Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 31
  • TƏBİB-dən işsizlərə tibbi sığorta zərbəsi

TƏBİB-dən işsizlərə tibbi sığorta zərbəsi

admin 31/10/2025
icbari-s

Ekspert hesab edir ki, bununla bağlı qərarın müxtəlif izahı olsa da, əsas səbəb hökumətin qənaət rejiminə keçməsidir

Azərbaycanın səhiyyə gündəmini son günlər ən çox məşğul edən mövzulardan biri İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən ayrılan vəsaitin azalması və “Tibbi sığorta haqqında” Qanuna təklif edilən yeni dəyişikliklər həm ictimai narahatlıq, həm də geniş müzakirələr doğurub. Çünki məsələ birbaşa vətəndaşın sağlamlığı, sosial təminatı və gələcəkdə səhiyyə sisteminin necə işləyəcəyi ilə bağlıdır.

2026-cı il dövlət büdcəsi layihəsinə əsasən, İcbari Tibbi Sığorta Fonduna 900 milyon manat ayrılması planlaşdırılır ki, bu da ötən illə müqayisədə 516 milyon 405 min manat və ya təxminən 36,5 faiz az deməkdir. Rəqəmlərin bu qədər kəskin dəyişməsi təbii olaraq cəmiyyətdə “nə baş verir?” sualını gündəmə gətirib. Xüsusilə, sosial şəbəkələrdə və ekspert dairələrində “səhiyyəyə az vəsait ayrılır”, “sığorta sistemi zəifləyir”, “işsizlər tibbi yardımdan məhrum qalacaq” kimi fikirlər səslənməkdədir.

Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi | Modern.az

Rəşad Mahmudov

Amma Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bu narahatlıqları tam fərqli rakursdan izah edir. Onun sözlərinə görə, bu azalma əslində səhiyyə üçün təhlükə deyil, sistemin maliyyə müstəqilliyinə keçid mərhələsidir. Dövlət artıq ilk illərdə “tampon gücü” rolunu oynayıb, indi isə məqsəd  İcbari Tibbi Sığorta Fondunun öz daxilolmaları hesabına dayanıqlı fəaliyyətə keçməsidir. Mahmudov bildirir ki, bu dəyişiklik vətəndaş üçün əlavə yük yaratmayacaq, əksinə, tibbi xidmətlərin keyfiyyətini və şəffaflığını artırmaq məqsədi daşıyır.

Dövlət başçısı üçün insanların sağlamlığı hər şeydən üstündür - Müşfiq  Məmmədli | Modern.az

Müşfiq Məmmədli

Parlamentin Səhiyyə komitəsinin digər üzvü Müşfiq Məmmədli də hesab edir ki, burada əsas məqsəd qeyri-formal məşğulluğun azaldılması və əmək bazarının “ağardılması”dır. Onun sözlərinə görə, dövlət tərəfindən hazırda uşaqlar, tələbələr, pensiyaçılar və sağlamlıq imkanları məhdud şəxslər tam şəkildə sığortalanır. Lakin əmək müqaviləsi olmadan işləyən və ya gəlir əldə edən şəxslərin öz sığorta haqlarını ödəməsi mexanizmi formalaşdırılır. Məmmədliyə görə, bu, həm sosial ədalət, həm də iqtisadi şəffaflıq üçün vacib addımdır.

Təklif edilən dəyişikliklərə əsasən, artıq qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər də sığortalı qismində özləri çıxış edəcəklər. Yəni kənd təsərrüfatı ilə məşğul olan, amma rəsmi uçota alınmayan ailə təsərrüfatları, vergi qeydiyyatı olmadan fəaliyyət göstərən fərdi işçilər, habelə mülki müqavilə ilə işləyənlər gələcəkdə öz tibbi sığorta təminatlarını şəxsən formalaşdırmalı olacaqlar.

Beləliklə, gündəmdəki əsas suallar – “Dövlətin payı azalırsa, vətəndaş daha çox ödəyəcəkmi? İşsizlərin sığortası necə olacaq?” – hələ də müzakirə predmetidir. Amma rəsmi açıqlamalardan görünür ki, məqsəd xərcləri azaltmaq yox, sistemi dayanıqlı və öz-özünü maliyyələşdirən hala gətirməkdir.

Yeni mərhələdə İcbari Tibbi Sığorta artıq yalnız dövlətin deyil, işəgötürənlərin, özəl sektorun və iqtisadi aktiv vətəndaşların birgə məsuliyyəti üzərində qurulacaq.

