Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 3
  • Səbuhi Əhmədov adını dəyişmiş “KRAL TƏMİR TİKİNTİ” ilə işbirliyini davam etdirir 

Səbuhi Əhmədov adını dəyişmiş “KRAL TƏMİR TİKİNTİ” ilə işbirliyini davam etdirir 

admin 03/11/2025
sebuhi-qaşqın-

 

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti  Bakı və  Sumqayıt şəhərləri, Abşeron, Şabran və Kürdəmir rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin və fərdi yaşayış evlərinin təmiri üzrə 05.09.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “İS TƏMİR TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 485.358,53 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 31.10.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, bu Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə “İS TƏMİR TİKİNTİ” MMC arasında bağlanan ilk müqavilə deyil. Tərəflər arasında 23.09.2020-ci ildən 31.10.2025-ci ilə qədər 5 satınalma müqaviləsi bağlanılıb. Əvvəlki müqavilələr  “KRAL TƏMİR TİKİNTİ” MMC ilə bağlanılıb.

Saatlı rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrdə fərdi yaşayış evlərinin təmiri işləri üzrə 293 182.1 manat dəyərində müqavilə 23.09.2020-ci il tarixdə “KRAL TƏMİR TİKİNTİ” MMC  ilə bağlanıb.

Bakı şəhəri və Şabran rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrdə fərdi yaşayış evlərinin,mənzillərin və pilləkan qəfəslərinin təmiri üzrə 269.897,2 manat dəyərində müqavilə 14.09.2022-ci il tarixdə “KRAL TƏMİR TİKİNTİ” MMC ilə bağlanıb.

Bakı şəhəri, Abşeron, Sabirabad, Füzuli, Şabran və Ağcəbədi rayonları ərazisində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin, mənzillərin və drenaj şəbəkəsinin təmiri işləri üzrə 685.777,57 manat dəyərində müqavilə 03.05.2024-cü il tarixdə “KRAL TƏMİR TİKİNTİ” MMC ilə bağlanıb.

Bakı şəhəri, Biləsuvar, Şabran, Füzuli və Göygöl rayonları ərazisində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin,mənzillərin,qəsəbədaxili çınqıl yolun və asfalt yolun təmiri işləri üzrə 760.480,73  manat dəyərində müqavilə 18.09.2024-cü il tarixdə “KRAL TƏMİR TİKİNTİ” MMC ilə bağlanıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “İS TƏMİR TİKİNTİ”(VÖEN: 1501588001) Məhdud Məsuliyyətli Cəmiyyətinin  Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 22.02.2010-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AK.HƏSƏN ƏLİYEV, ev 90, m. 9,qanuni təmsilçisinin isə Qasımov Sərvər Səməd oğlu olduğu qeyd edilib.

Reyestr məlumatlarına edilmiş dəyişiklidə MMC-nin ilk adı “KRAL TƏMİR TİKİNTİ” olub. 13.01.2025-ci ildən adını dəyişərək “İS TƏMİR TİKİNTİ” MMC-yə çevrilib. Göründüyü kimi, ad dəyişsə də “KRAL TƏMİR TİKİNTİ” hələ də yerindədir və “Qaçqınkom”la işbirliyini davam etdirir.

Məlum olduğu kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır.  Baş nazir Əli Əsədov Milli Məclisin 14 mart 2025-ci ildə keçirilən plenar iclasında, hökumətin ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. “2025-ci ildə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub”, – deyə o qeyd edib.

Bunlarla yanaşı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən uzun illər  yurd həsrəti çəkən ailələrin doğma torpaqlara qayıdışı davam etdirilir. Belə olan halda sözügedən Komitə köçkün ailələrinin məskunlaşdığı köçkün qəsəbələrində yerləşən mənzillərin və fərdi yaşayış evlərinin təmirinə nə üçün vəsait ayırır? Ümumiyyətlə, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılmasının gündəmdə olduğu vaxtda bu təyinat üzrə külli miqdarda dövlət vəsaitinin büdcədən silinməsini nə dərəcədə səmərəli xərc hesab etmək olar: Yaxşı olmazdımı ki, həmiun vəsait Qarabağda və Şərqi Zəngəzurda evlərin inşasına və infrastrukturun qurulmasına yönəldilsin?

Məlum olduğu kimi hər il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ilə kifayət qədər vəsait ayrılır. Fərdi yaşayış evlərinin təmiri üçün ayrılan vəsitlər hansı şəkildə həyata keçirilir? Aydın məsələdir ki, tender yolu ilə.

Bəs bu tenderləri kimləri udur? Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə və Departament sədri Səbuhi Əhmədova yaxın şirkətlər. Hamısı da eyni qayda olaraq dövlət vəsaitləriinin konkret olaraq hansı ünvanda və neçə fərdi yaşayış evinin təmirinə ayrıldığı göstərilmədən.

Qeyd edək ki, Dövlət Komitəsində Mənzil İstismar Departamentinin sədri  Səbuhi Əhmədovdur. O, bu vəzifəyə 2019-cu ilin martında Dövlət Komitəsinin sədri Rövşən Rzayev tərəfindən təyin edilib. 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” NQÇ-nin rəisi vəzifəsində çalışıb. Mediada məcburi köçkün ailələri tərəfindən Səbuhi Əhmədovun xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlayaraq vətəndaşların pulunu ələ keçirməsi və digər qanunsuz əməlləri ilə bağlı geniş məlumatlar var.

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: Yüksək təzyiqə səbəb olan amillər: Kardioloqlar 8 əsas faktoru açıqladı
Next: DİN-dən vətəndaşlara çağırış: Bir mesajla aldadır, kliklə pulunuzu oğurlayırlar

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.