Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 19
  • Zəngəzur dəhlizinin statusu açıqlandı

Zəngəzur dəhlizinin statusu açıqlandı

admin 19/11/2025
lacin-zengezur-14-(2) (2)

 

“Cənubi Qafqazda müxtəlif layihələr vasitəsilə nəqliyyat kommunikasiyalarının açılması və regionun bütün iştirakçılarının maraqlarının uzlaşdırılması asan deyil, amma bu, mümkün olmadığı anlamına gəlmir. Sadəcə, bu proses çox ciddi və həssas iş tələb edir”.

Bunu erməni politoloq Aleksandr İskəndəryan deyib.

Ekspert İrəvanın təklif etdiyi “Sülh qovşağı” və “Tramp yolu” (yaxud Zəngəzur dəhlizi) layihələrinin perspektivlərinə toxunub:

“Əgər perspektivdən danışsaq, bunlar bir-birindən çox fərqli məsələlərdir. Nəhayət, baş verənlər son deyil, hələ başlanğıcdır. Vaşinqtonda imzalanan sənəd bir bəyannamədir, bu bəyannamə ilə Ermənistan və Azərbaycan kommunikasiya xətlərinin zəruri olduğunu qəbul edirlər”.

İskəndəryanın sözlərinə görə, xüsusilə “Tramp yolu”nun həyata keçirilməsi ilə bağlı siyasi-texniki çətinliklər var, bu mövzuda Ermənistan və ABŞ danışıqlar aparır:

“Burada həm siyasi, həm də texniki maneələr var və bütün bunlar həll edilməlidir. Mütləq nəzərə almalıyıq ki, vəziyyət mürəkkəbdir: Araz çayının o biri tərəfində iranlı sərhədçilər, Ermənistan tərəfində rus və erməni sərhədçilər var, çox yaxınlıqda Avropa müşahidəçiləri yerləşir, sağ və solda azərbaycanlılar, bir qədər aralıda türklər. Həmçinin, iranlılar Ermənistana yol çəkirlər, Qafan şəhərində İran konsulluğu, Gorusda Fransa konsulluğu var, Rusiya da Qafanda konsulluq açmaq istəyir. İndi bunlara amerikalıları da əlavə edirik, indi bütün bunların necə həll edilə biləcəyini düşünməliyik. Çünki İran, ABŞ, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın maraqlarını uzlaşdırmaq asan deyil. Bununla belə, bu mümkünsüz deyil, sadəcə, çox ciddi iş tələb edir, hələ böyük yol qət edilməlidir”.

Erməni politoloq prosesin mürəkkəb və uzunmüddətli olduğunu bildirib və dünyada buna bənzər çoxlu nümunələrin mövcudluğunu xatırladıb:

“Mən həmişə Belarusla Rusiyanın Kalininqrad vilayətini birləşdirən yolu nümunə gətirirəm: o yol Litvanın ərazisindən keçir, halbuki Litva NATO və Avropa İttifaqının üzvüdür. Buna baxmayaraq, razılaşma var, Rusiya vətəndaşları Kalininqrada vizasız, hətta pasportsuz gedə bilirlər. Deməli, belə layihələr mümkündür, sadəcə çox həssas və diqqətli iş tələb edir”.

Xatırladaq ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında açılması planlaşdırılan Zəngəzur dəhlizi üçün Kalininqrad modelinin tətbiq olunacağı gözləntilər arasındadır.

PAYLAŞIN:

Continue Reading

Previous: Səfirliyimizə zərbənin ardınca Türkiyə gəmisi…
Next: ƏBÜLFƏS QARAYEVİN “LONDON MÜHAZİRƏLƏRİ”… – Sabiq nazir ingilislərə nədən “dərs” keçir?

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.