Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 12
  • Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri – İki saata yaxın Gəncədə gözləyib və…

Türkiyə təyyarəsinin qəzaya uğrama səbəbləri – İki saata yaxın Gəncədə gözləyib və…

admin 12/11/2025
tr-c130

 

Məlum olduğu kimi, dünən Türkiyəyə məxsus C-130 hərbi nəqliyyat təyyarəsi Azərbaycandan Türkiyəyə uçarkən Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində 20 türk hərbçi şəhid olub.

Qəza nəticəsində təyyarədə olan 20 nəfərin hamısının həyatını itirdiyi bildirilir. Qəzadan dərhal sonra Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib, daha sonra iki lider arasında telefon danışığı baş tutub.

Azərbaycanın aidiyyəti strukturlarının rəhbərləri də türkiyəli həmkarları ilə təmasdadırlar.

Azərbaycan öz qardaşlıq borcuna sadiq qalaraq baş vermiş qəzaya olduqca həssas yanaşır, bununla bağlı qarşıya çıxan məsələlərin həllinə hərtərəfli dəstək göstərir.

Hazırda sosial mediada və bəzi media vasitələrində qəzanın başvermə səbəbləri ilə bağlı müxtəlif rəylər səsləndirilir. Təəssüf ki, rəsmi rəy olmadan hətta qeyri-real konspiroloji versiyalar irəli sürənlər də var.

Qəzanın səbəbi ilə bağlı müxtəlif versiyalar irəli sürülsə də, ən çox müzakirə olunan variant təyyarənin texniki durumu və yaşıdır.

Sözügedən təyyarənin texniki xarakteristikası və Azərbaycandakı missiyası ilə bağlı bəzi məlumatlar açıqlanmaqdadır. Məsələn, “calibre.az”-ın ilkin məlumatlarına görə, təyyarə Gəncə hava limanına dünən eniş edib və  hava limanında təxminən iki saat gözləyib. Bu müddət ərzində heç bir kənar müdaxilə və ya təyyarəyə yaxınlaşma cəhdi qeydə alınmayıb.Təyyarənin ekipajı da hava gəmisinin göyərtəsini və hava limanının ərazisini tərk etməyib.

Təyyarənin göyərtəsində hərbi paradda iştirak edən F-16 qırıcı təyyarələrinə xidmət göstərən texniki heyət olub. Onlar bütün standart təhlükəsizlik prosedurlarını yerinə yetiriblər və yalnız bundan sonra təyyarəyə miniblər.Bu proses hava limanının təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.

Təyyarədə F-16 üçün mexaniki ehtiyat hissələri daşınıb. Mövcud məlumata görə, təyyarənin göyərtəsində partlayıcı maddə olmayıb.

Bundan əlavə, təyyarənin qalıqlarının ilkin müayinəsi zamanı da heç bir xarici zərbə əlamətləri aşkar edilməyib. Müqayisə üçün, AZAL-ın sərnişin təyyarəsi Qroznı üzərində vurulandan sonra qəza yerində təyyarənin göyərtəsinin qəlpələrlə zədələnməsi dərhal görünürdü. Türkiyə hərbi təyyarəsində belə əlamətlərin görünmədiyi bildirilir ki, bu da qəzanın texniki səbəblə bağlı olması ehtimalını artırır.

“Buna görə də C-130-un korpusunda kənar təsir elementlərinin olmaması onun vurulma ehtimalını istisna edir. Hətta təyyarənin içərisində partlayıcı maddə və ya qurğunun olması və partlaması ehtimalını götürsək belə, qəzaya uğramış təyyarənin korpusunda mütləq şəkildə partlayışın izləri olmalıydı”, – deyə apa-ya danışan mənbə qeyd edib.

İlkin olaraq, qəzanın iki mümkün səbəbi nəzərdən keçirilə bilər.

Birinci mümkün səbəb təyyarənin yaşı ilə bağlıdır. C-130 təyyarəsi uzun müddət xidmətdə olub və 5 il əvvəl – 2020-ci ildə əsaslı təmirdən keçib. Mütəxəssislərin fikrincə, korroziya örtük elementlərinin və ya struktur komponentlərinin məhv olmasına səbəb ola bilərdi, bu da havada yüksək təzyiq altında təyyarənin qəzaya uğraması üçün ciddi əsasdır. Bu hallara sözügedən təyyarələrlə bağlı artıq beynəlxalq səviyyədə rast gəlinib. 1990-cı illərdə ABŞ Silahlı Qüvvələrinə məxsus “Herkules” təyyarəsi məhz bu səbəbdən qəzaya uğramışdı.. C-130 təyyarələri 60 ildən çoxdur ki, xidmətdədir və geniş sayda mülki və hərbi variantlara malikdir. İllər ərzində dünya miqyasında onlarla bağlı bir sıra ciddi hadisələr qeydə alınıb.

İkinci ehtimal təyyarədə daşınan yüklə bağlıdır. Təyyarədəki konteynerlər və ya ayrı-ayrı hissələr etibarlı şəkildə bərkidilmədikdə, uçuş zamanı yerlərini dəyişə və daxili gövdə komponentlərinə dəyə bilər. Bu cür zərbələr nəzəri olaraq struktur deformasiyasına səbəb ola bilər ki, bu da kritik hallarda təyyarəyə nəzarətin itirilməsinə gətirib çıxara bilər. Bu da qəza üçün tam yetərli səbəbdir.

Bütün bunlar hazırda sosial mediada səslənən bəzi konspiroloji iddiaların əsassız olduğunu göstərir.

Vacib olan məsələlərdən biri odur ki, “qara qutu”ların axtarışı mürəkkəb olmayacaq. Belə ki, təyyarə dağlıq və ya meşəlik ərazidə deyil, düz ərazidə qəzaya uğrayıb. Bu o deməkdir ki, dəqiq uçuş məlumatları və ekipajın səsli rabitəsi tezliklə əldə edilə bilər.

Qeyd edək ki, qəzanın istintaq Gürcüstan və Türkiyə tərəfindən aparılır. Azərbaycan da öz növbəsində qardaş Türkiyəyə əvvəldən tam dəstək verib. Səbəbin nə olmasından asılı olmayaraq, qəzada Şəhid olan hərbçilərə Allahdan rəhmət, qardaş Türkiyəyə başsağlığı veririk. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Orxan Məmmədov: “Azərbaycanda heç bir kiçik biznes geridə qalmamalıdır”
Next: Türk ekspertlərdən iddialar: Toqquşma, təxribat və ya hücum…

OXŞAR MÖVZULAR

azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026
putin-zl

“Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi…” – “Rusiya Qarabağı “unutmursa”, Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

admin 10/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.