Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 25
  • Rutte Azərbaycanın adını Gürcüstana niyə xatırlatdı? – Konfliktoloq

Rutte Azərbaycanın adını Gürcüstana niyə xatırlatdı? – Konfliktoloq

admin 25/11/2025
rütte-
“Mark Ruttenin Tiflislə bağlı narahatlığının arxasında Qərbin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini Rusiyanın neoimperalist ambissiyalarından uzaqlaşdırmaq cəhdi dayanır və ona görə də Azərbaycanla Ermənistanın atdığı addımları Gürcüstana da xatırladırlar”.
Bunu  açıqlamasında bunu konfliktoloq Üzeyir Şəfiyev NATO Baş katibi Mark Ruttenin Alyansın Gürcüstanda baş verənlərdən narahat olduğu barədə bəyanatını şərh edərkən deyib.
Ekspert qeyd edir ki, Vaşinqton və NATO Cənubi Qafqaz və Mərkəzi Asiya vasitəsilə özünün maraqlarını təmin etmək istəyir:
“ABŞ-ın Cənubi Qafqazla bağlı siyasəti artıq bəllidir. Vaşinqton istəyir ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini Rusiyanın neoimperalist ambissiyalarından uzaqlaşdırsın. Vaşinqton sözügedən regionlar vasitəsilə özünün geoiqtisadi və geosiyasi maraqlarını realizə etmək istəyir”.
Bu fonda ekspert bildirir ki, Gürcüstanla bağlı məsələ isə bir qədər mübahisəlidir:
“Qərb Tiflislə diktə dililə danışır ki, bu da Gürcüstanın milli hissiyatına toxunur. Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, onlarla diktə dililə danışılmasın. Tiflis xarici agentlər haqqında qanunu qəbul etməklə Qərbin ölkənin daxili işlərinə qarışmasını məhdudlaşdırmaq istəyir. Bu isə ABŞ-la Avropanın işinə yaramır. Nəticədə onlar Gürcüstanı idarə etmək imkanından məhkum olurlar”.
Konfliktoloq düşünür ki, Tiflis hazırda sanki Qərblə Rusiya arasında qalıb:
“Qərb hesab edir ki, Gürcüstan “dərin dövləti” Rusiya ilə bağlıdır. Digər tərəfdən də görürük ki, Gürcüstan həm də Qərbə inteqrasiya yolundan imtina etmir. Ən azından bəyanatlarda Qərbə inteqrasiya məsələsi qabardılır. ABŞ prezidenti Donald Tramp son zamanlar bir neçə münaqişəni dayandırdığı ilə öyünür. Hətta Azərbaycanla Ermənistan arasındakı münaqişənin həllini də öz aktivinə yazmaq istəyir. Tiflisi də məhz bu yolla şirnikləndirir ki, Rusiyanın neoimperalist caynağından qurtara bilsin”.
Həmsöhbətimizin fikrincə, bu Gürcüstan üçün çətin məsələdir:
“Çünki Tiflis daxili işlərə bu şəkildə müdaxiləni qəbul etmir. Həm də Gürcüstanın Rusiya ilə iqtisadi əlaqələri və merkantil maraqları var. Hərçənd Rusiya etibarlı tərəfdaş deyil. Kreml Abxaziya və Cənubi Osetiyanı konfederativ əsaslarla Gürcüstana qaytaracağına söz vermişdi. Amma xeyli zaman keçməsinə baxmayaraq, Kreml vədinə əməl etməyib”.
Üzeyir Şəfiyev hesab edir ki, Tiflis mövqeyindəki turbulentliyə son verməli, suverenliyini qorumaq şərtilə ehtiyatla Moskvadan uzaqlaşaraq, Qərbə doğru addım atmalıdır:
“Ancaq bunun üçün də Gürcüstanda daxili siyasi harmoniyaya ehtiyac var”.
Ruttenin Tiflisə xəbərdarlıq fonunda Azərbaycan və Ermənistan arasındakı münasibətləri xatırlatması ekspertə görə, heç də təsadüfi deyil:
“Bir tərəfdən bu, Trampın Azərbaycanla Ermənistan daxil bir neçə münaqişəni tənzimləməsi kimi uğur hekayələrini Tiflisə xatırlatmaq idisə, digər tərəfdən, Gürcüstana da Qərbə inteqrasiya üçün işarədir. Bir tərəfdən, Azərbaycan və Ermənistanı nümunə göstərməklə onlar arasında konfliktin həll edildiyinə dair kampaniya aparır, digər tərəfdən də mesaj verirlər ki, nəhayət, Rusiyaya “yox” deməyin vaxtıdır. Bununla Rutte demək istəyir ki, Qərb təkcə bütün Cənubi Qafqazı Moskvanın təsirindən kənarda saxlamaqda israrlıdır. Yəni Gürcüstan Rusiya ilə münasibətlərinə aydınlıq gətirməlidir. Görünən odur ki, Qərb Tiflisə qoğal və kökə siyasətilə təsir göstərmək istəyir”.
Qeyd edək ki, NATO-nun Baş katibi Mark Rutte mətbuata açıqlamasında Alyansın Gürcüstanda baş verənlərdən narahat olduğunu dilə gətirib. O, Gürcüstandakı vəziyyət barədə söhbət getdikdə sadəlövh olmadığını qeyd edib:
“Biz çox narahatıq və bu barədə gürcülərə aydın bildirmişik. Onlarla əməkdaşlıq edirik və fikrimcə, bu əməkdaşlıq narahatlığımızı ifadə edə biləcəyimiz kanalı təmin etməyə xidmət edir. Gəlin, məsələyə bütövlükdə baxaq, çünki Gürcüstanla yanaşı biz Ermənistan və Azərbaycan arasında baş verənləri də görürük. Burada vəziyyət o cümlədən prezident Trampın gördüyü işlər sayəsində daha yaxşıdır. Buna görə də mən Gürcüstanı bütün Cənubi Qafqaz kontekstində nəzərdən keçirərdim”./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Əbu-Dabidə gizli ABŞ-Rusiya danışıqları – Budanov da dəvət edilib
Next: Ermənilərin Bakıdan apardığı ƏSAS mesaj – Azərbaycan üçün müharibə bitib, amma…

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.