Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 17
  • Azərbaycanda əslində nə qədər işsiz var? – “1 mln. 155 min insan hardadır, niyə işsiz kimi qeydiyyatda deyil?!”

Azərbaycanda əslində nə qədər işsiz var? – “1 mln. 155 min insan hardadır, niyə işsiz kimi qeydiyyatda deyil?!”

admin 17/11/2025
işsiz

 

Ölkəmizdə əhalinin real işsizlik səviyyəsilə rəsmi statistika arasında ciddi fərqlər olduğu tez-tez iqtisadçılar və digər mütəxəssislər tərəfindən səsləndirilir. Doğrudan da rəsmi statistikanın dediyi cəmi 5.2 faiz işsizlik göstəricisi ölkədəki daha böyük olan real işsizlərin sayına qətiyyən uyğun görünmür.

İqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı maraqlı paylaşım edib. Rəsmi statistikanın, yumşaq desək, qüsurlu olduğunu göstərən həmin paylaşımı təqdim edirik: “Rəsmi məlumat: 2025-ci il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda işsizlərin sayı 278.9 min nəfər olub. İşsizlik səviyyəsi ölkə üzrə 5,2% təşkil edib. İqtisadi fəal əhalinin sayı 5 milyon 381.5 min nəfər olmuş, onlardan 5 milyon 102.6 min nəfərini məşğul əhali təşkil edib.

Həzərat, hökumət məşğul, işlə təmin olunan əhalini necə sayır – bəlkə suallar ünvanlayaq, bəlkə kimsə çıxıb cavab verər… Hökumət deyir ki, ölkədə iqtisadi fəal əhali sayı, yuvarlaq olaraq, 5,4 mln. nəfərdir. Elə həmin hökumətin öz məlumatına görə, məmləkətdə muzdla, yəni, rəsmi iş müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 781.4 min nəfər təşkil edir. Deməli, ölkədə 5,4 mln. əmək qabiliyyətli insan var, bunlardan rəsmi müqavilə ilə çalışanların sayı 1,8 (yuvarlaq olaraq) milyondur. Yəni, 3,6 mln. insan rəsmi olaraq heç yerdə işləmir, amma, məşğuldur – nə ilə məşğuldur, bunu açıqlamırlar, gəlin birlikdə hesablamağa çalışaq.

2025-ci ilin məlumatlarına görə, ölkədə aktiv vergi ödəyicilərinin sayı (fiziki şəxslər) 845 min olub. Tutalım, 845 min VÖEN-lə çalışır, halbuki, reallıqda belə deyil.

Hökumət deyir ki, kənd təsərrüfatında 1,7 mln. insan çalışır (iqtisadi aktiv sayılan insanların 30%-dən çoxu), məşğulluğunu təmin edir. Amma harda, necə çalışır, nə qazanır, nə yeyir, nə içir – bu haqda dəqiq məlumat yoxdur. Lap tutalım ki, elədir, halbuki, bunun özü də hökuməti biabr edən məlumatdır – ölkədə 1,7 mln. insan (tutalım) aqrar sahədə çalışsın, amma bu qədər insanın, məsələn, ixracatda payı 1 mlrd. dollara belə çatmasın, yəni, aqrar sahədə çalışan hər bir vətəndaş (bir daha – rəsmi rəqəmləri həqiqət saysaq) aya 49 dollar dəyərində mal-məhsul ixrac edir.

Məsələn, Hollandiyada iqtisadi aktiv əhalinin cəmi 2,5%-i aqrar sektordadır, amma ildə 140 mlrd. dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edirlər. Yəni, aqrar sektorda çalışan hər bir hollandiyalı ilə 440 min dollarlıq məhsul ixrac edir, bizdə 49 dollarlıq – yəni, holland bizdən 9000 dəfə çox xaricə aqrar sektor məhsulu satır.

Tamam, gəlin rəsmi rəqəmləri toplayaq: 1,8 mln. rəsmi müqavilə ilə çalışır, 1,7 mln. aqrar sektorda işləyir, 845 min də VÖEN-lə qazanır, toplamda 4 mln. 245 min nəfərdir, ölkədə iqtisadi fəal əhali sayı isə 5,4 milyondur, yaxşı, bu 1 mln. 155 min insan hardadır, nə işlə məşğuldur, niyə işsiz kimi qeydiyyatda deyil?!

Bir baba-igid varmı çıxıb izah etsin, açıqlasın?!” /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsi yeni geosiyasi identiklik modelini formalaşdırır – Politoloq rəyi
Next: ABŞ-ın keçmiş dövlət katibi Ukraynada raket istehsalı işinə qoşuldu – AP

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.