Bəs işsizlərin ona qədər tibbi sığortası necə olacaq?

“İnsanlar polisə banklardan daha çox güvənirlər” – Əkrəm Həsənov

Əkrəm Həsənov

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov da danışıb. Onun sözlərinə görə,  xeyli insan var ki, faktiki olaraq qeyri-rəsmi işləyir: “Bunun da səbəbləri müxtəlifdir, məsələn, vergidən yayınmaq və sairə. Yəni həmin şəxsi qeyri-rəsmi işlədirlər. Amma xeyli insan da var ki, həqiqətən də işləmir. Məsələn, evdar qadınlar – onlar harada işləyirlər? Heç yerdə işləmirlər. İndi onlara da deyiləcək ki, gəlin, özünüz ödəyin, əks halda tibbi sığortanız olmayacaq. Yəni bunun adını qoyurlar ki, guya qeyri-formal əmək fəaliyyəti ilə mübarizə aparmaqdır, amma faktiki olaraq, doğrudan da işləməyən vətəndaşların vəziyyətini ağırlaşdırırlar. Neftin qiyməti düşür, neft hasilatımız da azalır və buna görə də hökumət qənaət rejiminə keçib. İndi bu sözü də deyəndə hökumət deyəcək ki, inkişaf etmiş ölkələrin çoxunda belədir. Doğrudur, belədir – işləməyən özü tibbi sığortanı ödəyir. Amma gəlin görək, o ölkələrdəki vəziyyət necədir, bizdə necədir? Ölkəmizdə işsizlik çoxdur. Həmin ölkələrdə isə dövlət məcbur edir ki, işəgötürənlər işçi ilə rəsmi müqavilə bağlasın. Amma bizdə belə deyil axı. İnsanları qeyri-rəsmi işlədənlər elə əksər hallarda məmurlar, sahibkarlardır”.

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

Zülfüqar Yusifov

Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov qeyd edib ki, əhalinin demək olar ki, əksəriyyəti sığorta sistemindən faydalanmaq imkanına malikdir: “Bütün bunlar olduqca yaxşıdır. Lakin sığorta sistemi işlədikcə, onun təkmilləşməsi istiqamətində də addımların atılması zərurəti ortaya çıxır. Çünki təcrübə harada boşluqların, harada fərqli yanaşmaların olduğunu üzə çıxarır. Bu baxımdan müxtəlif təkliflər və yeni baxışlar meydana çıxır. Deyərdim ki, bu proses də davam edəcək. Konkret olaraq işsiz adamlarla bağlı məsələyə gəldikdə, burada bir nüans xüsusilə diqqətçəkəndir. Həssas məqam ondan ibarətdir ki, belə olan halda işsiz olan, sosial təminatı çox aşağı səviyyədə olan, eyni zamanda müəyyən xəstəlikləri, xüsusilə də xroniki problemləri olan insanların hamısının heç olmasa minimal bir sosial dəstəklə təmin olunması çox vacib olardı. Çünki bu halda həmin adamlar tamamilə sığorta dəstəyindən kənarda qala bilərlər ki, bu da onların onsuz da kritik olan vəziyyətlərini daha da ciddiləşdirə bilər. Bu baxımdan düşünürəm ki, həmin qismi nəzərə alan bir yanaşma və ayrıca müəyyən dəstək forması olmalıdır ki, bu insanlar da sığorta sistemindən kənarda qalmasınlar. Əlbəttə ki, yaxşı olardı ki, insanların hamısı formal şəkildə çalışsın, onların müəyyən təminatları olsun və normal sığorta paketi ilə həyatları sığortalansın. Lakin təbii ki, bu baxımdan məqsəd insanları həm formal əmək fəaliyyətinə, həm də hüquqi qeydiyyata cəlb etməyə yönəlsə də, nə qədər biz bunları desək də, əhalinin elə bir qrupu var ki, onlar müxtəlif səbəblərdən işləmirlər, qeydiyyatla bağlı problemləri var və bu sistemə inteqrasiya edə bilməyiblər. Düşünürəm ki, onlarla bağlı da hansısa əlavə bir yanaşmanın ortaya qoyulması zəruriyyəti var”./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə “qudası” Mikayıl İsmayılov təqdim edib
Next: Ölən analar və uşaqlar, külli miqdarda vergi borcu… – Mehdiyevlər ailəsinə məxsus klinika ilə bağlı ŞOK FAKTLAR

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.