinin əsas prioritetlərindən biridir. Lakin bu anlayış bəzən yanlış dəyərləndirilir. Bəzi sahibkarlar “azad sahibkarlıq” prinsipini qanundankənar, nəzarətsiz fəaliyyət kimi qəbul edirlər ki, bu da həm dövlətin vergi siyasətinə, həm də istehlakçı hüquqlarına ziddir.
Hazırda bəzi mağazalarda ödəniş zamanı vətəndaşlardan kartdan-karta pul göndərməsi tələb olunur. Satıcılar “post-terminal yoxdur” bəhanəsi gətirərək, kart nömrəsini mağazanın divarında açıq şəkildə göstərməkdən belə çəkinmirlər. Eyni zamanda, onlar kassa çeki təqdim etmir, alıcı tələb etdikdə isə “endirim etmişik, ona görə çek verə bilmirik” cavabı ilə məsələni bağlayırlar.
Belə hallarda ortaya bir neçə sual çıxır. Məsələn, bu vəziyyətdə hansı müştəri hüquqları işə düşməlidir? Çeksiz satış alıcının hüquqlarını necə pozur və alıcı özünü necə qorumalıdır? Bu kimi hallarının qarşısını almaq üçün Vergilər Xidməti hansı mexanizmləri tətbiq etməlidir? Azad sahibkarlığın təşviqi şəffaf ödəniş sistemləri ilə necə uzlaşdırılmalıdır?
Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Xalid Kərimli bildirib ki, mağazalar kartdan-karta ödəniş istəməklə vergidən yayınırlar:
“Kartdan-karta əməliyyat ödənişi təsdiq etmir. Bu cür əməliyyat sadəcə kart sahibinə pul göndərildiyini göstərir. Amma bunun nəyə görə edildiyi, hansı xidmətin və ya məhsulun müqabilində aparıldığı müəyyən edilmir. Bu zaman həmin dövriyyədən vergi tutulmur.
Satıcılar isə vergidən yayınmaq üçün kartdan-karta ödəniş etməyə üstünlük verirlər. Çünki həmin dövriyyə vergiyə cəlb olunmur. Bu kartlar çox vaxt fərdi şəxslərin adına olur. Müştəri isə hər hansı problem yarandıqda karta ödəniş etdiyini sübut edə bilmir. Alıcının məhsulun alışı ilə bağlı hüquqları formalaşa bilər, lakin sabah ödənişi geri tələb etmək və ya şikayət etmək istədikdə ciddi sübut çatışmazlığı yaranır”.
İqtisadçı əlavə edib ki, məhsulun çek olmadan satılmasının məsuliyyəti tam şəkildə satıcının üzərindədir:
“Alıcının bununla bağlı məsuliyyəti yoxdur. Lakin çek olmasa, məhsulun həmin mağazadan alındığını sübut etmək çətin olacaq. Ona görə də müştəri mütləq şəkildə mağazadan çek tələb etməlidir. Hökumət də bunu tövsiyə edir: satıcıya deyilir ki, çek verməlisən, müştəriyə isə deyilir ki, çekini tələb etməlisən. Əgər alıcı satıcı ilə qeyri-qanuni münasibətə girirsə, sonra da bu problemi hökumətdən həll etməsini gözləyirsə, bu, yanlış yanaşmadır”.
Ekspert bildirib ki, Vergi Xidməti bu cür halların qarşısını almaq üçün artıq tədbirlər görür:
“Vergi Məcəlləsində belə sahibkarlarla bağlı kifayət qədər sərt cəzalanma mexanizmləri var. Belə ki, alıcılara kassa çeki təqdim edilməməsi və ya nəzarət-kassa aparatlarından istifadə edilməməsinə görə ticarət və xidmət obyektlərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq olunur:
– Təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə – 1 000 manat,
– Eyni il ərzində ikinci dəfə aşkar edildikdə – 3 000 manat,
– Üç və daha çox dəfə pozuntu baş verərsə – 6 000 manat cərimə tətbiq olunur.
Vergidən yayınma halı aşkarlandıqda isə yayınan məbləğin 50 faizi qədər əlavə cərimə müəyyən edilir. Gecikdirilən ödənişlərə görə isə dəbbə pulu hesablanır”.
Xalid Kərimli son olaraq vurğulayıb ki, bəzən sahibkarlar bu cür qeyri-rəsmi əməliyyatları “azad sahibkarlıq” anlayışı ilə əsaslandırmağa çalışırlar. Halbuki azad sahibkarlıq qanun çərçivəsində azad fəaliyyət deməkdir:
“Bir çox sahibkar bu cür işləyir və nəticədə vergidən yayınır. Bu, kölgə iqtisadiyyatını artırır. Vətəndaşlar da bu prosesə dəstək verirsə, situasiya daha da çətinləşir. Sahibkarlar bilməlidirlər ki, etdikləri bu qanunsuzluqlar aşkarlanarsa, onları ciddi cəza tədbirləri gözləyir. Belə hallar yoxlamalar zamanı üzə çıxmasa belə, səyyar vergi yoxlamaları nəticəsində aşkarlana bilər ki, bu da sahibkar üçün ciddi maliyyə itkilərinə səbəb ola bilər”.
PAYLAŞIN:

Continue Reading

Previous: Brüsselin davam edən sükutu– “Azərbaycan diqqətini digər maliyyə mənbələrinə yönəldə bilər”
Next: Putinə cavab, yoxsa Çinə hədiyyə? – Trampın nüvə hədələri parçalanmaya səbəb oldu

OXŞAR MÖVZULAR

imtahan-yeni

Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər

admin 22/04/2026
manat_180215

Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı

admin 22/04/2026
azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.