Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 29
  • Dünya Bankı ilk dəfə Azərbaycanı “B-Ready” hesabatı üzrə qiymətləndirib

Dünya Bankı ilk dəfə Azərbaycanı “B-Ready” hesabatı üzrə qiymətləndirib

admin 29/12/2025
dunya-bank


Dünya Bankı yeni “Business Ready-2025” (“B-Ready”, “Biznesə daxilolma”) hesabatı çərçivəsində ilk dəfə olaraq Azərbaycanı qiymətləndirib.

Dünya Bankının xəbərinə görə, 101 iqtisadiyyatı əhatə edən tədqiqatda biznes və investisiya mühiti üç əsas göstərici üzrə dəyərləndirilib: normativ-hüquqi baza, dövlət xidmətləri və əməliyyat səmərəliliyi. Bununla yanaşı, tematik istiqamətlər üzrə orta göstəricilər də müəyyən edilib.

Normativ-hüquqi baza göstəricisi üzrə Azərbaycan 71,92 bal toplayaraq 32-ci yerdə qərarlaşıb. Bu istiqamətdə ölkə ən yüksək nəticələri maliyyə xidmətləri (94,1 bal) və kommunal infrastruktur (83,6 bal) sahələrində göstərib.

Müəssisələrin yaradılması (74,2 bal), mübahisələrin həlli (74,7 bal) və biznesin iflası (70,8 bal) sahələrində nisbətən sabit göstəricilər qeydə alınıb.

Beynəlxalq ticarət (64,5 bal), vergitutma (66,7 bal), əmək resursları (68,1 bal) və bazar rəqabəti (52 bal) üzrə isə daha mülayim nəticələr müşahidə olunub.

Dövlət xidmətləri göstəricisi üzrə Azərbaycan 62,7 bal toplayaraq 40-cı yeri tutub. Ən yaxşı nəticələr müəssisələrin yaradılması (87,2 bal) və maliyyə xidmətləri (89,8 bal) sahələrində qeydə alınıb.

Bununla yanaşı, beynəlxalq ticarət (49,2 bal), bazar rəqabəti (38,5 bal) və biznesin iflası (37,5 bal) istiqamətlərində nisbətən aşağı göstəricilər qeydə alınıb.

Əməliyyat səmərəliliyi göstəricisi üzrə Azərbaycan 63,3 bal toplayaraq 42-ci yerdə qərarlaşıb. Bu blokda xüsusilə müəssisələrin yaradılması prosedurları (96,7 bal), biznesin yerləşməsi (85,9 bal) və kommunal xidmətlər (87,9 bal) yüksək qiymətləndirilib.

Eyni zamanda, beynəlxalq ticarət (48,5 bal), bazar rəqabəti (45,3 bal) və əmək resursları (57,3 bal) üzrə göstəricilər zəif olaraq qalıb. Biznesin iflası isə bu istiqamətdə sıfır balla qiymətləndirilib.

Ümumilikdə, Azərbaycan bütün tematik istiqamətlər üzrə ən yüksək nəticələri müəssisələrin yaradılması (86 bal), maliyyə xidmətləri (87,2 bal) və kommunal xidmətlər (83 bal) sahələrində göstərib.

Vergitutma (67,8 bal), mübahisələrin həlli (65,3 bal), əmək ehtiyatları (64 bal) və beynəlxalq ticarət (54,1 bal) üzrə nisbətən mötədil göstəricilər qeydə alınıb.

Bazar rəqabəti (45,3 bal) və biznesin iflası (36,1 bal) isə hesabatda ən problemli istiqamətlər kimi qiymətləndirilib.

Cənubi Qafqazın digər ölkələri üzrə nəticələr isə fərqlənir. Ermənistanın üç əsas göstərici üzrə balları 61,2-73, Gürcüstanın göstəriciləri isə 70,3-78 bal aralığında dəyişir.

Əvvəlki “Doing Business” hesabatlarından fərqli olaraq, “B-Ready” hesabatında ölkələrin ümumi reytinq mövqelərinə xüsusi önəm verilmir. Dünya Bankı 2026-cı ildə “B-Ready” çərçivəsində qiymətləndirilən ölkələrin sayını 180-ə çatdırmağı planlaşdırır.

Dünya Bankı Qrupunun yeni təşəbbüsü olan “B-Ready” layihəsi biznes və investisiya mühiti üzrə məlumatların toplanmasını və təhlilini əhatə edir və illik hesabat formatında təqdim olunur. Layihə Dünya Bankının özəl investisiyaların təşviqi, yeni iş yerlərinin yaradılması və məhsuldarlığın artırılmasına yönəlmiş yenilənmiş strategiyasının tərkib hissəsidir.

“Doing Business” hesabatını əvəz edən “B-Ready”, biznes mühitinin qiymətləndirilməsində daha balanslaşdırılmış və şəffaf yanaşma təklif edir. Hesabatın metodologiyası Dünya Bankının ekspertlərinin, hökumətlərin, özəl sektorun və vətəndaş cəmiyyəti institutlarının tövsiyələri əsasında formalaşdırılıb. Bu yanaşma “de jure” və “de facto” göstəricilər arasında tarazlığın qorunmasını, eləcə də məlumatların müqayisə oluna bilməsini və reprezentativliyini nəzərdə tutur.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Dünya Bankı əvvəlki illərdə məlumatların toplanması və təqdimatında pozuntuların aşkar edilməsindən sonra “Doing Business” hesabatlarının hazırlanmasından imtina etdiyini açıqlayıb. Azərbaycan bu kontekstdə adı çəkilən dörd ölkədən biri olub.

Araşdırmalar nəticəsində Çin və Səudiyyə Ərəbistanının göstəricilərinin şişirdildiyi, Azərbaycanın isə 2018 və 2020-ci illər üzrə “Doing Business” hesabatlarında reytinqlərinin müəlliflərin qərəzli yanaşması səbəbindən süni şəkildə aşağı salındığı müəyyən edilib.

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident yeni təyin etdiyi başçını nə üçün işdən çıxardı?
Next: Ukrayna Putinin iqamətgahına hücum edib? – Zelenski təzkzib edir, Lavrov hədələyir

OXŞAR MÖVZULAR

seferberlik (1)

Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib

admin 24/04/2026
gemi-şuşa

Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb

admin 24/04/2026
toy-şe

Azərbaycanda toylarla bağlı qadağalar gəlir?

admin 23/04/2026

XƏBƏR LENTİ

  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026
  • Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib 23/04/2026
  • Azərbaycanda dövlət əmlakının uçotunda ciddi nöqsanlar aşkarlanıb 23/04/2026
  • Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib 23/04/2026
  • Azərbaycanda pul xərcləyən turistlər hara yoxa çıxıb? – Xaricə səfər ikiqat bahalaşıb 23/04/2026
  • Revanşist ritorika və geosiyasi reallıqlar: Qars müqaviləsi yenilənə bilərmi? 23/04/2026
  • Banklar kredit şərtlərini hansı hallarda yumşalda bilərlər? – Ekspertdən AÇIQLAMA 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.