Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 21
  • Fidan Ermənistanı “silkələdi”: Ya sülh, ya da… -Bakının inanılmaz inadı və Paşinyan hökumətinin seçim olmayan yolu…

Fidan Ermənistanı “silkələdi”: Ya sülh, ya da… -Bakının inanılmaz inadı və Paşinyan hökumətinin seçim olmayan yolu…

admin 21/11/2025
tr-arm1

 

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Anadolu Agentliyə müsahibəsində dedikləri Ermənistanda onsuz da gərgin olan ictimai diskussiyaları daha da alovlandırıb.

Fidan bəyan edib ki, Ankara Ermənistanla diplomatik əlaqələri yalnız Azərbaycanla yekun sülh müqaviləsi imzalanandan sonra bərpa etməyə hazırdır.

“Əgər bu mərhələdə Türkiyə-Ermənistan münasibətləri normallaşarsa, bu, Ermənistan üçün Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əsasları azaldacaq və nəticədə bölgədə “donmuş münaqişə” riski yarana bilər. Biz bunu istəmirik”, – deyə nazir vurğulayıb.

Fidan 8 avqustda Vaşinqtonda Prezident Donald Trampın iştirakı ilə keçirilmiş Əliyev-Paşinyan danışıqlarında iki məsələ ilə bağlı qərar qəbul olunmadığını xatırladıb: “Zəngəzur dəhlizi və Ermənistanın konstitusiyası ilə bağlı bəzi məsələlər həll olunub, yekun sülh müqaviləsi imzalanandan sonra Türkiyə Ermənistanla sərhədlərini açacaq”.

Ermənistanda xüsusi ilə anti-hökumət dairələri Türkiyənin mövqeyini Paşinyanın regionda yürütdüyü xarici siyasətin iflası kimi dəyərləndirirlər. Erməni diplomatiyası 44 günlük müharibədən sonra Türkiyə ilə sərhədlərin açılmasını Azərbaycanla sülh prosesindən ayırmağa çalışıb, bu məsələyə Birləşmiş Ştatları və Avropa İttifaqını cəlb etməyə nail olub. Nəticədə Türkiyə-ABŞ, Türkiyə-Avropa danışıqlarında Ermənistanın iqtisadi blokadadan çıxarılması əsas mövzulardan birinə çevrilib. Bu, həm də Ermənistanın, eləcə də Cənubi Qafqaz regionun Rusiyanın hərbi-siyasi, iqtisadi asılılığından çıxarmağın əsas vasitələrindən biri kimi təqdim edilib. Yəni Rusiya tədricən bölgəni tərk edir, Türkiyə Ermənistan üçün Rusiyanı əvəz edən iqtisadi məkana çevrilir, nəticədə Avrointeqrasiyanın qarşısında duran əsas maneələrdən biri aradan qaldırılır.

Son 2 il ərzində Türkiyənin Cənubi Qafqazda yürütdüyü siyasəti incələyəndə Ankaranın da Ermənistanla münasibətlərdə yeni səhifə açmağa cəhdlər etdiyi aydın olur. Amma Azərbaycanla məsləhətləşmə və koordinasiya müttəfiqlərin öhdəliklərindən biridir və Türkiyə rəhbərliyini buna əməl edib. Bununla belə Ankaradan Bakıya yumşaq təzyiq, “dost məsləhətləri” də az olmayıb, konkret olaraq Ermənistanla sərhədlərin açılmasına, diplomatik münasibətlərin bərpasına Azərbaycanın dəstəyini almaq cəhdləri olsa da, Bakı mövqeyindən dönməyib.

Beləliklə, 2022-ci ildən vüsət götürən Türkiyə-Ermənistan danışıqları Azərbaycanın istədiyi nöqtədən o tərəfə keçməyib, Ankara nəhayət inadından əl çəkərək Ermənistana qəti cavab verib: “Ermənistanla diplomatik əlaqələr yalnız Azərbaycanla yekun sülh müqaviləsi imzalanandan sonra bərpa olunacaq”.

Beləliklə, şərtlər dəyişmir, Ermənistan sülh müqaviləsinin imzalanması üçün şərtləri Bakının tanıdığı bəlli zaman kəsiyində yerinə yetirməlidir. Xarici işlər naziri Ceyhun Bayramov bu müddəti 2026-i ilin sonuna qədər olduğunu ifadə etmişdi.

H. Fidanın bəyanatı Paşinyan hökumətini rəqibləri və daxili ictimai rəy qarşısında bir qədər çətin vəziyyətdə qoyub. Amma hökumət məyusluğunu büruzə vermir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması Ermənistan üçün həqiqətən də mühüm məsələdir.

Onun sözlərinə görə, eyni dərəcədə vacib olan digər istiqamət isə Azərbaycanla əldə olunmuş sülhün davamlı şəkildə institusionallaşdırılmasıdır. Nazir vurğulayıb ki, bu iki proses bir-biri ilə şərtlənmir: “Əgər mütləq şəkildə səbəb-nəticə əlaqəsi axtarsaq, o zaman Türkiyə ilə münasibətlərin tam normallaşmasının Ermənistan–Azərbaycan dialoquna mənfi yox, əksinə, müsbət təsir göstərə biləcəyini də görərik”.

Ararat Mirzoyan həmçinin nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsinə də toxunub. Onun sözlərinə görə, 8 avqustda Vaşinqtonda keçirilən sülh sammitində bu prosesin əsas prinsipləri razılaşdırılıb: ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, suverenlik, yurisdiksiya və qarşılıqlılıq.

Mirzoyan bildirib ki, bu çərçivədə nəzərdə tutulan TRIPP marşrutu həm Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edəcək, həm də Ermənistanı digər ölkələrlə və daha geniş regionlarla birləşdirəcək: “Ermənistan bu layihənin qısa zamanda reallaşması üçün fəal və maraqlı şəkildə çalışır”.

Mirzoyanın dediklərinən o nəticə çıxır ki, İrəvan müttəfiqlərin vahid güclü mövqeyi qarşısında başqa çıxış yolu görmür. Ölkənin rəsmi mövqeyi regionda dominant mövqeyə uyğunlaşdırılır və Azərbaycanla sülh müqaviləsinin imzalanmasını şərtsiz prioritetə çevirir. Ermənistan Rusiya ağırlıqlı indiki status-kvonu dəyişmək istəyirsə, 2026-cı ilin iyun seçkilərindən dərhal sonra referenduma gedib ölkə konstitusiyasında dəyişiklər edib sülh masasının arxasında öz yerini tutmalıdır.(pressklub)

PAYLAŞIN:

Continue Reading

Previous: “Vasmoy” bazarında antisanitar vəziyyət – Məsuliyyəti kim daşıyır?
Next: “Forbes”: ABŞ-nin Azərbaycanla tərəfdaşlığı ölkənin regiondakı strateji rolundan qaynaqlanır

OXŞAR MÖVZULAR

uran-iir

İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur…

admin 17/04/2026
ai-b

Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur?

admin 17/04/2026
tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.