Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 26
  • ABŞ Ukraynanı “qaçılmaz məğlubiyyət” barədə xəbərdar edib – Nazir Kiyevdə Zelenskiyə nə deyib?

ABŞ Ukraynanı “qaçılmaz məğlubiyyət” barədə xəbərdar edib – Nazir Kiyevdə Zelenskiyə nə deyib?

admin 26/11/2025
43ba4a85-7c0c-4ba9-a2b4-78c4ba0d8480

 

ABŞ Ordusunun naziri Den Driskollun ötən həftə Kiyevə səfəri zamanı Ukraynanı Rusiya ilə müharibədə “qaçılmaz məğlubiyyət” təhlükəsi barədə xəbərdar etdiyi bildirilir.

Bu barədə “NBC News” administrasiyadakı iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Driskoll Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb və Vaşinqtonun hazırladığı 28 maddəlik sülh planını müzakirə edib. Planda Ukrayna rəhbərliyinin əvvəllər qəbuledilməz hesab etdiyi müddəalar da yer alıb — o cümlədən Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxması və Kiyevin NATO-ya üzvlükdən imtinası kimi tələblər. Daha sonra ABŞ, Ukrayna və Aİ nümayəndələrinin iştirakı ilə aparılan danışıqlarda planın bir neçə məqamı korrektə edilib. Planın hazırkı redaksiyası hələlik ictimaiyyətə açıqlanmayıb.

Bir sıra Qərb ekspertləri sülh təklifinin Moskvanın maraqlarına daha çox xidmət etdiyini bildiriblər. Vaşinqton isə planın qismən Rusiyanın təqdim etdiyi təkliflər əsasında hazırlandığını etiraf edib.

Bununla belə, Kiyev sənədi tamamilə rədd etməyib və danışıqlar üçün baza kimi qəbul etdiyini bəyan edib. Prezident Zelenski də etiraf edib ki, Ukraynanın qarşısında çətin seçim var: “Ya əsas müttəfiqi – ABŞ-ni itirmək, ya da Vaşinqtonun təzyiqi altında kompromislərə getmək.”

“NBC”-nin mənbələri bildirir ki, Driskoll ukraynalı rəsmilərlə söhbətində cəbhədə vəziyyətin getdikcə ağırlaşdığını vurğulayıb: “Ukrayna qüvvələri “çox çətin vəziyyətlə” üzləşib, davamlı müdafiə imkanları zəifləyib, əgər yaxın vaxtda razılıq əldə olunmasa, qaçılmaz məğlubiyyət ehtimalı böyükdür”.

Driskoll həmçinin ABŞ-nin Ukraynaya silah və hava hücumundan müdafiə sistemləri tədarükünü əvvəlki səviyyədə davam etdirə bilməyəcəyini bildirib.

“The Wall Street Journal” isə yazır ki, Driskoll danışıqlarda hətta kəşfiyyat məlumatlarının ötürülməsinin dayandırılması ehtimalını da istisna etməyib.

Nazirin özü yayılan məlumatları şərh etməsə də, ABŞ dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vens xəbərdə əks olunan Tramp administrasiyasında Ukrayna məsələsində “bölünmə olduğu” iddialarını qətiyyətlə təkzib ediblər. ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl açıqlayıb ki, Driskoll yaxın zamanlarda Kiyevə yenidən səfər edəcək və Vaşinqtonun sülh təşəbbüsü ilə bağlı danışıqlar davam etdiriləcək.

Açıq mənbələrə əsasən, Rusiyanın son günlərdə bir sıra bölgələrdə hücum aktivliyi artsa da, Pokrovsk istiqamətində, Kupyansk yaxınlığında və Zaporojye vilayətinin Qulyaypole bölgəsində döyüşlər ağır şəkildə davam edir. Amma ciddi cəbhə çökməsi və ya genişmiqyaslı yarılma müşahidə olunmur.

PAYLAŞIN:

Continue Reading

Previous: Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?
Next: Kişilərdə ürək çatışmazlığı riskini 2,5 dəfə artıran səbəb açıqlandı

OXŞAR MÖVZULAR

abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026
erd-ntn

“Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi

admin 15/04/2026
avrop-hrmz

Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.