Rusiya Prezidenti Vladimir Putin döyüşlərin dayandırılması üçün şərtini açıqlayıb.
Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin deyib ki, Ukrayna qoşunları tutduğu əraziləri tərk etdikdə döyüşlər dayanacaq. Bu barədə APA məlumat yayıb.
O vurğulayıb ki, Rusiya Ukrayna ilə razılığa gəlmək istəyir, lakin bu, hazırda hüquqi cəhətdən mümkün deyil və ən əsası qərarların beynəlxalq səviyyədə tanınmasıdır.
Putin bildirib ki, Krasnoarmeysk və Dimitrov tamamilə mühasirəyə alınıb.
Onun sözlərinə görə, Volçansk demək olar tamamilə Rusiya Silahlı Qüvvələrinin əlindədir.
Rusiya lideri qeyd edib ki, Severskdə Rusiya Silahlı Qüvvələri 8000 binadan 1700-nü ələ keçirib.
Vladimir Putin onu da qeyd edib ki, Rusiya qüvvələri Zaporojye vilayətində şimal istiqamətində sürətlə irəliləyir, Qulyaypoleyə çatıb və irəliləməyə davam edəcək.
O, Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətindəki cəbhəsinin dağılması ehtimalı barədə xəbərdarlıq edib.
Putin Ukrayna Silahlı Qüvvələrinin oktyabr ayına olan itkilərinin sayını açıqlayıb.
Bu haqda Bişkekdə səfərdə olan Rusiya lideri mətbuat konfransında danışıb.
“Oktyabrda, mənim fikrimcə, Ukrayna Silahlı Qüvvələrində 47 mindən çox itki olub” , – Rusiya dövlət başçısı bildirib.
Putin mətbuat konfransında bildirib ki, Ukrayna ilə bağlı sülh müqaviləsi layihəsi olmayıb, yalnız müzakirə üçün bir sıra məsələlər toplusu olub.
O, Cenevrə danışıqlarından sonra sülh planının 28 bəndinin dörd hissəyə bölünməsinə qərar verildiyini açıqlayıb.
Putin Rusiyanın ABŞ-ın Ukrayna ilə bağlı müddəalar siyahısının gələcək razılaşmaların əsasını təşkil edə biləcəyi ilə razılaşdığını qeyd edib.
O əlavə edib ki, Ukrayna ilə bağlı plan layihəsinin “diplomatik dilə” tərcümə olunması lazımdır, çünki hazırda bəzi məqamlar gülünc səslənir.
Putin Ukrayna ilə bağlı sülh danışıqlarında ölkəni hansı qurumun təmsil edəcəyini açıqlayıb.
Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin Ukrayna ilə bağlı sülh danışıqlarının Rusiya XİN tərəfindən aparılacağını diqqətə çatdırıb.
O bildirib ki, köməkçisi Vladimir Medinski də danışıqlarda iştirak edəcək.
Putin digər köməkçisi Yuri Uşakovun dan danışıqlar üçün çalışdığını vurğulayıb
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla köməkçisi Yuri Uşakovun telefon danışığının dinlənilməsinə münasibət bildirib.
O, telefon danışıqlarının sızdırılmasının cinayət olduğunu qeyd edib.
“Ümumiyyətlə, dinləmək olmaz, telefon danışıqlarını sızdırmaq cinayətdir”, – Rusiya Prezidenti vurğulayıb.
Putin xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Marko Rubio ilə uğursuz danışıqlar səbəbindən vəzifəsindən kənarlaşdırılması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.
Putin bu xəbərləri cəfəngiyat adlandırıb.
O diqqətə çatdırıb ki, Lavrov amerikalı tərəfdaşları ilə görüşə hazırlaşır.
Qeyd edək ki, Uitkoffla Uşakovun telefon danışığının mətnini dərc edən “Bloomberg“ nəşri bu informasiyaya necə nail olduğu barədə məlumat verməyib. /azpolitika.info
